https://sputnik.az/20231120/opec-in-toplantisi-erefesinde-neft-bahalasir-460719316.html
OPEC-in toplantısı ərəfəsində neft bahalaşır
OPEC-in toplantısı ərəfəsində neft bahalaşır
Sputnik Azərbaycan
Ekspertlərin fikrincə, OPEC toplantısında əlavə hasilatın azaldılması razılaşdırılarsa, qısamüddətli qiymət artımı gözlənilir. 20.11.2023, Sputnik Azərbaycan
2023-11-20T15:37+0400
2023-11-20T15:37+0400
2023-11-20T15:37+0400
neft-qaz
"azerilight" markalı neft
qiymət
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240204_0:160:3072:1888_1920x0_80_0_0_98821e9c1e7e43dc97bd8573b0a6aa28.jpg
BAKI, 20 noyabr — Sputnik. Dünya bazarlarında neft qiymətləri bahalaşıb. Hasilat və tələb narahatlıqları səbəbindən dörd həftədir ucuzlaşan qiymətlər bu həftə keçiriləcək "OPEC plyus" toplantısı ərəfəsində yüksəlib. "Brent" markalı neft 34 sent artaraq 80,95 dollar, ABŞ-nin Qərbi Texas nefti 31 sent artaraq 76,20 dollar olub. Qeyd edək ki, neft qiymətləri sentyabrın sonundan bəri demək olar ki, 20% ucuzlaşıb. Ekspertlərin fikrincə, OPEC toplantısında əlavə hasilatın azaldılması razılaşdırılarsa, qısamüddətli qiymət artımı gözlənilir, lakin bunun uzunmüddətli dövrdə qiymətə təsiri o qədər də olayacaq. Xatırladaq ki, keçən həftənin sonunda "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 1,67 dollar, yaxud 2% artaraq 83,67 dollar təşkil edib. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 dollar, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 dollar olub. Əlavə edək ki, "OPEC plyus" noyabrın 26-da keçiriləcək toplantısında neft tədarükünün əlavə ixtisarını müzakirə etməyi planlaşdırır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240204_171:0:2902:2048_1920x0_80_0_0_cb0e94fa2f4d6c02f890343de996110b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
"azerilight" markalı neft, qiymət
"azerilight" markalı neft, qiymət
OPEC-in toplantısı ərəfəsində neft bahalaşır
Ekspertlərin fikrincə, OPEC toplantısında əlavə hasilatın azaldılması razılaşdırılarsa, qısamüddətli qiymət artımı gözlənilir.
BAKI, 20 noyabr — Sputnik. Dünya bazarlarında neft qiymətləri bahalaşıb. Hasilat və tələb narahatlıqları səbəbindən dörd həftədir ucuzlaşan qiymətlər bu həftə keçiriləcək "OPEC plyus" toplantısı ərəfəsində yüksəlib.
"Brent" markalı neft 34 sent artaraq 80,95 dollar, ABŞ-nin Qərbi Texas nefti 31 sent artaraq 76,20 dollar olub.
Qeyd edək ki, neft qiymətləri sentyabrın sonundan bəri demək olar ki, 20% ucuzlaşıb. Ekspertlərin fikrincə, OPEC toplantısında əlavə hasilatın azaldılması razılaşdırılarsa, qısamüddətli qiymət artımı gözlənilir, lakin bunun uzunmüddətli dövrdə qiymətə təsiri o qədər də olayacaq.
Xatırladaq ki, keçən həftənin sonunda "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 1,67 dollar, yaxud 2% artaraq 83,67 dollar təşkil edib.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 dollar, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 dollar olub.
Əlavə edək ki, "OPEC plyus" noyabrın 26-da keçiriləcək toplantısında neft tədarükünün əlavə ixtisarını müzakirə etməyi planlaşdırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.