Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xəzər dənizindəki stasionar dəniz özüllərində işçilər təxliyə edilib

© Photo : SOCARXəzərdə Neft Daşları, arxiv şəkli
Xəzərdə Neft Daşları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.11.2023
Abunə olmaq
Əlverişsiz hava şəraiti ilə əlaqədar həyata keçirilən operativ əməliyyat nəticəsində ümumilikdə 26 nəfər təxliyə edilərək təhlükəsiz əraziyə çatdırılıb.
BAKI, 21 noyabr - Sputnik. Fövqəladə Hallar Nazirliyinə (FHN) əlverişsiz hava şəraiti ilə əlaqədar Xəzər dənizində yerləşən 18 və 60 saylı stasionar dəniz özüllərindəki işçilərin təxliyə edilməsi zərurətinin yaranması barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” gəmisi cəlb olunub.
Həyata keçirilən operativ əməliyyat nəticəsində ümumilikdə 26 nəfər təxliyə edilərək təhlükəsiz əraziyə çatdırılıb.
Xəbər lenti
0