https://sputnik.az/20231121/azerbaycan-ermenistanla-sulh-sazisinin-imzalanmasi-ucun-hec-bir-manee-gormur-460736688.html
"Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması üçün heç bir maneə görmür"
"Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması üçün heç bir maneə görmür"
Sputnik Azərbaycan
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri bildirib ki, Ermənistanın bütün qanunsuz hərbi birləşmələri ölkəmizin ərazisindən... 21.11.2023, Sputnik Azərbaycan
2023-11-21T17:19+0400
2023-11-21T17:19+0400
2023-11-21T18:26+0400
azərbaycan
siyasət
hikmət hacıyev
azərbaycan respublikası prezidentinin köməkçisi hikmət hacıyev
ermənistan
https://cdnn1.img.sputnik.az/img/42296/39/422963995_0:320:3072:2048_1920x0_80_0_0_1377339c4f5263f86daa0e1ddfd39a1e.jpg
BAKI, 21 noyabr — Sputnik. Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması üçün heç bir maneə görmür. Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 21-də yerli və xarici jurnalistlərə açıqlamasında söyləyib. Azərbaycanın tam suverenliyini və ərazi bütövlüyünü bərpa etdiyini xatırladan Prezidentin köməkçisi bildirib:"Ermənistanın bütün qanunsuz hərbi birləşmələri ölkəmizin ərazisindən çıxarılıb və tərəfimizdən iki ölkə arasında münasibətlərin normallaşması üçün heç bir maneə görmürük. Bunun baş tutması üçün Ermənistan tərəfi anlamalıdır ki, bu sülhün kökləri Vaşinqtonda, Parisdə və Brüsseldə deyil, barış buradadır. Bunun da irəliyə aparılması və bu istiqamətdə ciddi nailiyyətlərin əldə edilməsi üçün Ermənistan bu bölgəyə baxmalı, Azərbaycanla bu istiqamətdə danışıqları davam etdirməlidir. Bizim üçün müharibə başa çatıb, regionda yeni reallıq yaranıb. Bu reallıq ədalətə, beynəlxalq hüquqa əsaslanır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42296/39/422963995_271:0:3002:2048_1920x0_80_0_0_f9f0de39cf79bb4c06f93f24f33e2d71.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, hikmət hacıyev, azərbaycan respublikası prezidentinin köməkçisi hikmət hacıyev, ermənistan
azərbaycan, hikmət hacıyev, azərbaycan respublikası prezidentinin köməkçisi hikmət hacıyev, ermənistan
"Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması üçün heç bir maneə görmür"
17:19 21.11.2023 (Yenilənib: 18:26 21.11.2023) Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri bildirib ki, Ermənistanın bütün qanunsuz hərbi birləşmələri ölkəmizin ərazisindən çıxarılıb.
BAKI, 21 noyabr — Sputnik. Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması üçün heç bir maneə görmür.
Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 21-də yerli və xarici jurnalistlərə açıqlamasında söyləyib.
Azərbaycanın tam suverenliyini və ərazi bütövlüyünü bərpa etdiyini xatırladan Prezidentin köməkçisi bildirib:
"Ermənistanın bütün qanunsuz hərbi birləşmələri ölkəmizin ərazisindən çıxarılıb və tərəfimizdən iki ölkə arasında münasibətlərin normallaşması üçün heç bir maneə görmürük. Bunun baş tutması üçün Ermənistan tərəfi anlamalıdır ki, bu sülhün kökləri Vaşinqtonda, Parisdə və Brüsseldə deyil, barış buradadır. Bunun da irəliyə aparılması və bu istiqamətdə ciddi nailiyyətlərin əldə edilməsi üçün Ermənistan bu bölgəyə baxmalı, Azərbaycanla bu istiqamətdə danışıqları davam etdirməlidir. Bizim üçün müharibə başa çatıb, regionda yeni reallıq yaranıb. Bu reallıq ədalətə, beynəlxalq hüquqa əsaslanır".