CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

BQXK Azərbaycanda saxlanılan erməni əsilli şəxslərə baş çəkib

© Sputnik / Sergey AverinBeynəlxalq Qızıl Xaç Komitəsinin bayrağı, arxiv şəkli
Beynəlxalq Qızıl Xaç Komitəsinin bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.11.2023
Abunə olmaq
Draqana Koiç bildirib ki, hər iki tərəflə - istər Azərbaycan, istərsə də Ermənistan tərəfi ilə Beynəlxalq Qızıl Xaç Komitəsi mütəmadi olaraq bu məsələləri müzakirə edir.
BAKI, 22 noyabr — Sputnik. "Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları müntəzəm olaraq Azərbaycanda saxlanılan erməni əsilli şəxslərə, həmçinin, Ermənistanda saxlanılan azərbaycanlılara baş çəkir".
Bunu jurnalistlərə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin başçısı Draqana Koiç deyib.
O bildirib ki, bu baş çəkmələr zamanı Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları saxlanılan şəxslərin şəraiti ilə və onlarla rəftarla maraqlanır: "Həmçinin, bu şəxslərin ailələri ilə əlaqə yaratması üçün şəraitin olduğunu yoxlayır və buna şərait yaradılır. Biz Beynəlxalq Qızıl Xaç Komitəsi olaraq həmin şəxslərə baş çəkdikdə, bu fəaliyyətin nəticəsində bütün məlumatlar, məsələlər ancaq əlaqədar qurumlarla ikitərəfli konfidensial surətdə bölüşdürülür və müzakirə olunur. Hər iki tərəflə - istər Azərbaycan, istərsə də Ermənistan tərəfi ilə Beynəlxalq Qızıl Xaç Komitəsi mütəmadi olaraq bu məsələləri müzakirə edir. Saxlama yerlərinə baş çəkmələr oktyabr ayının sonu, noyabrın əvvəli olub".
Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun "prezidentləri" olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş "dövlət naziri" Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.
Xəbər lenti
0