https://sputnik.az/20231120/bakida-gomruk-biznes-forumu-2023-kecirilir-460703405.html
Bakıda "Gömrük-Biznes Forumu 2023" keçirilir
Bakıda "Gömrük-Biznes Forumu 2023" keçirilir
Sputnik Azərbaycan
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhərəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik... 20.11.2023, Sputnik Azərbaycan
2023-11-20T11:45+0400
2023-11-20T11:45+0400
2023-11-20T11:45+0400
gömrük
heydər əliyev ili
forum
https://cdnn1.img.sputnik.az/img/40347/95/403479545_0:0:1800:1014_1920x0_80_0_0_094a46621ea2ffae01aef6ecb28a4f81.jpg
BAKI, 20 noyabr — Sputnik. Bu gün Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə "Gömrük-Biznes Forumu 2023" keçirilir. Prezident İlham Əliyevin ölkənin dayanıqlı inkişafı istiqamətində həyata keçirdiyi irimiqyaslı iqtisadi islahatlar çərçivəsində gömrük xidmətinin reallaşdırdığı layihələrin vətəndaşlara və biznes subyektlərinə çatdırılması üçün təşkil edilən forumun əsas məqsədi gömrük və biznes əməkdaşlığına Komitənin korporativ hesabatı, görüləcək işlərin anonsu və gerçəkləşdirilən layihələrdə fəal iştirak üçün biznes subyektlərinə çağırış, habelə yeni xidmət və məhsulların faydasından bəhs ediləcək işgüzar ortam yaratmaqdır. Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhərəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin nümayəndələrinin, aparıcı media qurumlarının rəhbərləri və digər rəsmi şəxslərin iştirak etdiyi forum Ulu Öndər Heydər Əliyevin Dövlət Gömrük Komitəsinin 1997-ci il 30 yanvar tarixində keçirilmiş beş illik yubiley tədbirində söylədiyi proqram xarakterli nitqindən hazırlanmış video-çarxın nümayişi ilə başlayıb. Forumda Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi "Gömrük İNKİŞAF Modeli", "Transxəzər gömrük tranzit portalı", "Süni intellekt əsaslı avtomatlaşdırılmış risk analizi sistemi", "Səlahiyyətli iqtisadi operator proqramı" və "Smart-Bot" mobil tətbiqi layihələrinin təqdimatı olacaq. Sonra Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi layihələrə dair panel müzakirələr keçiriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40347/95/403479545_200:0:1800:1200_1920x0_80_0_0_3d71d07f206ddecce66e64972b719d02.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gömrük, forum
Bakıda "Gömrük-Biznes Forumu 2023" keçirilir
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhərəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BAKI, 20 noyabr — Sputnik. Bu gün Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə "Gömrük-Biznes Forumu 2023" keçirilir.
Prezident İlham Əliyevin ölkənin dayanıqlı inkişafı istiqamətində həyata keçirdiyi irimiqyaslı iqtisadi islahatlar çərçivəsində gömrük xidmətinin reallaşdırdığı layihələrin vətəndaşlara və biznes subyektlərinə çatdırılması üçün təşkil edilən forumun əsas məqsədi gömrük və biznes əməkdaşlığına Komitənin korporativ hesabatı, görüləcək işlərin anonsu və gerçəkləşdirilən layihələrdə fəal iştirak üçün biznes subyektlərinə çağırış, habelə yeni xidmət və məhsulların faydasından bəhs ediləcək işgüzar ortam yaratmaqdır.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhərəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin nümayəndələrinin, aparıcı media qurumlarının rəhbərləri və digər rəsmi şəxslərin iştirak etdiyi forum Ulu Öndər Heydər Əliyevin Dövlət Gömrük Komitəsinin 1997-ci il 30 yanvar tarixində keçirilmiş beş illik yubiley tədbirində söylədiyi proqram xarakterli nitqindən hazırlanmış video-çarxın nümayişi ilə başlayıb.
Forumda Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi "Gömrük İNKİŞAF Modeli", "Transxəzər gömrük tranzit portalı", "Süni intellekt əsaslı avtomatlaşdırılmış risk analizi sistemi", "Səlahiyyətli iqtisadi operator proqramı" və "Smart-Bot" mobil tətbiqi layihələrinin təqdimatı olacaq.
Sonra Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi layihələrə dair panel müzakirələr keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.