Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Aİİ-nin 2030-cu ilə qədər inkişafına dair proqnoz

Abunə olmaq
Avrasiya İqtisadi İttifaqının xarici tərəfdaşlarla ticarəti 2030-cu ilə qədər 25% artaraq 62,3 trilyon rubldan 76,3 trilyon rubla çatacaq. Aİİ-nin necə inkişaf edəcəyi barədə daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında.
Avrasiya İqtisadi İttifaqının (Aİİ) inkişaf strategiyasına əsasən, 2030-cu ilə qədər xarici ticarət və iqtisadi tərəfdaşlarla inteqrasiya proseslərinin əhəmiyyətli dərəcədə dərinləşdirilməsi planlaşdırılır.
Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç bu yaxınlarda Aİİ-nin 2030-cu ilə qədər inkişaf edəcəyi bəzi məqamları qeyd edib.
Beləliklə, ittifaqın xarici tərəfdaşlarla ticarəti 25% artaraq 62,3 trilyon rubldan 76,3 trilyon rubla qədər çatacaq.
Bundan əlavə, 2030-cu ildə Aİİ-nin proaktiv inkişaf ssenarisi həyata keçirildiyi təqdirdə, ittifaqa üzv olan ölkələr arasında qarşılıqlı ticarət bir yarım dəfə - 5,6 trilyon rubldan 8,1 trilyon rubla qədər yüksələcək.
Volvaç bildirib ki, qeyd olunan il ərzində Aİİ çərçivəsində yığılmış investisiyalar iki qat - 1,6 trilyon rubldan 3,3 trilyon rubla qədər artacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0