Bu gün nə bayramıdır: 20 noyabr
19:00 20.11.2023 (Yenilənib: 19:02 20.11.2023)
© Sputnik20 noyabr
© Sputnik
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib. Bütün bu hadisələr haqqında daha ətraflı Sputnik Azərbaycan-ın icmalında.
BAKI, 20 noyabr — Sputnik. Noyabrın 20-də bir çox dünya şöhrətli, həmçinin Azərbaycandan olan aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər.
Bu gün tarixə düşən hadisələr də baş verib.
20 noyabrda kimlər anadan olub?
Gültəkin Əsgərova (1960-1992) – Azərbaycan zabiti, həkimi və Azərbaycanın Milli Qəhrəmanıdır. 1992-ci ildə könüllü olaraq Birinci Qarabağ müharibəsində iştirak edib. Turşsu və Şuşada gedən döyüşlərdə iştirak edib, yaralıları döyüş meydanından çıxararaq onlara ilkin tibbi yardım göstərib.
Fernan Magellan (1480-1521) - portuqaliyalı və ispan dənizçidir. O, dünyanın ilk səyahətini edən ekspedisiyaya komandanlıq edib. Fernan sonradan onun adını daşıyan boğazı kəşf edərək, Atlantik Okeanından Sakit Okeana səyahət edən ilk avropalı olub. O, səyahət zamanı həlak olub.
Karl Ritter fon Friş (1886-1982) – avstriyalı-alman bioloqu, zooloqu və etoloqudur. O, Konrad Lorents və Nikolas Tinbergenlə birlikdə fiziologiya və tibb üzrə Nobel mükafatı laureatıdır. Karl bu mükafatı heyvanların fərdi və qrup davranış modellərinin yaradılması və qurulması ilə bağlı kəşflərinə görə alıb.
Maya Plisetskaya (1925-2015) - Sovet və Rusiya balerinası, baletmeysteri, xoreoqrafı, 1948-1990-cı illərdə SSRİ Böyük Teatrının prima-balerinasıdır. XX əsrin ən görkəmli balerinalarından biri hesab olunur.
Mixail Ulyanov (1927-2007) — Sovet və Rusiya teatr və kinosunun aktyoru, rejissoru, SSRİ xalq artistidir.
Aleksey Batalov (1928-2017) — Sovet və Rusiya aktyoru, rejissoru, ictimai xadimi və SSRİ xalq artistidir.
Co Bayden (1942) 2021-ci ildən bəri ABŞ-ın 46-cı prezidenti, amerikalı siyasətçi və dövlət xadimidir.
Patriarx Kirill (1946) – 2009-cu ildən Moskva və Bütün Rusiyanın patriarxıdır.
Noyabrın 20-də dünyada baş verən tarixi hadisələr
1962-ci ildə sovet silahlarının, o cümlədən nüvə silahının Kubaya yerləşdirilməsinə səbəb olan SSRİ və ABŞ arasında Karib böhranı başa çatıb.
1979-cu ildə dünyada ilk dəfə olaraq ABŞ-da insana süni qan köçürülüb.
1985-ci ildə müxtəlif kompüterlər üçün proqram təminatı ilə məşğul olan Microsoft Windows 1.0 əməliyyat sistemini təqdim edib.
1989-cu ildə BMT 193 ölkənin dəstəyi ilə Uşaq Hüquqları Konvensiyasını qəbul edib. Bu tarix bütün dünyada Ümumdünya Uşaqlar Günü kimi qeyd olunur.
1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Azərbaycan hökumətinin nümayəndələri və SSRİ, Rusiya və Qazaxıstan Müdafiə Nazirliyindən olan müşahidəçilərin olduğu Mi-8 helikopteri ermənilər tərəfindən vurulub. Terror aktı nəticəsində 22 nəfər həlak olub.
1998-ci ildə Beynəlxalq Kosmik Stansiyanın ilk modulu (modul Zarya) işə salınıb.
2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonunun tamamilə respublika ordusunun nəzarətinə keçdiyini bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.