https://sputnik.az/20231120/bakida-teskilatcidan-bir-caynik-caya-gore-90-manat-aldilar-460710821.html
Bakıda təşkilatçıdan bir çaynik çaya görə 90 manat aldılar
Bakıda təşkilatçıdan bir çaynik çaya görə 90 manat aldılar
Sputnik Azərbaycan
Azad İstehlakçılar Birliyinin sədri restoranlarda bu kimi halların baş verməsinin "İstehlakçı Hüquqları Haqqında" qanunun icrasına nəzarətin zəif olduğunun... 20.11.2023, Sputnik Azərbaycan
2023-11-20T17:40+0400
2023-11-20T17:40+0400
2023-11-20T17:40+0400
çaynik
cəmiyyət
çay
manat
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1e/443532948_0:104:2000:1229_1920x0_80_0_0_53998b542f8027793c13e17b5748e657.jpg
BAKI, 20 noyabr — Sputnik. "Bir çaynik çaya görə müştəridən 90 manat alınması azad bazar iqtisadiyyatından sui-istidafədir". Bu sözləri Sputnik Azərbaycan-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məşhur təşkilatçı Eyyub Hüseynzadədən paytaxtda yerləşən restoranların birində bir çaynik çaya görə 90 manat alınmasına münasibətində söyləyib. Qeyd edək ki, dünən təşkilatçı Eyyib Hüseynzadə öz *Facebook sosial şəbəkə hesabında bu barədə şikayətlənib. E. Hüseynzadənin iddiasına görə, “Paris Bistro” restoranında ondan 1 çaynik çay üçün 90 AZN ödəniş alıblar. “Sizə böyük ayıb olsun. Gecə saat 1-də depozit adı ilə 1 çaynik çaya məndən 90 manat ödəniş aldınız. Yanımda xarici qonaq vardı deyə, səsimi çıxarmadım. Amma bu məsələ belə qalmayacaq biləsiz”, - deyə o bildirib. Daha sonra E. Hüseynzadə restoran rəhbərliyindən ona zəng olunaraq üzrxahlıq edildiyini, şikayətinin qeydə alındığını yazıb. E.Hüseynzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, klublar istisna olmaqla restoranların əksəriyyətində depozit tələbi yığışdırılıb. Ona isə restorana qonaqla daxil olduqdan sonra depozit barədə məlumat verilib:AİB sədri isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, restoranlarda bu kimi halların baş verməsi "İstehlakçı Hüquqları Haqqında" qanunun icrasına nəzarətin zəif olduğunun nəticəsidir. E.Hüseynov onu da əlavə edib ki, qiymət barədə istehlakçı öncədən məlumatlandırılmalı, menyuda qiymət göstərilməlidir. "Paris Bistro" restoranından isə zənglərimizə cavab verilmədi.* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1e/443532948_112:0:1889:1333_1920x0_80_0_0_52cd43baf18ed5e606a01115df9badc3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
çaynik, çay, manat
Bakıda təşkilatçıdan bir çaynik çaya görə 90 manat aldılar
Azad İstehlakçılar Birliyinin sədri restoranlarda bu kimi halların baş verməsinin "İstehlakçı Hüquqları Haqqında" qanunun icrasına nəzarətin zəif olduğunun nəticəsidir.
BAKI, 20 noyabr — Sputnik. "Bir çaynik çaya görə müştəridən 90 manat alınması azad bazar iqtisadiyyatından sui-istidafədir". Bu sözləri Sputnik Azərbaycan-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məşhur təşkilatçı Eyyub Hüseynzadədən paytaxtda yerləşən restoranların birində bir çaynik çaya görə 90 manat alınmasına münasibətində söyləyib.
Qeyd edək ki, dünən təşkilatçı Eyyib Hüseynzadə öz *Facebook sosial şəbəkə hesabında bu barədə şikayətlənib. E. Hüseynzadənin iddiasına görə, “Paris Bistro” restoranında ondan 1 çaynik çay üçün 90 AZN ödəniş alıblar.
“Sizə böyük ayıb olsun. Gecə saat 1-də depozit adı ilə 1 çaynik çaya məndən 90 manat ödəniş aldınız. Yanımda xarici qonaq vardı deyə, səsimi çıxarmadım. Amma bu məsələ belə qalmayacaq biləsiz”, - deyə o bildirib.
Daha sonra E. Hüseynzadə restoran rəhbərliyindən ona zəng olunaraq üzrxahlıq edildiyini, şikayətinin qeydə alındığını yazıb.
E.Hüseynzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, klublar istisna olmaqla restoranların əksəriyyətində depozit tələbi yığışdırılıb. Ona isə restorana qonaqla daxil olduqdan sonra depozit barədə məlumat verilib:
"Mən bu restorana ilk dəfə idi ki, getmirdim. Ölkəmizə ən populyar xarici sənətçiləri gətirən təşkilatçı olduğumdan, restoranların menyu qiymətlərini, harada depozit tələb olunduğunu da yaxşı bilirəm. Artıq biz stola əyləşərkən məlumat verildi ki, depozit tələb olunur. Mən xarici müğənninin meneceri ilə getdiyim üçün qonağın yanında restoranı tərk etmək istəmədim. Qonağın yanında müştərini belə çətin vəziyyətə salmaq düzgün deyildi. Bəlkə mənim cibimdə bu qədər pul olmazdı, onda necə olardı?"
AİB sədri isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, restoranlarda bu kimi halların baş verməsi "İstehlakçı Hüquqları Haqqında" qanunun icrasına nəzarətin zəif olduğunun nəticəsidir.
E.Hüseynov onu da əlavə edib ki, qiymət barədə istehlakçı öncədən məlumatlandırılmalı, menyuda qiymət göstərilməlidir.
"Əgər restoran müştərini əvvəldən qiymət barədə məlumatlandırmaqla yanaşı ona qəbz də verirsə burada qanun pozuntusu yoxdur", - deyə o, əlavə edib.
"Paris Bistro" restoranından isə zənglərimizə cavab verilmədi.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.