Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident Penitensiar xidmətin rəisinə general-mayor rütbəsi verib

© Photo : Ministry of Justice (Azerbaijan)Mirsaleh Seyidov
Mirsaleh Seyidov - Sputnik Azərbaycan, 1920, 21.11.2023
Abunə olmaq
Prezident İlham Əliyev Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb.
BAKI, 21 noyabr — Sputnik. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Miradil oğlu Seyidova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Ənvər oğlu Hüseynova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
Xəbər lenti
0