https://sputnik.az/20231121/azerbaycan-sigorta-tarixinde-rekord-meblegde-odenis-edildi-460733729.html
Azərbaycan sığorta tarixində rekord məbləğdə ödəniş edildi
Azərbaycan sığorta tarixində rekord məbləğdə ödəniş edildi
Sputnik Azərbaycan
"Azərsun Sənaye Parkı"nda bu ilin aprel ayında baş vermiş yanğın hadisəsinə görə rekord məbləğdə sığorta ödənilib. 21.11.2023, Sputnik Azərbaycan
2023-11-21T12:50+0400
2023-11-21T12:50+0400
2023-11-21T12:50+0400
tibbi sığorta
cəmiyyət
"azersun holding"
"azersun holding" mmc
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0b/425925793_0:288:1000:851_1920x0_80_0_0_2ad6a8737f1ba65c020fd9cd675548be.jpg
BAKI, 21 noyabr — Sputnik. Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən, "Azərsun Holdinq" MMC-yə məxsus "Azərsun Sənaye Parkı"nda bu ilin aprel ayında baş vermiş yanğın hadisəsinə görə 25 milyon manat sığorta ödənişi verilib. Bu, ölkənin sığorta tarixində rekord məbləğ sayılır. Ödənişi holdinqə məxsus "Azərbaycan Sənaye Sığorta" ASC "Daşınmaz əmlakın icbari sığortası", eləcə də "Əmlakın yanğından və digər risklərdən sığortası" üzrə həyata keçirib. Qeyd edək ki, yanğın nəticəsində “Azərsun Sənaye Parkı”nda “Sun Food” MMC-yə aid olan anbarlara qeyri-rəsmi olaraq 30 milyon manat civarında zərərin dəydiyi bildirilmişdi. Bu isə Azərbaycanın müstəqillik dövründə zərərin həcminə görə, ən böyük sığorta hadisəsi hesab edilir. Xatırladaq ki, “Sun Food” MMC-nin yerli sığortaçısı “Azərbaycan Sənaye Sığorta”, ötürülmüş risklər üzrə təkrarsığortaçısı isə Almaniyanın “Hellman&Friedman” şirkətidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0b/425925793_0:101:1000:851_1920x0_80_0_0_efebd5ed8438d94df70b6fce22abc3f9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tibbi sığorta, "azersun holding", "azersun holding" mmc
tibbi sığorta, "azersun holding", "azersun holding" mmc
Azərbaycan sığorta tarixində rekord məbləğdə ödəniş edildi
"Azərsun Sənaye Parkı"nda bu ilin aprel ayında baş vermiş yanğın hadisəsinə görə rekord məbləğdə sığorta ödənilib.
BAKI, 21 noyabr — Sputnik. Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən, "Azərsun Holdinq" MMC-yə məxsus "Azərsun Sənaye Parkı"nda bu ilin aprel ayında baş vermiş yanğın hadisəsinə görə 25 milyon manat sığorta ödənişi verilib.
Bu, ölkənin sığorta tarixində rekord məbləğ sayılır.
Ödənişi holdinqə məxsus "Azərbaycan Sənaye Sığorta" ASC "Daşınmaz əmlakın icbari sığortası", eləcə də "Əmlakın yanğından və digər risklərdən sığortası" üzrə həyata keçirib.
Qeyd edək ki, yanğın nəticəsində “Azərsun Sənaye Parkı”nda “Sun Food” MMC-yə aid olan anbarlara qeyri-rəsmi olaraq 30 milyon manat civarında zərərin dəydiyi bildirilmişdi. Bu isə Azərbaycanın müstəqillik dövründə zərərin həcminə görə, ən böyük sığorta hadisəsi hesab edilir. Xatırladaq ki, “Sun Food” MMC-nin yerli sığortaçısı “Azərbaycan Sənaye Sığorta”, ötürülmüş risklər üzrə təkrarsığortaçısı isə Almaniyanın “Hellman&Friedman” şirkətidir.