https://sputnik.az/20231121/azerbaycan-ermenistanla-ikiterefli-esasda-birbasa-danisiqlara-hazirdir---xn-460747054.html
Azərbaycan Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır - XİN
Azərbaycan Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır - XİN
Sputnik Azərbaycan
Azərbaycan XİN bəyan edib ki, qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam... 21.11.2023, Sputnik Azərbaycan
2023-11-21T17:02+0400
2023-11-21T17:02+0400
2023-11-21T17:02+0400
siyasət
ermənistan xin
ermənistan
ermənistanın baş naziri nikol paşinyan
nikol paşinyan
azərbaycan xin
https://cdnn1.img.sputnik.az/img/40379/95/403799516_0:187:1800:1200_1920x0_80_0_0_eeedff85155d42a4302108f7ae7c5d03.jpg
BAKI, 21 noyabr — Sputnik. Ermənistanın Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə cavab verməsinin təqribən 2 ay yarım müddət çəkməsi prosesi ciddi şəkildə yubadıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistana sülh müqaviləsinin bağlanması üçün danışıqları bərpa etmək çağırışı ilə bağlı açıqlamasında bildirilib. Qeyd edilib ki, sülh danışıqlarındakı bu durğunluq regionda sabitliyə və firavanlığa töhfə vermir. "Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır. Biz inanırıq ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir. Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır. Biz Ermənistan tərəfini yeni lüzumsuz yubatmalara yol verməməyə çağırır və danışıqların tezliklə başlanması üçün onların bu çağırışa müsbət cavab verəcəyinə ümid bəsləyirik" - Azərbaycan XİN-in açıqlamasında deyilir.Xatırladaq ki, bu gün Ermənistan Xarici İşlər Nazirliyi İrəvanın Bakının sülh sazişi üzrə növbəti təkliflərinə cavab verdiyini açqılayıb. Məlumatda bildirilib ki, Ermənistan Baş nazir Nikol Paşinyanın noyabrın 18-də Azərbaycanla sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün diplomatik səylərin gücləndirilməsi ilə bağlı açıqladığı bəyanatdan sonra Ermənistan tərəfi sülh sazişi üzrə altıncı təkliflər paketini Azərbaycan tərəfinə təqdim edib."Ermənistan əvvəllər elan edilmiş prinsiplər əsasında münasibətlərin normallaşdırılmasına dair sənədi yekunlaşdırmaq və imzalamaq öhdəliyinə sadiqdir", - Ermənistan XİN-dən bildirilib.
https://sputnik.az/20231122/ermenistan-azerbaycanin-sulh-sazisi-uzre-tekliflerine-cavab-verib-460745161.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40379/95/403799516_101:0:1701:1200_1920x0_80_0_0_8bde9d4e10a70f04b687597f6eabdc2f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan xin, ermənistan, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, azərbaycan xin
ermənistan xin, ermənistan, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, azərbaycan xin
Azərbaycan Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır - XİN
Azərbaycan XİN bəyan edib ki, qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır.
BAKI, 21 noyabr — Sputnik. Ermənistanın Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə cavab verməsinin təqribən 2 ay yarım müddət çəkməsi prosesi ciddi şəkildə yubadıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistana sülh müqaviləsinin bağlanması üçün danışıqları bərpa etmək çağırışı ilə bağlı açıqlamasında bildirilib.
Qeyd edilib ki, sülh danışıqlarındakı bu durğunluq regionda sabitliyə və firavanlığa töhfə vermir.
"Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır. Biz inanırıq ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir.
Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır.
Biz Ermənistan tərəfini yeni lüzumsuz yubatmalara yol verməməyə çağırır və danışıqların tezliklə başlanması üçün onların bu çağırışa müsbət cavab verəcəyinə ümid bəsləyirik" - Azərbaycan XİN-in açıqlamasında deyilir.
Xatırladaq ki, bu gün Ermənistan Xarici İşlər Nazirliyi İrəvanın Bakının sülh sazişi üzrə növbəti təkliflərinə cavab verdiyini açqılayıb. Məlumatda bildirilib ki, Ermənistan Baş nazir Nikol Paşinyanın noyabrın 18-də Azərbaycanla sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün diplomatik səylərin gücləndirilməsi ilə bağlı açıqladığı bəyanatdan sonra Ermənistan tərəfi sülh sazişi üzrə altıncı təkliflər paketini Azərbaycan tərəfinə təqdim edib.
"Ermənistan əvvəllər elan edilmiş prinsiplər əsasında münasibətlərin normallaşdırılmasına dair sənədi yekunlaşdırmaq və imzalamaq öhdəliyinə sadiqdir", - Ermənistan XİN-dən bildirilib.