Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Volodin: Zelenski seçkiləri ləğv edərək yeni Maydanın qaçılmazlığını yaxınlaşdırır

© AP Photo / Eduardo MunozUkrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.11.2023
Abunə olmaq
Volodin qeyd edib ki, 2014-cü ilin fevralında qanlı çevrilişin başlanğıcını qoyan hadisələr ukraynalılar üçün faciəyə çevrilib.
BAKI, 21 noyabr — Sputnik. Vladimir Zelenski gələcək hadisələr qarşısındakı qorxusundan öz hakimiyyətindən bərk-bərk yapışıb. O, Ukraynada seçkiləri ləğv edir və bununla da yeni Maydanın qaçılmazlığını yaxınlaşdırır.
Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

"Zelenski yeni Maydandan qorxduğunu bəyan edir. Gələcək qarşısındakı qorxusundan o, öz hakimiyyətindən bərk-bərk yapışıb. Ukrayna xalqının dəstəyini itirərək sağ qalmaq üçün o, seçkiləri ləğv edir. Bununla da, yeni Maydanın qaçılmazlığını yaxınlaşdırır" – Volodin özünün "Telegram" kanalında yazıb.

Maydanın 10-cu ildönümündə Volodin qeyd edib ki, 2014-cü ilin fevralında qanlı çevrilişin başlanğıcını qoyan hadisələr ukraynalılar üçün faciəyə çevrilib.
"Cinayətkar Kiyev rejiminin hakimiyyəti dövründə: Ukrayna əhalisinin 53,7 faizini və ərazilərinin beşdə birini itirdi... Ukraynanın iqtisadiyyatı məhv edildi... Ukraynalılar üçün ənənəvi, həqiqi dəyərlər tapdalandı" - Rusiya Dövlət Dumasının spikeri bildirib.
Onun sözlərinə görə, Maydanın gözəl şüarları və ABŞ Dövlət Departamentinin peçenyeləri Ukrayna xalqı üçün aldadıcısı olub.
"Kiyevin marionet rejimi ölkəni çıxılmaz vəziyyətə salıb. Ukraynalılar milli maraqlara xəyanət etməklə və suverenliklərini Vaşinqtona satmaqla öz gələcəklərindən məhrum ediliblər" - Volodin əlavə edib.
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.11.2023
DÜNYA XƏBƏRLƏRİ
Zelenski Ukraynada yeni Maydan və dövlət çevrilişinin mümkünlüyünü bildirib
Xəbər lenti
0