https://sputnik.az/20231120/btidai-sinif-muellimliyi-ixtisasi-uzre-proqram-akkreditasiyasi-heyata-kecirilecek-460704596.html
İbtidai sinif müəllimliyi ixtisası üzrə proqram akkreditasiyası həyata keçiriləcək
İbtidai sinif müəllimliyi ixtisası üzrə proqram akkreditasiyası həyata keçiriləcək
Sputnik Azərbaycan
Elm və təhsil nazirinin müavini Həsən Həsənli bildirib ki, son illərdə ölkədə üç mindən çox məktəb tikilib, təhsil müəssisələrində şagirdlərin kompüter... 20.11.2023, Sputnik Azərbaycan
2023-11-20T19:41+0400
2023-11-20T19:41+0400
2023-11-20T19:41+0400
ibtidai sinif
təhsil
işə qəbul
müəllim
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426106200_0:160:3073:1888_1920x0_80_0_0_daf49a4e193c43ee77ad9ce3cac90f8d.jpg
BAKI, 20 noyabr — Sputnik. Gələn il ibtidai sinif müəllimliyi ixtisası üzrə proqram akkreditasiyası həyata keçiriləcək. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədr müavini, İdarə Heyətinin sədrinin səlahiyyətlərini müvəqqəti icra edən Kamran Rəsulov qurumun təşkilatçılığı ilə keçirilən "Ümumtəhsildə Davamlı Keyfiyyət Təminatı" beynəlxalq elmi-praktik konfransda məlumat verib. Onun sözlərinə görə, ümumtəhsilin təşkili və idarə olunmasında təcrübəli şəxslərdən ibarət inspeksiya komandası formalaşdırılıb:Elm və təhsil nazirinin müavini Həsən Həsənli bildirib ki, son illərdə ölkədə üç mindən çox məktəb tikilib, təhsil müəssisələrində şagirdlərin kompüter təminatı üçün işlər görülüb:"MİQ, sertifikasiya imtahanları təhsildə keyfiyyətinə yüksək təsir göstərib. Onun sözlərinə görə, bu il 86 məktəbin növbəti dövr üçün inkişaf xətti planı hazırlanıb, ilin sonunadək bu rəqəmin 100-ə çatdırılmağı nəzərdə tutulub". Təhsil İnstitutunun direktor səlahiyyətlərini icra edən Elnur Əliyev deyib ki, son üç ildə məktəblərdə aparılmış monitorinqlər 300 min şagirdi və 18 min təhsil verəni əhatə edib, monitorinq ümumilikdə 248 məktəbi əhatə edib:"Bakı şəhəri üzrə 181, Abşeron-Xızı RTİ üzrə 23, Gəncə - Daşkəsən RTİ üzrə 14, Quba-Xaçmaz RTİ üzrə 7, Dağlıq Şirvan RTİ üzrə 7, Şəki-Zaqatala RTİ üzrə 4, Şirvan Salyan üzrə 2, Mərkəzi Aran üzrə 1 məktəbi əhatə edib. İlin sonuna qədər monitorinq aparılacaq dərs sayının 9 minə çatdırılması hədəflənir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426106200_170:0:2901:2048_1920x0_80_0_0_e4c0c3c0c1e586f7fc34f4de21b415ca.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ibtidai sinif, işə qəbul, müəllim
ibtidai sinif, işə qəbul, müəllim
İbtidai sinif müəllimliyi ixtisası üzrə proqram akkreditasiyası həyata keçiriləcək
Elm və təhsil nazirinin müavini Həsən Həsənli bildirib ki, son illərdə ölkədə üç mindən çox məktəb tikilib, təhsil müəssisələrində şagirdlərin kompüter təminatı üçün işlər görülüb.
BAKI, 20 noyabr — Sputnik. Gələn il ibtidai sinif müəllimliyi ixtisası üzrə proqram akkreditasiyası həyata keçiriləcək.
Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədr müavini, İdarə Heyətinin sədrinin səlahiyyətlərini müvəqqəti icra edən Kamran Rəsulov qurumun təşkilatçılığı ilə keçirilən "Ümumtəhsildə Davamlı Keyfiyyət Təminatı" beynəlxalq elmi-praktik konfransda məlumat verib.
Onun sözlərinə görə, ümumtəhsilin təşkili və idarə olunmasında təcrübəli şəxslərdən ibarət inspeksiya komandası formalaşdırılıb:
"Ümumtəhsil müəssisələrində keyfiyyətin yaxşılaşdırılması istiqamətində atılan addımlara 2024-cü ildə ibtidai sinif müəllimliyi ixtisası üzrə proqram akkreditasiyası həyata keçiriləcək. Tətbiqinə ilk dəfə başlayacağımız bu proqram akkreditasiyası üzrə məhz ibtidai sinif müəllimlik ixtisasından başlamağımız ölkədə xüsusilə bu ixtisasın priotet kəsb etdiyinin göstəricisidir".
Elm və təhsil nazirinin müavini Həsən Həsənli bildirib ki, son illərdə ölkədə üç mindən çox məktəb tikilib, təhsil müəssisələrində şagirdlərin kompüter təminatı üçün işlər görülüb:
"MİQ, sertifikasiya imtahanları təhsildə keyfiyyətinə yüksək təsir göstərib. Onun sözlərinə görə, bu il 86 məktəbin növbəti dövr üçün inkişaf xətti planı hazırlanıb, ilin sonunadək bu rəqəmin 100-ə çatdırılmağı nəzərdə tutulub".
Təhsil İnstitutunun direktor səlahiyyətlərini icra edən Elnur Əliyev deyib ki, son üç ildə məktəblərdə aparılmış monitorinqlər 300 min şagirdi və 18 min təhsil verəni əhatə edib, monitorinq ümumilikdə 248 məktəbi əhatə edib:
"Bakı şəhəri üzrə 181, Abşeron-Xızı RTİ üzrə 23, Gəncə - Daşkəsən RTİ üzrə 14, Quba-Xaçmaz RTİ üzrə 7, Dağlıq Şirvan RTİ üzrə 7, Şəki-Zaqatala RTİ üzrə 4, Şirvan Salyan üzrə 2, Mərkəzi Aran üzrə 1 məktəbi əhatə edib. İlin sonuna qədər monitorinq aparılacaq dərs sayının 9 minə çatdırılması hədəflənir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.