Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Hepatit A virusunundan necə qorunmaq olar? Baş infeksionist açıqladı

© Sputnik / Александр Кряжев / Mediabanka keçidQan analizi, arxiv
Qan analizi, arxiv - Sputnik Azərbaycan, 1920, 20.11.2023
Abunə olmaq
Bu cür diaqnoz qoyulan uşaqlardan 1-i evə buraxılıb, digər 5-nin müalicəsi xəstəxanada davam etdirilir.
BAKI, 20 noyabr — Sputnik. Azərbaycanın bölgələrində Hepatit A virusunun yayılması insanlar arasında narahatlığa səbəb olub. Sputnik Azərbaycan bu virusun yayılma yolları, xəstəlikdən qorunmaq üsulları və vaksinasiyanın aparılıb-aparılmadığını araşdırıb.
Hepatit A virusuna yoluxmuş uşaqların vəziyyəti necədir?
TƏBİB-dən Sputnik Azərbaycan-a bildirilib ki, Mingəçevirdə Hepatit A virusuna yoluxmuş uşaqların vəziyyəti stabildir. Sorğuya verilmiş cavabda o da bildirilib ki, Mingəçevirdən Kliniki Mərkəzə gətirilən və Hepatit A diaqnozu qoyulan uşaqlardan 1-i evə buraxılıb, digər 5-nin müalicələri xəstəxada davam etdirilir. Onların vəziyyətləti stabildir, dinamika müşahidə olunur.
Virus necə yayılır?
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, virus hepatitləri polietioloji xəstəlikdir, yəni bir neçə virus tərəfindən törədilir.
"Yoluxma mexanizminə görə, bunlar iki qrupa bölünür: nəcis çirklənməsi (hepatit A və E) və parenteral (qan təması) yolla (hepatit B, C, D) ötürülən viruslar. A hepatitinə əsasən uşaqlar və yeniyetmələr arasında rast gəlinir. Virusa yoluxma tərkibində törədici olan su, qida və bu infeksiya ilə xəstənən insanla digər şəxsin və ya onun əl vurduğu əşyalarla təması nəticəsində baş verir. A hepatiti müvsumi xarakter daşıyır. Ölkəmizdə bu virusa yoluxma hallarına payız-qış aylarında rast gəlinir. A hepatitinə qarşı peyvəndləmə yalnız xüsusi hallarda (epidemik alovlanmalar zamanı və s.), Səhiyyə Nazirliyinin qərarı əsasında kütləvi şəkildə uşaqlar arasında aparıla bilər. Xəstələnmə halları az rast gəlindiyi və iqtisadi səmərəli olmadığı üçün bu peyvənd Azərbaycan Respublikasında təsdiqlənən "Peyvəndlərin Milli Təqvimi"nə daxil edilməyib".
© Photo : TRENDTəyyar Eyvazov
Təyyar Eyvazov  - Sputnik Azərbaycan, 1920, 20.11.2023
Təyyar Eyvazov
Hepatit A virusundan sağalmaq mümkündür!
"Xəstəlik əksər hallarda yüngül, fəsadsız keçir və tam sağalma ilə bitir. İnfeksiya ilə mübarızə tədbirlərinə su mənbələrinə və qida maddələrinə sanitar-gigiyenik nəzarətin gücləndirilməsi, yoluxmuş şəxslərin aşkar edilməsi, izolyasiyası və onlar arasında epidemioloji əlaqənin olub-olmamasını, yoluxma mənbəyini təyin etmək və s. daxildir. Adətən həyata keçirilən tədbirlər effektiv olur, qısa vaxt ərzində yoluxma hallarının sayını minimallaşdırmağa imkan verir. Həssas şəxslərə peyvəndlə yanaşı, təmasdan sonra insan immunoqlobulini də təklif oluna bilər", - deyə T. Eyvazov bildirib.
B hepatitinə peyvəndləməyə qarşı gəlincə isə, ölkəmizdə bütün yenidoğulmuşlar qeyd olunan Peyvənd Təqviminə əsasən vaksinasiya olunurlar. Statistik məlumatlara görə, ölkəmizdə uşaqların bu peyvəndlə əhatə olunması göstəriciləri çox yüksəkdir. Virus hepatitləri zamanı antibiotiklərə göstəriş yoxdur, yalnız xəstəliyin bakterial ağırlaşmalar zamanı təyin oluna bilər.
Virusun yayıldığı bölgələrdə nə etməli?
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən isə bildiriblər ki, uşaqlar gigiyenik qaydalara əməl edərsə, Hepatit A virusuna yoluxmadan qoruna bilərlər.

"Hepatit A virusu hava- damcı infeksiyası deyil. Bu qrip virusu olmadığından, hava damcı yolu ilə yayılmır. Virus təmas yolu il yayıla bilər. Ona görə də yoluxma qeydə alınmış bölgələrdə uşaqlara suyu qaynadıb içmək, tövsiyyə olunur. Həmçinin uşaqlar tualetə gedəndə əllərin gigiyenasına diqqət yetirməlidirlər. Başqa şəxsin qidasına toxunmaqdan bir müddət çəkinmək tövsiyə olunur", - deyə RGEM-dən bildirilib.

© Sputnik / Александр Кряжев / Mediabanka keçidPeyvənd vurulması, arxiv
Медицинский работник делает прививку от коронавируса - Sputnik Azərbaycan, 1920, 20.11.2023
Peyvənd vurulması, arxiv
Bununla yanaşı RGEM-dən o da qeyd olunub ki, heç bir məktəbdə Hepatit A virusuna yoluxdurucu ocaq yaranmayıb. Mingəçevirdə virusa yoluxma ailərdə baş verib, həmin şəxslər ətrafdan təcrid olunublar. Yevlaxda isə bu virusa yoluxma bir neçə şəxs arasında qeydə alınıb.
Xatırladaq ki, ötən həftə 6 nəfər (4-ü oğlan, 2-si qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib. Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Uşaqların hər biri Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub və müalicələri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0