https://sputnik.az/20231122/baki-agir-cinayetler-mehkemesi-kocurulur-460778056.html
Bakı Ağır Cinayətlər Məhkəməsi köçürülür
Bakı Ağır Cinayətlər Məhkəməsi köçürülür
Sputnik Azərbaycan
Əliməmməd Nuriyev bildirib ki, Azərbaycanda 40-a yaxın yeni məhkəmə kompleksi inşa olunub. 22.11.2023, Sputnik Azərbaycan
2023-11-22T18:10+0400
2023-11-22T18:10+0400
2023-11-22T19:09+0400
ağır cinayətlər məhkəməsi
cəmiyyət
bakı ağır cinayətlər məhkəməsi
əliməmməd nuriyev
https://cdnn1.img.sputnik.az/img/41082/78/410827800_0:77:2000:1202_1920x0_80_0_0_5ec58f0ca83c4b36eebe2d650e61d79a.jpg
BAKI, 22 noyabr — Sputnik. Bakı Ağır Cinayətlər Məhkəməsi yeni ünvana köçürüləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, Ədliyyə Nazirliyi Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni binasının inşası üçün tender elan edib. Bakı Ağır Cinayətlər Məhkəməsi üçün yeni inzibati bina Sabunçu rayonu, Zabrat qəsəbəsində inşa ediləcək. Tikinti işləri başa çatdıqdan sonra məhkəmə yeni inzibati binaya köçürüləcək. Konstitutsiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırda yerləşdiyi inzibati bina əlverişli deyil. Onun sözlərinə görə, bina şəhərin mərkəzində yerləşdiyindən təqsirləndirilən şəxslərin tıxacda məhkəməyə gətirilib-aparılması çətin olur. Bundan əlavə binanın infrastrukturu da müasir deyil. "Qanuna əsasən hakimlər məhkəmə aparılarkən təqsirləndirilən şəxslərin yaxınları ilə görüşməməlidir. Yeni inşa olunan məhkəmə binalarında bu amil nəzərə alınıb" - deyən Ə.Nuriyev onu da bildirib ki, Azərbaycanda 40-a yaxın yeni məhkəmə kompleksi inşa olunub. Ə. Nuriyev Bakı Ağır Cinayətlər Məhkəməsinin Bakı İstintaq Təcridxanasına yaxın əraziyə köçürülməsinin məqsədəuyğun olduğunu söyləyib. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırkı inzibati binası paytaxtın Səməd Vurğun küçəsi 30 ünvanında yerləşir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41082/78/410827800_147:0:1854:1280_1920x0_80_0_0_2f4e01df69159d0215cfff993060e890.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
ağır cinayətlər məhkəməsi, bakı ağır cinayətlər məhkəməsi, əliməmməd nuriyev
ağır cinayətlər məhkəməsi, bakı ağır cinayətlər məhkəməsi, əliməmməd nuriyev
Bakı Ağır Cinayətlər Məhkəməsi köçürülür
18:10 22.11.2023 (Yenilənib: 19:09 22.11.2023) Əliməmməd Nuriyev bildirib ki, Azərbaycanda 40-a yaxın yeni məhkəmə kompleksi inşa olunub.
BAKI, 22 noyabr — Sputnik. Bakı Ağır Cinayətlər Məhkəməsi yeni ünvana köçürüləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, Ədliyyə Nazirliyi Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni binasının inşası üçün tender elan edib. Bakı Ağır Cinayətlər Məhkəməsi üçün yeni inzibati bina Sabunçu rayonu, Zabrat qəsəbəsində inşa ediləcək. Tikinti işləri başa çatdıqdan sonra məhkəmə yeni inzibati binaya köçürüləcək.
Konstitutsiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırda yerləşdiyi inzibati bina əlverişli deyil. Onun sözlərinə görə, bina şəhərin mərkəzində yerləşdiyindən təqsirləndirilən şəxslərin tıxacda məhkəməyə gətirilib-aparılması çətin olur. Bundan əlavə binanın infrastrukturu da müasir deyil.
"Qanuna əsasən hakimlər məhkəmə aparılarkən təqsirləndirilən şəxslərin yaxınları ilə görüşməməlidir. Yeni inşa olunan məhkəmə binalarında bu amil nəzərə alınıb" - deyən Ə.Nuriyev onu da bildirib ki, Azərbaycanda 40-a yaxın yeni məhkəmə kompleksi inşa olunub.
Ə. Nuriyev Bakı Ağır Cinayətlər Məhkəməsinin Bakı İstintaq Təcridxanasına yaxın əraziyə köçürülməsinin məqsədəuyğun olduğunu söyləyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırkı inzibati binası paytaxtın Səməd Vurğun küçəsi 30 ünvanında yerləşir.