https://sputnik.az/20231122/bakida-slam-emekdasliq-teskilatinin-emek-merkezi-acilib-460764354.html
Bakıda İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi açılıb
Bakıda İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi açılıb
Sputnik Azərbaycan
İƏT-in Baş katibi yeni yaradılan Əmək Mərkəzinin üzv ölkələr arasında əlaqələrin genişlənməsində əhəmiyyətini və uğurla fəaliyyət göstərəcəyinə əminliyini... 22.11.2023, Sputnik Azərbaycan
2023-11-22T12:28+0400
2023-11-22T12:28+0400
2023-11-22T12:43+0400
bakı
cəmiyyət
islam əməkdaşlıq təşkilatı
iət
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1b/443391871_0:64:1232:757_1920x0_80_0_0_63ede1f5e0636de35d0098bba6591600.jpg
BAKI, 22 noyabr — Sputnik. İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı çərçivəsində Bakıda Əmək Mərkəzinin açılışı olub. Tamhüquqlu beynəlxalq təşkilat statusuna malik olacaq Əmək Mərkəzinin yerləşdiyi ölkənin Azərbaycan olduğu nəzərə alınaraq tədbiri Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev giriş sözü ilə açıb. Nazir bildirib ki, 2013-cü ilin aprel ayında İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 2-ci konfransında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edərkən Prezident İlham Əliyev Mərkəzi Qərargahı Bakı şəhərində olmaqla İƏT-in Əmək Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs İƏT-ə üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənib. Nazir qeyd edib ki, Mərkəz İƏT-ə üzv ölkələr arasında əmək sahəsində fəaliyyətin əlaqələndirilməsi, əmək şəraitinin yaxşılaşdırılması, sosial tərəfdaşlığın gücləndirilməsi, layiqli əməyin tətbiqi, məşğulluq imkanlarının genişləndirilməsi və dayanıqlı sosial müdafiə sisteminin formalaşdırılmasına təşviq edəcək. “Əmək Mərkəzi Bakıda DOST mərkəzində fəaliyyət göstərəcək. Hər bir dost ölkə Mərkəzə qoşula bilər. Hazırda 10 ölkə Mərkəzin nizamnaməsini imzalayıb, sabah isə 3 ölkə imzalayacaq. Mərkəz ingilis, ərəb, fransız dillərində fəaliyyət göstərəcək. Eyni zamanda, Mərkəzin maliyyələşdirilməsi ilk 3 il Azərbaycan Respublikası tərəfindən həyata keçiriləcək”,-deyə nazir bildirib. İƏT-in Baş katibi Hissein Brahim Taha çıxış edərək yeni yaradılan Əmək Mərkəzinin üzv ölkələr arasında əlaqələrin genişlənməsində əhəmiyyətini və uğurla fəaliyyət göstərəcəyinə əminliyini diqqətə çatdırıb. Xatırladaq ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İƏT-ə üzv olmaq barədə müraciət edib və 1991-ci ilin dekabrın 8-də İƏT-in Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1b/443391871_70:0:1163:820_1920x0_80_0_0_560f56df8f46b5e5d208e3ebd99dc669.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, islam əməkdaşlıq təşkilatı, iət
bakı, islam əməkdaşlıq təşkilatı, iət
Bakıda İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi açılıb
12:28 22.11.2023 (Yenilənib: 12:43 22.11.2023) İƏT-in Baş katibi yeni yaradılan Əmək Mərkəzinin üzv ölkələr arasında əlaqələrin genişlənməsində əhəmiyyətini və uğurla fəaliyyət göstərəcəyinə əminliyini diqqətə çatdırıb.
BAKI, 22 noyabr — Sputnik. İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı çərçivəsində Bakıda Əmək Mərkəzinin açılışı olub.
Tamhüquqlu beynəlxalq təşkilat statusuna malik olacaq Əmək Mərkəzinin yerləşdiyi ölkənin Azərbaycan olduğu nəzərə alınaraq tədbiri Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev giriş sözü ilə açıb.
Nazir bildirib ki, 2013-cü ilin aprel ayında İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 2-ci konfransında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edərkən Prezident İlham Əliyev Mərkəzi Qərargahı Bakı şəhərində olmaqla İƏT-in Əmək Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs İƏT-ə üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənib.
Nazir qeyd edib ki, Mərkəz İƏT-ə üzv ölkələr arasında əmək sahəsində fəaliyyətin əlaqələndirilməsi, əmək şəraitinin yaxşılaşdırılması, sosial tərəfdaşlığın gücləndirilməsi, layiqli əməyin tətbiqi, məşğulluq imkanlarının genişləndirilməsi və dayanıqlı sosial müdafiə sisteminin formalaşdırılmasına təşviq edəcək.
“Əmək Mərkəzi Bakıda DOST mərkəzində fəaliyyət göstərəcək. Hər bir dost ölkə Mərkəzə qoşula bilər. Hazırda 10 ölkə Mərkəzin nizamnaməsini imzalayıb, sabah isə 3 ölkə imzalayacaq. Mərkəz ingilis, ərəb, fransız dillərində fəaliyyət göstərəcək. Eyni zamanda, Mərkəzin maliyyələşdirilməsi ilk 3 il Azərbaycan Respublikası tərəfindən həyata keçiriləcək”,-deyə nazir bildirib.
İƏT-in Baş katibi Hissein Brahim Taha çıxış edərək yeni yaradılan Əmək Mərkəzinin üzv ölkələr arasında əlaqələrin genişlənməsində əhəmiyyətini və uğurla fəaliyyət göstərəcəyinə əminliyini diqqətə çatdırıb.
Xatırladaq ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İƏT-ə üzv olmaq barədə müraciət edib və 1991-ci ilin dekabrın 8-də İƏT-in Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv qəbul edilib.