https://sputnik.az/20231120/xarici-missiyalar-suveren-serhedlere-nezaret-etmir---lqar-velizade-460723053.html
Xarici missiyalar suveren sərhədlərə nəzarət etmir - İlqar Vəlizadə
Xarici missiyalar suveren sərhədlərə nəzarət etmir - İlqar Vəlizadə
Sputnik Azərbaycan
Politoloq İlqar Vəlizadə bildirir ki, Aİ-nin müşahidə missiyası kiçik müvəqqəti qrupdan Ermənistan ərazisində daimi əsaslarla fəaliyyət göstərən Avropa... 20.11.2023, Sputnik Azərbaycan
2023-11-20T17:07+0400
2023-11-20T17:07+0400
2023-11-20T17:07+0400
ilqar vəlizadə
siyasət
missiya
avropa ittifaqı
saziş
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e5/07/02/427368192_0:0:3067:1725_1920x0_80_0_0_9fab9fe3aaa537c5caf4ed8ee669e77b.jpg
BAKI, 20 noyabr — Sputnik. İrəvan və Aİ arasında Ermənistan-Azərbaycan sərhədində müşahidə missiyasının statusu haqqında saziş imzalanıb. Müqaviləni Ermənistan Xarici İşlər Nazirliyində xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan və Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos imzalayıblar. Saziş Avropa İttifaqı ilə Ermənistan hökuməti arasında imzalanmış sənəddir. Əsasən hüquqi məsələləri tənzimləyir. Səfirin sözlərinə görə, məzmun olduğu kimi qalacaq və müşahidəçilər monitorinqi davam etdirəcəklər. Politoloq İlqar Vəlizadə bildirir ki, Aİ-nin müşahidə missiyası kiçik müvəqqəti qrupdan Ermənistan ərazisində daimi əsaslarla fəaliyyət göstərən, genişlənən ştatı, çoxlu sayda regional idarələri, ən əsası isə özünəməxsus xüsusi statusu olan tam hüquqlu Avropa qurumuna çevrilir: Avropa İttifaqının vətəndaş missiyası Ermənistanda 2023-cü ilin fevralında fəaliyyətə başlayıb. Missiya Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidəçilər patrul edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/02/427368192_0:0:2729:2047_1920x0_80_0_0_f4bbbd0f726e319adbc252d24af81c03.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ilqar vəlizadə, missiya, avropa ittifaqı, saziş, ermənistan
ilqar vəlizadə, missiya, avropa ittifaqı, saziş, ermənistan
Xarici missiyalar suveren sərhədlərə nəzarət etmir - İlqar Vəlizadə
Politoloq İlqar Vəlizadə bildirir ki, Aİ-nin müşahidə missiyası kiçik müvəqqəti qrupdan Ermənistan ərazisində daimi əsaslarla fəaliyyət göstərən Avropa qurumuna çevrilir.
BAKI, 20 noyabr — Sputnik. İrəvan və Aİ arasında Ermənistan-Azərbaycan sərhədində müşahidə missiyasının statusu haqqında saziş imzalanıb.
Müqaviləni Ermənistan Xarici İşlər Nazirliyində xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan və Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos imzalayıblar.
Saziş Avropa İttifaqı ilə Ermənistan hökuməti arasında imzalanmış sənəddir. Əsasən hüquqi məsələləri tənzimləyir. Səfirin sözlərinə görə, məzmun olduğu kimi qalacaq və müşahidəçilər monitorinqi davam etdirəcəklər.
Politoloq İlqar Vəlizadə bildirir ki, Aİ-nin müşahidə missiyası kiçik müvəqqəti qrupdan Ermənistan ərazisində daimi əsaslarla fəaliyyət göstərən, genişlənən ştatı, çoxlu sayda regional idarələri, ən əsası isə özünəməxsus xüsusi statusu olan tam hüquqlu Avropa qurumuna çevrilir:
"Bir vaxtlar missiyanı bizim üzərimizə yükləməyə çalışdılar, amma biz dərhal bundan imtina etdik. Gördüyünüz kimi - boş yerə deyil. Təsəvvür edin, Laçında, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə çoxsaylı Kaspşiklər ora-bura fırlanır, hər şeyi izləyir, hər şeyi Borrelə (Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi - red.qeydi) məruzə edirlər, bilinmir ki, o qərar verəcək, ya verməyəcək. Ermənistan tərəfi öz sərhədlərinin suverenliyindən danışanda onlara xatırlatmaq istərdim ki, xarici missiyalar suveren sərhədlərə nəzarət etmir".
Avropa İttifaqının vətəndaş missiyası Ermənistanda 2023-cü ilin fevralında fəaliyyətə başlayıb. Missiya Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidəçilər patrul edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.