Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Daha 25 ailə Laçının Zabux kəndinə köçürülür

© Photo : AZƏRTACDaha 91 nəfər Zabuxa yola salındı
Daha 91 nəfər Zabuxa yola salındı - Sputnik Azərbaycan, 1920, 20.11.2023
Abunə olmaq
Noyabrın 20-də Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Laçına yola salınıb.
BAKI, 20 noyabr — Sputnik. Zabuxa növbəti köç karvanı yola salınıb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə növbəti köç karvanı yola salınıb.
© Photo : AZƏRTACDaha 91 nəfər Zabuxa yola salındı
Daha 91 nəfər Zabuxa yola salındı - Sputnik Azərbaycan, 1920, 20.11.2023
Daha 91 nəfər Zabuxa yola salındı
Noyabrın 20-də Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 25 ailə - 91 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
© Photo : AZƏRTACDaha 91 nəfər Zabuxa yola salındı
Daha 91 nəfər Zabuxa yola salındı - Sputnik Azərbaycan, 1920, 20.11.2023
Daha 91 nəfər Zabuxa yola salındı
Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailəlırinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Zabux kəndində 96 ailənin, yəni 382 nəfərin daimi məskunlaşması təmin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0