Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

“Doğu Akdeniz-2023”: Azərbaycan xüsusi təyinatlıları tapşırıqları icra edib

© AR Ministry of Defence“Doğu Akdeniz-2023” beynəlxalq təliminə hazırlıq məşqləri keçirilib
“Doğu Akdeniz-2023” beynəlxalq təliminə hazırlıq məşqləri keçirilib - Sputnik Azərbaycan, 1920, 20.11.2023
Abunə olmaq
Təlimə cəlb edilən heyət zəbt olunmuş gəmiyə baxışın keçirilməsi, eləcə də şərti düşmən arxasına helikopterdən enmə üzrə tapşırıqları praktiki yerinə yetiriblər.
BAKI, 20 noyabr — Sputnik. Türkiyənin Marmaris şəhərində "Doğu Akdeniz-2023" beynəlxalq təliminə hazırlıq məşqləri keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimə cəlb edilən heyət zəbt olunmuş gəmiyə baxışın keçirilməsi, eləcə də şərti düşmən arxasına helikopterdən enmə üzrə tapşırıqları praktiki yerinə yetiriblər.
Qeyd edək ki, qardaş ölkədə keçirilən "Doğu Akdeniz-2023" beynəlxalq təlimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyəti iştirak edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0