https://sputnik.az/20231121/dn-gune-300-manat-pul-qazanan-dilenci-qizla-bagli-meseleye-aydinliq-getirdi-460745282.html
DİN günə 300 manat pul qazanan dilənçi qızla bağlı məsələyə aydınlıq gətirdi
DİN günə 300 manat pul qazanan dilənçi qızla bağlı məsələyə aydınlıq gətirdi
Sputnik Azərbaycan
Nurlan Əliyevin sözlərinə görə, yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatmış şəxs tərəfindən avaralığa cəlb edilməsinə görə cərimə və inzibati həbs... 21.11.2023, Sputnik Azərbaycan
2023-11-21T16:27+0400
2023-11-21T16:27+0400
2023-11-21T16:27+0400
dilənçi
cəmiyyət
din
din mətbuat xidməti
avara
narkotik
narkotik maddə
polis
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1d/440558038_0:0:1000:563_1920x0_80_0_0_2f961bc75707791641c9f5c2bca335b6.jpg
BAKI, 21 noyabr — Sputnik. Daxili İşlər Nazirliyi sosial şəbəkədə dilənçiliklə məşğul olaraq gündəlik yüksək məbləğdə pul qazanan qızla bağlı videogörüntüyə münasibət bildirib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirib ki, sosial şəbəkələrdə görüntüsü əks olunan şəxs rayonların birində yaşayan və dilənçiliklə məşğul olan ailə mənsubudur. "Şəxsin əlindəki pulun miqdarı və haradan əldə etdiyi barədə isə məlumatımız yoxdur" - N. Əliyev bildirib. DİN rəsmisi son günlər paytaxtda dilənçilərin artması ilə bağlı səslənən iddialara da münasibət bildirib:"Dilənçilik, avaralıq və tüfeyli həyat tərzi sürən şəxslərin profilaktikası polis tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bəzən görürük ki, bu şəxslər əməllərini öz həyat tərzinə çeviriblər. Hətta yetkinlik yaşına çatmayanlar da dilənçiliyə sövq edilir. Yetkinlik yaşına çatmayan diləndirilən şəxsin valideynləri varsa, o, polis əməkdaşları tərəfindən evinə təhvil verilir. Digər şəxs barəsində də qanunamüvafiq tədbirlər görülür".N.Əliyevin sözlərinə görə, daha çox məscidlərdə, ziyarət yerlərində və insanların sıx toplaşdığı digər ərazilərdə bu cür neqativ hallara rast gəlinir. Belə yerlərdə polis əməkdaşları gücləndirilmiş nəzarət həyata keçirir. Dilənçi, avara və tüfeyli həyat tərzi sürən şəxslərin arasında narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edən, oğurluq və digər cinayət törədən şəxslər də aşkarlanır və qanunamüvafiq tədbirlər görülür. DİN rəsmisi onu da əlavə edib ki, yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatmış şəxs tərəfindən avaralığa cəlb edilməsinə görə - əlli manatdan doxsan manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda beş gündən on beş günədək müddətə inzibati həbs tətbiq edilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1d/440558038_0:0:1000:751_1920x0_80_0_0_899d9ac5be59a0866425e3b2debd9a17.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dilənçi, din, din mətbuat xidməti, avara, narkotik, narkotik maddə, polis
dilənçi, din, din mətbuat xidməti, avara, narkotik, narkotik maddə, polis
DİN günə 300 manat pul qazanan dilənçi qızla bağlı məsələyə aydınlıq gətirdi
Nurlan Əliyevin sözlərinə görə, yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatmış şəxs tərəfindən avaralığa cəlb edilməsinə görə cərimə və inzibati həbs nəzərdə tutulur.
BAKI, 21 noyabr — Sputnik. Daxili İşlər Nazirliyi sosial şəbəkədə dilənçiliklə məşğul olaraq gündəlik yüksək məbləğdə pul qazanan qızla bağlı videogörüntüyə münasibət bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirib ki, sosial şəbəkələrdə görüntüsü əks olunan şəxs rayonların birində yaşayan və dilənçiliklə məşğul olan ailə mənsubudur.
"Şəxsin əlindəki pulun miqdarı və haradan əldə etdiyi barədə isə məlumatımız yoxdur" - N. Əliyev bildirib.
DİN rəsmisi son günlər paytaxtda dilənçilərin artması ilə bağlı səslənən iddialara da münasibət bildirib:
"Dilənçilik, avaralıq və tüfeyli həyat tərzi sürən şəxslərin profilaktikası polis tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bəzən görürük ki, bu şəxslər əməllərini öz həyat tərzinə çeviriblər. Hətta yetkinlik yaşına çatmayanlar da dilənçiliyə sövq edilir. Yetkinlik yaşına çatmayan diləndirilən şəxsin valideynləri varsa, o, polis əməkdaşları tərəfindən evinə təhvil verilir. Digər şəxs barəsində də qanunamüvafiq tədbirlər görülür".
N.Əliyevin sözlərinə görə, daha çox məscidlərdə, ziyarət yerlərində və insanların sıx toplaşdığı digər ərazilərdə bu cür neqativ hallara rast gəlinir. Belə yerlərdə polis əməkdaşları gücləndirilmiş nəzarət həyata keçirir. Dilənçi, avara və tüfeyli həyat tərzi sürən şəxslərin arasında narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edən, oğurluq və digər cinayət törədən şəxslər də aşkarlanır və qanunamüvafiq tədbirlər görülür.
DİN rəsmisi onu da əlavə edib ki, yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatmış şəxs tərəfindən avaralığa cəlb edilməsinə görə - əlli manatdan doxsan manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda beş gündən on beş günədək müddətə inzibati həbs tətbiq edilir.