https://sputnik.az/20231121/gelen-il-ucun-yasayis-minimumu-ve-ehtiyac-meyari-24-manat-artirilir-460750328.html
Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı 24 manat artırılır
Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı 24 manat artırılır
Sputnik Azərbaycan
2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində... 21.11.2023, Sputnik Azərbaycan
2023-11-21T22:17+0400
2023-11-21T22:17+0400
2023-11-21T22:17+0400
manat
iqtisadiyyat
tahir mirkişili
pensiya
ehtiyac meyarı
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268526_0:0:2000:1125_1920x0_80_0_0_2a6f7fb5999bdfde24201657e908ad5d.jpg
BAKI, 21 noyabr — Sputnik. Milli Məclisdə 2024-cü il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi ilə bağlı qanun layihələrinə baxılıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" qanun layihəsi ilə bağlı bildirib ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manatdan 270 manata, əmək qabiliyyətli əhali üçün 261 manatdan 287 manata, pensiyaçılar üçün 199 manatdan 222 manata, uşaqlar üçün isə 220 manatdan 235 manata qədər artırılır. Daha sonra "Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi barədə danışan Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, gələn il üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 24 manat artırılaraq 270 manat nəzərdə tutulur. Hər iki layihə səsə qoyularaq ikinci oxunuşda qəbul edilib. Ünvanlı sosial yardım kimlərə şamil edilir? Xatırladaq ki, ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Ünvanlı sosial yardımı almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Ehtiyac meyarı dedikdə, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd nəzərdə tutulur. Əlavə edək ki, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib. Beləliklə, yaşayış minimumu və ehtiyac meyarı həddinin bərabər tutulması gələn il də davam edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268526_227:0:2000:1330_1920x0_80_0_0_2914c4d8651946304ff1f3780ea8c8a7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
manat, tahir mirkişili, pensiya, ehtiyac meyarı
manat, tahir mirkişili, pensiya, ehtiyac meyarı
Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı 24 manat artırılır
2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.
BAKI, 21 noyabr — Sputnik. Milli Məclisdə 2024-cü il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi ilə bağlı qanun layihələrinə baxılıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" qanun layihəsi ilə bağlı bildirib ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manatdan 270 manata, əmək qabiliyyətli əhali üçün 261 manatdan 287 manata, pensiyaçılar üçün 199 manatdan 222 manata, uşaqlar üçün isə 220 manatdan 235 manata qədər artırılır.
Daha sonra "Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi barədə danışan Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, gələn il üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 24 manat artırılaraq 270 manat nəzərdə tutulur.
Hər iki layihə səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Ünvanlı sosial yardım kimlərə şamil edilir?
Xatırladaq ki, ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Ünvanlı sosial yardımı almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.
Ehtiyac meyarı dedikdə, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd nəzərdə tutulur.
Əlavə edək ki, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.
Beləliklə, yaşayış minimumu və ehtiyac meyarı həddinin bərabər tutulması gələn il də davam edəcək.