https://sputnik.az/20231121/arxeoloji-ehemiyyetli-erazide-qanunsuz-qazinti-islerinin-aparildigi-askarlanib-460736806.html
Arxeoloji əhəmiyyətli ərazidə qanunsuz qazıntı işlərinin aparıldığı aşkarlanıb
Arxeoloji əhəmiyyətli ərazidə qanunsuz qazıntı işlərinin aparıldığı aşkarlanıb
Sputnik Azərbaycan
Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin əməkdaşları əraziyə baxış keçirən zaman geniş şəkildə qanunsuz qazıntı işlərinin aparıldığı müəyyən olunub. 21.11.2023, Sputnik Azərbaycan
2023-11-21T20:46+0400
2023-11-21T20:46+0400
2023-11-21T20:46+0400
arxeoloji tapıntı
cəmiyyət
ismayıllı
lahıc
lahıc qəsəbəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/07/18/427534653_0:160:3073:1888_1920x0_80_0_0_4397de3e70528a3e65c523ec969a8567.jpg
BAKI, 21 noyabr — Sputnik. İsmayıllı rayonunun Lahıc qəsəbəsinə yaxın ərazidə, Niyal dağının zirvəsindən təxminən 5-6 kilometr şərqə doğru, Mücü kəndi istiqamətində dağın zirvəsində arxeoloji əhəmiyyət daşıyan ərazidə qanunsuz qazıntı işlərinin aparıldığı aşkar olunub. Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin əməkdaşları əraziyə baxış keçirən zaman geniş şəkildə qanunsuz qazıntı işlərinin aparıldığı müəyyən olunub. Qazıntı işləri nəticəsində abidələrin siyahısına daxil olmayan və hələlik tarixi haqqında dəqiq məlumatın olmadığı, yonulmuş daşlarından inşa olunmuş tikinti qalıqlarının üstü açılıb. Qazıntı nəticəsində ərazidə saxsı qab fraqmentləri, su boruları və digər artefaktlar üzə çıxarılıb. Ərazinin yüksək dağlıq relyefini nəzərə alaraq qanunsuz qazıntı işlərinin uzun müddət aparıldığını güman etmək olar: "Geniş tədqiqat işlərinin aparılmasına ehtiyac olan ərazi öyrənilməsi və qorunması üçün Dövlət Xidməti tərəfindən nəzarətə götürülüb. Yol verilmiş qanunsuz hərəkətlərlə bağlı müvafiq tədbirlər görüləcək".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/18/427534653_170:0:2901:2048_1920x0_80_0_0_a04c0b54c42df0585792476e6226eb82.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
arxeoloji tapıntı, ismayıllı, lahıc, lahıc qəsəbəsi
arxeoloji tapıntı, ismayıllı, lahıc, lahıc qəsəbəsi
Arxeoloji əhəmiyyətli ərazidə qanunsuz qazıntı işlərinin aparıldığı aşkarlanıb
Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin əməkdaşları əraziyə baxış keçirən zaman geniş şəkildə qanunsuz qazıntı işlərinin aparıldığı müəyyən olunub.
BAKI, 21 noyabr — Sputnik. İsmayıllı rayonunun Lahıc qəsəbəsinə yaxın ərazidə, Niyal dağının zirvəsindən təxminən 5-6 kilometr şərqə doğru, Mücü kəndi istiqamətində dağın zirvəsində arxeoloji əhəmiyyət daşıyan ərazidə qanunsuz qazıntı işlərinin aparıldığı aşkar olunub.
Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin əməkdaşları əraziyə baxış keçirən zaman geniş şəkildə qanunsuz qazıntı işlərinin aparıldığı müəyyən olunub.
Qazıntı işləri nəticəsində abidələrin siyahısına daxil olmayan və hələlik tarixi haqqında dəqiq məlumatın olmadığı, yonulmuş daşlarından inşa olunmuş tikinti qalıqlarının üstü açılıb. Qazıntı nəticəsində ərazidə saxsı qab fraqmentləri, su boruları və digər artefaktlar üzə çıxarılıb. Ərazinin yüksək dağlıq relyefini nəzərə alaraq qanunsuz qazıntı işlərinin uzun müddət aparıldığını güman etmək olar:
"Geniş tədqiqat işlərinin aparılmasına ehtiyac olan ərazi öyrənilməsi və qorunması üçün Dövlət Xidməti tərəfindən nəzarətə götürülüb.
Yol verilmiş qanunsuz hərəkətlərlə bağlı müvafiq tədbirlər görüləcək".