Milli Məclisdə gələn ilin dövlət büdcəsi ikinci oxunuşda qəbul edilib
13:25 21.11.2023 (Yenilənib: 13:31 21.11.2023)
© Photo : Central Bank of the Republic of AzerbaijanZəfər Günü ilə bağlı buraxılan xatirə pul nişanı
© Photo : Central Bank of the Republic of Azerbaijan
Abunə olmaq
Tahir Mirkişili deyib ki, 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələr üzrə müvafiq maliyyə təminatı yaradacağını bildirib.
BAKI, 21 noyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Növbəti il və sonrakı üç ilin makroiqtisadi çərçivəsi baza, optimist və pessimist olmaqla 3 ssenaridə hazırlanıb, növbəti ilin büdcə layihəsinin tərtibi zamanı baza ssenari əsas olaraq qəbul edilib. Baza ssenari üzrə proqnozların hazırlanması zamanı neftin qiyməti 60 ABŞ dolları müəyyən edilib. Layihədə 2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 2023-ci ilin dövlət büdcəsi gəlirlərindən 282.5 milyon manat çox olaraq, 34,1 milyard manat nəzərdə tutulub.
Dövlət büdcəsi gəlirlərinin 50.2%-i qeyri-neft sektorunun, 49.8%-i isə neft-qaz sektorunun hesabına formalaşacaq. Qeyri-neft-qaz sektorunda büdcə daxilolmalarının 1 milyard manatdan çox artması, neft-qaz sektorundan büdcə daxilolmalarının isə 775.7 milyon manat azalması proqnozlaşdırılır. 2024-cü il dövlət büdcəsi xərclərinin 2023-cü ilə nisbətən 138.2 milyon manat artırılaraq, 36,7 milyard manata çatdırılması məqbul hesab edilir.
Müzakirələrdən sonra qanun layihəsi müzakirəyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.
Büdcə müzakirələrində parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədilə dövlət büdcəsindən 4 milyard manat vəsait nəzərdə tutulması bu regionun iqtisadi və sosial həyata reinteqrasiyasına mühüm töhfə verəcək. O, müdafiə, təhlükəsizlik, məhkəmə, hüquq-mühafizə və prokurorluq xərclərinin təxminən 560 milyon manat artırılmasını ölkəmizin bu sahədə olan təhlükələrdən qorunması baxımından məqbul hesab edib.
Təhsilə ayrılan xərclər artırılıb
Komitə sədri təhsilə ayrılan xərclərin 142.8 milyon manat artırılmasını bu istiqamətdə aparılan islahatların həyata keçirilməsi baxımından müsbət qiymətləndirib. O, keçmiş məcburi köçkün, ölkənin suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş, əlil şəxslərin övladları olan tələbələr, döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslər və digər güzəştli kateqoriyaya aid şəxslərin təhsili üçün dövlət büdcəsindən 38 milyon manat vəsait ayrılmasının sosial dəstək baxımından vacib olduğunu deyib.
Qeyd olunub ki, təqdim edilmiş layihədə 2024-cü ildə dövlət büdcəsinin kəsiri 144.3 milyon manat azaldılaraq 2,5 milyard manat, dövlət büdcəsinin kəsirinin ÜDM-ə nisbəti isə 2.2% təşkil edəcək. Tahir Mirkişili 2024-cü il və sonrakı üç ilin icmal və dövlət büdcələri layihələrinin ortamüddətli dövr üzrə makroiqtisadi proqnoz göstəriciləri nəzərə alınmaqla hazırlandığını, Azərbaycan Prezidenti tərəfindən müəyyən edilən prioritet xərc istiqamətləri əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələr üzrə müvafiq maliyyə təminatı yaradacağını bildirib.
"Böyük Qayıdış" proqramına əlavə vəsaitlər ayrılıb
Maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycan dövləti artıq 3 ildir ki, müasir sosial-iqtisadi inkişafının ən vacib prioriteti kimi müəyyən etdiyi işğaldan azad edilmiş ərazilərimizdə quruculuq prosesini sürətlə həyata keçirir. 2020-ci ilin sonundan etibarən yenidənqurma və bərpa tədbirlərinə hər il dövlət büdcəsindən ayrılan vəsaitlə yanaşı, büdcənin əlavə gəlirləri və qənaətləri səfərbər edilməklə 11 milyard manatdan çox vəsait xərclənib.
