https://sputnik.az/20231118/zelenski-ukraynada-yeni-maydan-ve-dovlet-cevrilisinin-mumkunluyunu-bildirib-460671784.html
Zelenski Ukraynada yeni Maydan və dövlət çevrilişinin mümkünlüyünü bildirib
Zelenski Ukraynada yeni Maydan və dövlət çevrilişinin mümkünlüyünü bildirib
Sputnik Azərbaycan
Ukrayna lideri kəşfiyyatın belə bir məlumata sahib olduğunu qeyd edib. 18.11.2023, Sputnik Azərbaycan
2023-11-18T23:50+0400
2023-11-18T23:50+0400
2023-11-18T23:50+0400
vladimir zelenski
dünya xəbərləri
ukrayna
maydan
dövlət çevrilişinə cəhd
dövlət çevrilişi
abş
mərkəzi kəşfiyyat idarəsi
amerika mərkəzi kəşfiyyat idarəsi
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1d/459116708_0:91:1742:1071_1920x0_80_0_0_e9e3d56b54d9489c2595c173aaaf614a.jpg
BAKI, 18 noyabr - Sputnik. Ukrayna prezidenti Vladimir Zelenski dövlət başçısı vəzifəsindən uzaqlaşdırılması üçün “Maydan”da çevriliş hazırlığının olacağını və kəşfiyyatın bu cür məlumatlara sahib olduğunu bildirib. Bu barədə Rusiya mediası “Bloomberg” agentliyinə istinadən xəbər verib. “Kəşfiyyatımızda belə məlumatlar var, tərəfdaşlarımız da bu barədə bizə xəbərdarlıq ediblər” - agentlik Ukrayna liderinin mümkün dövlət çevrilişi ilə bağlı fikirlərindən sitat gətirir. Zelenski qeyd edib ki, bu vəziyyətdə söhbət 2004 və 2014-cü il hadisələrindən sonra baş verən dövlət çevrilişlərindən sonra baş verəcək “Maydan 3”dən gedir. Xatırladaq ki, bu yaxınlarda ABŞ müdafiə nazirinin sabiq köməkçisi Stiven Brayan “Asia Times” qəzetində Ukrayna Silahlı Qüvvələrinin (USQ) baş komandanı Valeri Zalujnının niyyətindən danışıb. Bundan bir müddət əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq əməkdaşı Larri Conson bildirib ki, İngiltərə xüsusi xidmət orqanları artıq Zelenskinin yerinə Ukrayna ordusunun baş komandanını seçiblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1d/459116708_97:0:1645:1161_1920x0_80_0_0_cfb2cef9093f6c752e7b8ca87ec8fe65.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vladimir zelenski, ukrayna, maydan, dövlət çevrilişinə cəhd, dövlət çevrilişi, abş, mərkəzi kəşfiyyat idarəsi, amerika mərkəzi kəşfiyyat idarəsi
vladimir zelenski, ukrayna, maydan, dövlət çevrilişinə cəhd, dövlət çevrilişi, abş, mərkəzi kəşfiyyat idarəsi, amerika mərkəzi kəşfiyyat idarəsi
Zelenski Ukraynada yeni Maydan və dövlət çevrilişinin mümkünlüyünü bildirib
Ukrayna lideri kəşfiyyatın belə bir məlumata sahib olduğunu qeyd edib.
BAKI, 18 noyabr - Sputnik. Ukrayna prezidenti Vladimir Zelenski dövlət başçısı vəzifəsindən uzaqlaşdırılması üçün “Maydan”da çevriliş hazırlığının olacağını və kəşfiyyatın bu cür məlumatlara sahib olduğunu bildirib.
Bu barədə Rusiya mediası “Bloomberg” agentliyinə istinadən xəbər verib.
“Kəşfiyyatımızda belə məlumatlar var, tərəfdaşlarımız da bu barədə bizə xəbərdarlıq ediblər” - agentlik Ukrayna liderinin mümkün dövlət çevrilişi ilə bağlı fikirlərindən sitat gətirir.
Zelenski qeyd edib ki, bu vəziyyətdə söhbət 2004 və 2014-cü il hadisələrindən sonra baş verən dövlət çevrilişlərindən sonra baş verəcək “Maydan 3”dən gedir.
Xatırladaq ki, bu yaxınlarda ABŞ müdafiə nazirinin sabiq köməkçisi Stiven Brayan “Asia Times” qəzetində Ukrayna Silahlı Qüvvələrinin (USQ) baş komandanı Valeri Zalujnının niyyətindən danışıb.
Bundan bir müddət əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq əməkdaşı Larri Conson bildirib ki, İngiltərə xüsusi xidmət orqanları artıq Zelenskinin yerinə Ukrayna ordusunun baş komandanını seçiblər.