Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Daha bir rayonda qızılcaya kütləvi yoluxma baş verib

© Depositphotos.com / Milkosqızılca
qızılca - Sputnik Azərbaycan, 1920, 21.11.2023
Abunə olmaq
Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru bildirib ki, qızılcaya şübhəli xəstələr lokallaşdırılır, digər uşaqlarla təmasın qarşısı alınır.
BAKI, 21 noyabr — Sputnik. Azərbaycanda qızılcaya yoluxma arealı genişlənir. Kürdəmirdə qızılcaya yoluxma ilə əlaqədar rayonun Ailə Sağlamlıq Mərkəzində 60-a yaxın xəstə müraciət edib. Onlardan 9-u stasionar müalicə alır, yerdə qalanına isə ambulator yardım göstərilərək evə buraxılıb.
Kürdəmir Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Kəmalə Abdurrahmanova Sputnik Azərbaycan-a bildirib ki, qızılca şübhəsi olan xəstələr dərhal Ailə Sağlamlıq Mərkəzlərinə müraciət etsinlər.
Onun sözlərinə görə, qızılcaya yoluxanların əksəriyyəti yüngül dərəcəlidir, ağırlaşmalar qeydə alınmayıb. Qızılcaya yoluxma əsasən rayonun Pirili, Ərəb Qubalı, Qarasaqqal, Şilyan və Sor Sor kəndlərində qeydə alınıb.
"Aparılan ilk tədbirlər ondan ibarətdir ki, qızılcaya şübhəli xəstələr lokallaşdırılır, digər uşaqlarla təmasın qarşısı alınır. Həmçinin peyvənddən kənarda qalan uşaqlar peyvəndə cəlb edilir" - K.Abdurrahmanova bildirib.
O, həmçinin qeyd edib ki, TƏBİB-in təminat Mərkəzindən rayon GEM-inə kifayət qədər qızılca peyvəndi verilib.
Hazırda Zaqatala Rayon Mərkəzi Xəstəxanasında qızılcaya yoluxmuş 8 nəfərin stasionar müalicəsi davam etdirilir. Həmin şəxslərdən 7-si böyük, 1-i uşaqdır. Hər birinin vəziyyəti stabil olaraq qiymətləndirilir. Zaqatala Rayon Mərkəzi Xəstəxanasına oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub. Onlardan 46-sı müayinə olunaraq ambulator müalicə üçün evə buraxılıb.
17.11.23, 23:56
Zaqatalada qızılca xəstəliyi yayılıb. APA-nın məlumatına görə, oktyabr ayının ikinci ongünlüyündən başlayaraq Zaqatala rayonu ərazisində qızılca xəstəliyinin yayılması müşahidə olunur.
Xəstəliyə Zaqatala şəhər və rayonun Kebeloba, Car, Yuxari Tala, Aşağı Tala, Çobankol, Muxax, Gözbarax Əliabad kəndlərində uşaqlar və hətta orta yaş qrupuna aid insanlar arasında rast gəlindiyi bildirilir.
TƏBİB-dən bildirilib ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına 2023-cü ilin oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub:

"Onlardan 46-sı müayinə olunaraq ambulator müalicə üçün evə buraxılıb. Ambulator xəstələrdən 8-i uşaqdır, vəziyyətləri stabildir. Bu müddət ərzində xəstəxanaya müraciət edən 19 nəfər (5-i uşaq olmaqla) stasionar müalicə alıb. Onlardan 10 xəstə artıq evə buraxılıb. 9 xəstənin isə stasionar müalicəsi davam etdirilir".

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən isə bildirilib ki, Zaqatala rayonunda qızılcaya yoluxma tək-tək hallarda qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb:
"Bununla əlaqədar olaraq xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılıb, qızılca peyvəndindən kənarda qalan uşaqlar QPM (qızılca-parotit-məxmərək əleyhinə) vaksini ilə peyvəndə cəlb olunublar. Hazırda rayonda peyvənd işləri davam etdirilir, epidemioloji vəziyyət stabildir".
Xatırladaq ki, bu ayın əvvəlində səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında ölkədə qızılca xəstəliyi ilə bağlı vəziyyət tam nəzarətdə olduğunu söyləmişdi. Onu da xatırladaq ki, Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada kəskin yoluxucu xəstəlik kütləvi hal qeydə alındığından təhsil müəssisəsi iki həftəlik bağlanmışdı.
Qızılcaya qarşı peyvənd - Sputnik Azərbaycan, 1920, 21.11.2023
SƏHİYYƏ
Nazirlik qızılca ilə bağlı ölkədəki epidemioloji vəziyyəti açıqladı
Xəbər lenti
0