https://sputnik.az/20231122/azerbaycanin-neft-qaz-layihelerinde-macaristan-sirketleri-ile-emekdasliq-muzakire-edilib-460759320.html
Azərbaycanın neft-qaz layihələrində Macarıstan şirkətləri ilə əməkdaşlıq müzakirə edilib
Azərbaycanın neft-qaz layihələrində Macarıstan şirkətləri ilə əməkdaşlıq müzakirə edilib
Sputnik Azərbaycan
“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin səmərəli layihə kimi reallaşmasında Azərbaycandan böyük həcmdə yaşıl enerjinin ötürülməsinin mühüm rol... 22.11.2023, Sputnik Azərbaycan
2023-11-22T11:35+0400
2023-11-22T11:35+0400
2023-11-22T12:18+0400
neft
neft-qaz
yaşıl enerji
macarıstan
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457290031_0:105:2000:1230_1920x0_80_0_0_3bbee3170d574da45ccab959517aea6a.jpg
BAKI, 22 noyabr — Sputnik. Energetika naziri Pərviz Şahbazovun Budapeştdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və energetika naziri Csaba Lantos ilə görüşləri olub. Bu barədə Energetika Nazirliyindən bildiriib. Xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdə yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlər iclasının nəticələrindən məmnunluq ifadə edilib və Birgə Müəssisənin yaradılması ilə bağlı proseslərin sürətləndirilməsinin vacibliyi qeyd olunub. "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"nin səmərəli layihə kimi reallaşmasında Azərbaycandan böyük həcmdə yaşıl enerjinin ötürülməsinin mühüm rol oynayacağı vurğulanıb. Həmçinin Özbəkistan və Qazaxıstanın Mərkəzi Asiyadan elektrik enerjisinin bu dəhliz vasitəsilə Avropaya ötürülməsində maraqlı olduqları diqqətə çatdırılıb. Layihənin strateji əhəmiyyəti Azərbaycanla Avropa İttifaqı, o cümlədən Macarıstan arasında körpü yaratması aspektində dəyərləndirilib. Görüşdə Azərbaycan qazının Macarıstan bazarına çatdırılmasının əhəmiyyətindən bəhs olunub. Azərbaycandan uzunmüddətli əsasda qaz tədarükünün perspektivləri, eləcə də neft-qaz layihələrində Macarıstan şirkətləri ilə əməkdaşlığın inkişafı müzakirə edilib. Macarıstanla karbohidrogen və "yaşıl enerji" sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi energetika naziri Csaba Lantos ilə görüşdə də davam etdirilib. MOL və MVM şirkətləri ilə əlaqələrin genişləndirilməsi, həmçinin "yaşıl enerji dəhlizi" layihəsinin Texniki İqtisadi Əsaslandırma (TİƏ) prosesi, elektrik enerjisinin Avropaya ötürülməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Avropa Elektrik Ötürmə Sistemləri Operatorları Assosiasiyasının şəbəkəsinə (ENTSO-E) qoşulma ilə əlaqəli proseslərə Macarıstan tərəfindən təcrübə dəstəyinin verilməsi razılaşdırılıb. Xatırladaq ki, cari ilin 10 ay ərzində Azərbaycanda 40,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 10,7 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"dən, 21,8 milyard kubmetri "Şahdəniz"dən, 0,5 milyard kubmetri "Abşeron"dan, 7,1 milyard kubmetri Dövlət Neft Şirkəti (SOCAR) üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 4,2 faiz, yəni 1,6 milyard kubmetr artımla qaz hasil edilib. Hesabat dövründə xaricə qaz satışı 19,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz çoxdur. Cari ilin yanvar-oktyabr aylarında Avropaya 9,8 milyard kubmetr, Türkiyəyə 8,1 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetr qaz satılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457290031_110:0:1890:1335_1920x0_80_0_0_d68df1baf14284156b3d938aa2e4f208.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
neft, yaşıl enerji, macarıstan
neft, yaşıl enerji, macarıstan
Azərbaycanın neft-qaz layihələrində Macarıstan şirkətləri ilə əməkdaşlıq müzakirə edilib
11:35 22.11.2023 (Yenilənib: 12:18 22.11.2023) “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin səmərəli layihə kimi reallaşmasında Azərbaycandan böyük həcmdə yaşıl enerjinin ötürülməsinin mühüm rol oynayacağı vurğulanıb.
BAKI, 22 noyabr — Sputnik. Energetika naziri Pərviz Şahbazovun Budapeştdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və energetika naziri Csaba Lantos ilə görüşləri olub.
Bu barədə Energetika Nazirliyindən bildiriib.
Xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdə yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlər iclasının nəticələrindən məmnunluq ifadə edilib və Birgə Müəssisənin yaradılması ilə bağlı proseslərin sürətləndirilməsinin vacibliyi qeyd olunub.
"Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"nin səmərəli layihə kimi reallaşmasında Azərbaycandan böyük həcmdə yaşıl enerjinin ötürülməsinin mühüm rol oynayacağı vurğulanıb. Həmçinin Özbəkistan və Qazaxıstanın Mərkəzi Asiyadan elektrik enerjisinin bu dəhliz vasitəsilə Avropaya ötürülməsində maraqlı olduqları diqqətə çatdırılıb. Layihənin strateji əhəmiyyəti Azərbaycanla Avropa İttifaqı, o cümlədən Macarıstan arasında körpü yaratması aspektində dəyərləndirilib.
Görüşdə Azərbaycan qazının Macarıstan bazarına çatdırılmasının əhəmiyyətindən bəhs olunub. Azərbaycandan uzunmüddətli əsasda qaz tədarükünün perspektivləri, eləcə də neft-qaz layihələrində Macarıstan şirkətləri ilə əməkdaşlığın inkişafı müzakirə edilib.
Macarıstanla karbohidrogen və "yaşıl enerji" sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi energetika naziri Csaba Lantos ilə görüşdə də davam etdirilib. MOL və MVM şirkətləri ilə əlaqələrin genişləndirilməsi, həmçinin "yaşıl enerji dəhlizi" layihəsinin Texniki İqtisadi Əsaslandırma (TİƏ) prosesi, elektrik enerjisinin Avropaya ötürülməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Avropa Elektrik Ötürmə Sistemləri Operatorları Assosiasiyasının şəbəkəsinə (ENTSO-E) qoşulma ilə əlaqəli proseslərə Macarıstan tərəfindən təcrübə dəstəyinin verilməsi razılaşdırılıb.
Xatırladaq ki, cari ilin 10 ay ərzində Azərbaycanda 40,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 10,7 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"dən, 21,8 milyard kubmetri "Şahdəniz"dən, 0,5 milyard kubmetri "Abşeron"dan, 7,1 milyard kubmetri Dövlət Neft Şirkəti (SOCAR) üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 4,2 faiz, yəni 1,6 milyard kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 19,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz çoxdur. Cari ilin yanvar-oktyabr aylarında Avropaya 9,8 milyard kubmetr, Türkiyəyə 8,1 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetr qaz satılıb.