Cari ilin sonunda isə bu xərclərin 12 milyard manata çatması gözlənilir. Bu vəsaitlər hesabına Qarabağ və Şərqi Zəngəzurda bir sıra böyük infrastruktur layihələr tamamlanaraq istifadəyə verilib, irimiqyaslı layihələrin əsası qoyulub.
"Böyük Qayıdış" proqramı çərçivəsində Zəngilan, Laçın, Füzuliyə vətəndaşların qayıdışına başlanılıb. Qarabağın və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqrasiyası qarşıdakı illərdə də əsas milli prioritetlərdən biri olacaq.
Ölkənin müdafiə xərclərinin yüksək səviyyədə saxlanması nəzərdə tutulub
Nazir qeyd edib ki, Cənubi Qafqaz regionunda Azərbaycanın yaratdığı yeni reallıqlar şəraitində dövlətimizin haqlı mövqeyinin və maraqlarının müdafiəsi, ərazi bütövlüyümüzün və sərhədlərimizin toxunulmazlığının təmin edilməsi baxımından ölkənin müdafiə qabiliyyətinin, milli təhlükəsizliyinin daha da möhkəmləndirilməsi xərclərinin yüksək səviyyədə saxlanılması növbəti il üçün də əsas prioritet olaraq qəbul edilib.
Qeyd olunub ki, növbəti ilin dövlət büdcəsi xərclərinin 18,8 milyard manatı və ya 51%-dən artıq hissəsi məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək. Müdafiə və milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın məqsədlərinin reallaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsi prioritet olaraq qəbul edilib. Buna uyğun olaraq, 2024-cü ildə azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə dövlət büdcəsi xərclərinin 10,9 %-i və ya 4 milyard manat məbləğində vəsait ayrılacaq.
Müdafiə və milli təhlükəsizlik xərclərinə 17,5 % və ya 6,4 milyard manat məbləğində vəsait nəzərdə tutulub və bu, 2023-cü illə müqayisədə 366 milyon manat və ya 6% çoxdur. "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi üçün növbəti il dövlət büdcəsi xərclərinin 4,1%-i və ya 1,5 milyard manat vəsait yönəldiləcək.
Bildirilib ki, növbəti ilin dövlət büdcəsində əhalinin sosial müdafiəsi, təhsil və səhiyyə sahələrində islahatların davam etdirilməsi, ölkənin ərzaq təhlükəsizliyi, sahibkarlığa dəstək tədbirləri, səfərbərlik və fövqəladə ehtiyatların formalaşdırılması, dövlət investisiya proqramının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitlərin ayrılması da nəzərdə tutulub.
14.11.23, 16:42
Milli Məclisdə gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edilib
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Növbəti il və sonrakı üç ilin makroiqtisadi çərçivəsi baza, optimist və pessimist olmaqla 3 ssenaridə hazırlanıb, növbəti ilin büdcə layihəsinin tərtibi zamanı baza ssenari əsas olaraq qəbul edilib. Baza ssenari üzrə proqnozların hazırlanması zamanı neftin qiyməti 60 ABŞ dolları müəyyən edilib.
Layihədə 2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 2023-ci ilin dövlət büdcəsi gəlirlərindən 282.5 milyon manat çox olaraq, 34,1 milyard manat nəzərdə tutulub. Dövlət büdcəsi gəlirlərinin 50.2%-i qeyri-neft sektorunun, 49.8%-i isə neft-qaz sektorunun hesabına formalaşacaq. Qeyri-neft-qaz sektorunda büdcə daxilolmalarının 1 milyard manatdan çox artması, neft-qaz sektorundan büdcə daxilolmalarının isə 775.7 milyon manat azalması proqnozlaşdırılır.
2024-cü il dövlət büdcəsi xərclərinin 2023-cü ilə nisbətən 138.2 milyon manat artırılaraq, 36,7 milyard manata çatdırılması məqbul hesab edilir.
Müzakirələrdən sonra qanun layihəsi müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, büdcə müzakirələrində parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədilə dövlət büdcəsindən 4 milyard manat vəsait nəzərdə tutulması bu regionun iqtisadi və sosial həyata reinteqrasiyasına mühüm töhfə verəcək. O, müdafiə, təhlükəsizlik, məhkəmə, hüquq-mühafizə və prokurorluq xərclərinin təxminən 560 milyon manat artırılmasını ölkəmizin bu sahədə olan təhlükələrdən qorunması baxımından məqbul hesab edib.
