DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin və Səudiyyə Ərəbistanı arasında dünya üçün mühüm olan saziş imzalanıb

© AFP 2024 / HECTOR RETAMALÇin
Çin - Sputnik Azərbaycan, 1920, 21.11.2023
Abunə olmaq
Üç il müddətində qüvvədə olacaq müqavilə tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilər.
BAKI, 21 noyabr — Sputnik. Çin Xalq Bankı və Səudiyyə Ərəbistanı Mərkəzi Bankı arasında valyuta mübadiləsi sazişi imzalanıb. Bu barədə Sinxua agentliyi xəbər verir.
Müqavilənin həcmi 50 milyard yuan (təxminən 7 milyard dollar) və ya 26 milyard rialdır. Üç il müddətində qüvvədə olacaq müqavilə tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilər.
Sazişin Çin və Səudiyyə Ərəbistanı arasında maliyyə əməkdaşlığının gücləndirilməsinə, iki ölkənin milli valyutalarının istifadəsinin genişləndirilməsinə və ticarət və investisiyaların asanlaşdırılmasına kömək edəcəyi gözlənilir.
27.10.23, 13:29
Çin Səudiyyə Ərəbistanı ilə strateji tərəfdaşlığı inkişaf etdirir
Çin Səudiyyə Ərəbistanı ilə hərtərəfli strateji tərəfdaşlığı inkişaf etdirmək üçün işləməyə hazırdır. Bunu Çin hökumətinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Çjay Szyun Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Valid Abdel Kərim əl-Xereyci ilə görüşündə deyib.

"Çin iki ölkə liderlərinin əldə etdiyi mühüm konsensusun həyata keçirilməsi və hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinin davamlı olaraq yaxşılaşdırılması üçün Səudiyyə Ərəbistanı ilə əməkdaşlığa hazırdır", - deyə Çin Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Çjay Szyun həmçinin Çinin Səudiyyə Ərəbistanı ilə koordinasiyanı davam etdirməyə, sülhü təşviq etmək üçün qüvvələri birləşdirməyə və Fələstin məsələsinin ən qısa zamanda hərtərəfli və ədalətli həllini təşviq etməyə hazır olduğunu vurğulayıb.
O, əmin olduğunu bildirib ki, iki dövlətli həll yolu əsasında Fələstin-İsrail sülh danışıqlarının bərpası Fələstin-İsrail münaqişəsinin qapalı dairəsini qırmaq üçün yeganə real yoldur.
Çin hökumətinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Səudiyyə Ərəbistanında səfərdədir. Onun Yaxın Şərq turu çərçivəsində səfər edəcəyi ölkələr siyahısında Qətər, Misir, İordaniya və BƏƏ də var. Onun sözlərinə görə, səfərin məqsədi maraqlı tərəflərin hər biri ilə atəşkəsin təşviqi, gərgin vəziyyətin yumşaldılması üçün koordinasiyanın gücləndirilməsi məsələlərini müzakirə etməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0