Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Messi karyerasında 1200 qolun vurulmasında yaxından iştirak edib

© AP Photo / Nicolas AguileraLionel Messi, arxiv şəkli
Lionel Messi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.04.2024
Abunə olmaq
Argentina millisinin üzvü meydana çıxdığı 1 057 qarşılaşmada 832 qol vurub və 368 assist edib.
BAKI, 28 aprel - Sputnik. ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən Lionel Messi karyerası ərzində 1 200 qolun vurulmasında yaxından iştirak edib.
Bu barədə "Report" yazır.
36 yaşlı hücumçu MLS çempionatında "İnter Mayami"nin səfərdə "Nyu-İnqlend Revolyuşn"ı 4:1 hesabı ilə məğlub etdiyi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Beləliklə, Argentina millisinin üzvü meydana çıxdığı 1 057 qarşılaşmada 832 qol vurub və 368 assist edib.
21.11.23
Messi tarixi rekordu təkrar edə bilər
Argentina millisinin kapitanı Lionel Messi tarixi rekordu təkrarlaya bilər.
36 yaşlı futbolçu bunun üçün DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Braziliya ilə keçiriləcək oyunda qol vurmalıdır. O, seçmə mərhələlərdə indiyə qədər üz-üzə gəldiyi rəqiblərdən yalnız Braziliyanın qapısına yol tapa bilməyib.
Ulduz futbolçu "pentakampeonlar"la matçda tilsimi qırmağı bacarsa, Cənubi Amerika zonasında seçmə mərhələlərdə bütün komandalara qol vuran 5-ci oyunçu olacaq.
Hazırda ekvadorlu Aqustin Delqado, uruqvaylılar Luis Suares, Edinson Kavani və çilili Aleksis Sançes bu rekorda şərikdirlər (Report).
Qeyd edək ki, seçmə mərhələnin VI turunun Braziliya – Argentina görüşü noyabrın 22-də keçiriləcək. Hazırda son dünya çempionu 12 xalla turnir cədvəlinə başçılıq edir, "sambaçılar" isə 7 xalla 5-ci pillədə qərarlaşıb.
10.11.23, 12:55
Messi heyranı olduğu futbolçunun adını açıqlayıb
Argentina millisinin və Amerikanın "İnter Mayami" klubunun hücumçusu Lionel Messi "Adidas"ın Youtube kanalına müsahibəsində həmyerlisi, keçmiş futbolçu Pablo Aymara heyran olduğunu etiraf edib.
“O, “Valensiya”da, güclü heyətə malik “River Pleyt”də idi və bu komandada fərqlənirdi. Onun oyun tərzini həmişə bəyənmişəm. Bizim üçün hər zaman birinci olan, başqalarından üstün olan Dieqo Maradonadan başqa, heyran olduğum Pablo idi”, - Messi deyib.
Qeyd edək ki, 44 yaşlı Aymar karyerası ərzində Argentinanın “River Pleyt”, İspaniyanın “Valensiya” və “Saraqosa”, Portuqaliyanın “Benfika” və Malayziyanın “Cohor” klublarında çıxış edib. Yarımmüdafiəçi Argentina millisinin heyətində 52 oyun keçirib. O, bu gün Argentina yığmalarından birinin məşqçisidir.
Messi 2022-ci ilin dekabrında Argentina yığması ilə dünya çempionu olub. Hücumçu iki il Fransanın PSJ komandasının heyətində oynadıqdan sonra 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. Avqustun 20-də Amerikada ilk titulunu - Liqa Kubokunu qazanıb. “İnter Mayami”də keçirdiyi 14 oyundan sonra Messinin hesabında 11 qol və 5 məhsuldar ötürmə var. Argentinalı hücumçu oktyabrın 30-da karyerasında 8-ci dəfə “Qızıl top”u qazanıb (Report).
Xəbər lenti
0