Komitə sədri təhsilə ayrılan xərclərin 142.8 milyon manat artırılmasını bu istiqamətdə aparılan islahatların həyata keçirilməsi baxımından müsbət qiymətləndirib. O, keçmiş məcburi köçkün, ölkənin suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş, əlil şəxslərin övladları olan tələbələr, döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslər və digər güzəştli kateqoriyaya aid şəxslərin təhsili üçün dövlət büdcəsindən 38 milyon manat vəsait ayrılmasının sosial dəstək baxımından vacib olduğunu deyib.
Qeyd olunub ki, təqdim edilmiş layihədə 2024-cü ildə dövlət büdcəsinin kəsiri 144.3 milyon manat azaldılaraq 2,5 milyard manat, dövlət büdcəsinin kəsirinin ÜDM-ə nisbəti isə 2.2% təşkil edəcək.
© Sputnik / Elnur Salayevİnfoqrafika: Azərbaycan dövlət büdcəsinin 2024-cü ildə gəlirləri və xərcləri
İnfoqrafika: Azərbaycan dövlət büdcəsinin 2024-cü ildə gəlirləri və xərcləri
© Sputnik / Elnur Salayev
Tahir Mirkişili 2024-cü il və sonrakı üç ilin icmal və dövlət büdcələri layihələrinin ortamüddətli dövr üzrə makroiqtisadi proqnoz göstəriciləri nəzərə alınmaqla hazırlandığını, Azərbaycan Prezidenti tərəfindən müəyyən edilən prioritet xərc istiqamətləri əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələr üzrə müvafiq maliyyə təminatı yaradacağını bildirib.
© Sputnik / Murad OrujovMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili
Maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycan dövləti artıq 3 ildir ki, müasir sosial-iqtisadi inkişafının ən vacib prioriteti kimi müəyyən etdiyi işğaldan azad edilmiş ərazilərimizdə quruculuq prosesini sürətlə həyata keçirir. 2020-ci ilin sonundan etibarən yenidənqurma və bərpa tədbirlərinə hər il dövlət büdcəsindən ayrılan vəsaitlə yanaşı, büdcənin əlavə gəlirləri və qənaətləri səfərbər edilməklə 11 milyard manatdan çox vəsait xərclənib. Cari ilin sonunda isə bu xərclərin 12 milyard manata çatması gözlənilir. Bu vəsaitlər hesabına Qarabağ və Şərqi Zəngəzurda bir sıra böyük infrastruktur layihələr tamamlanaraq istifadəyə verilib, irimiqyaslı layihələrin əsası qoyulub. "Böyük Qayıdış" proqramı çərçivəsində Zəngilan, Laçın, Füzuliyə vətəndaşların qayıdışına başlanılıb. Qarabağın və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqrasiyası qarşıdakı illərdə də əsas milli prioritetlərdən biri olacaq.
Nazir qeyd edib ki, Cənubi Qafqaz regionunda Azərbaycanın yaratdığı yeni reallıqlar şəraitində dövlətimizin haqlı mövqeyinin və maraqlarının müdafiəsi, ərazi bütövlüyümüzün və sərhədlərimizin toxunulmazlığının təmin edilməsi baxımından ölkənin müdafiə qabiliyyətinin, milli təhlükəsizliyinin daha da möhkəmləndirilməsi xərclərinin yüksək səviyyədə saxlanılması növbəti il üçün də əsas prioritet olaraq qəbul edilib.
Qeyd olunub ki, növbəti ilin dövlət büdcəsi xərclərinin 18,8 milyard manatı və ya 51%-dən artıq hissəsi məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək. Müdafiə və milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın məqsədlərinin reallaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsi prioritet olaraq qəbul edilib. Buna uyğun olaraq, 2024-cü ildə azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə dövlət büdcəsi xərclərinin 10,9 %-i və ya 4 milyard manat məbləğində vəsait ayrılacaq. Müdafiə və milli təhlükəsizlik xərclərinə 17,5 % və ya 6,4 milyard manat məbləğində vəsait nəzərdə tutulub və bu, 2023-cü illə müqayisədə 366 milyon manat və ya 6% çoxdur. "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi üçün növbəti il dövlət büdcəsi xərclərinin 4,1%-i və ya 1,5 milyard manat vəsait yönəldiləcək.
Bildirilib ki, növbəti ilin dövlət büdcəsində əhalinin sosial müdafiəsi, təhsil və səhiyyə sahələrində islahatların davam etdirilməsi, ölkənin ərzaq təhlükəsizliyi, sahibkarlığa dəstək tədbirləri, səfərbərlik və fövqəladə ehtiyatların formalaşdırılması, dövlət investisiya proqramının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitlərin ayrılması da nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.