DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ və Ermənistan arasında Aİ missiyasının statusu haqqında saziş imzalanıb

© AFP 2024 / BRENDAN SMIALOWSKISənədin imzalanması
Sənədin imzalanması - Sputnik Azərbaycan, 1920, 20.11.2023
Abunə olmaq
Hovhannisyanın fikrincə, Aİ missiyasının statusu haqqında saziş onun fəaliyyətinin daha səmərəli həyata keçirilməsinə töhfə verməlidir.
BAKI, 20 noyabr — Sputnik. Ermənistan Respublikası ilə Avropa İttifaqı arasında Avropa İttifaqının Ermənistandakı missiyasının statusu haqqında saziş imzalanıb.
Armenpress-in məlumatına görə, sazişi xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan və Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos imzalayıblar.
"İlk növbədə, mən fevral ayından bu missiyanı qəbul etdiyinə görə Ermənistan hakimiyyətinə təşəkkür etmək istəyirəm. Bu missiya artıq Ermənistana sabitlik və təhlükəsizlik baxımından çox şey təklif edib. Bu gün imzaladığımız status sazişi ölkədə missiyanın mövcudluğunun müxtəlif hüquq və vəzifələrinin tənzimlənməsinə aydınlıq gətirməyə kömək edəcək", - Aİ səfiri bildirib.
© Photo : X / European Union Mission in ArmeniaAİ-nin missiyas
Aİ-nin missiyas - Sputnik Azərbaycan, 1920, 20.11.2023
Aİ-nin missiyas
Aİ səfiri deyib ki, sissiyanın genişləndirilməsi məsələsi bir neçə gün əvvəl Brüsseldə həllini tapıb:
"Aİ xarici işlər nazirləri Aİ-nin Ermənistandakı müşahidəçi missiyasının genişləndirilməsi təklifini bəyəniblər".

"Biz sabitliyi təşviq etmək, sərhədin Ermənistan tərəfinə nəzarət etmək və nələr edildiyini görmək üçün irəliləməyə və missiyanın ölkədə mövcudluğunu daha da gücləndirməyə hazırıq", - deyə Maraqos bildirib.

Status sazişi Avropa İttifaqı ilə Ermənistan hökuməti arasında imzalanmış sənəddir. Əsasən hüquqi məsələləri tənzimləyir. Səfirin sözlərinə görə, məzmun olduğu kimi qalacaq və müşahidəçilər monitorinqi davam etdirəcəklər.
"Biz inanırıq ki, bu, insanların təhlükəsizliyini gücləndirəcək, biz həm də regionda etimadın yaradılmasına töhfə veririk. Aİ regionda sülhün bərqərar edilməsinə sadiqdir və bu, Ermənistanda bizim əlimizdə olan alətlərdən biridir", - deyə Maraqos bildirib.
Xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan qeyd edib ki, mandatın dəyişdirilməsindən danışmaq hələ tezdir, söhbət sayın artırılmasından və imkanların gücləndirilməsindən gedir.
"Üçüncü tərəflərdən Kanada missiyaya qoşulub və digər ölkələrdən də maraq var", - nazir müavini deyib.
Hovhannisyanın fikrincə, Aİ missiyasının statusu haqqında saziş onun fəaliyyətinin daha səmərəli həyata keçirilməsinə töhfə verməlidir.

"Söhbət səhiyyədən tutmuş texniki məsələlərə qədər müşahidəçilər üçün əlçatan şəraitin yaradılmasından gedir. Bu, diplomatların hər bir ölkədə malik olduğu səlahiyyətlərə uyğundur", - nazir müavini qeyd edib.

Avropa İttifaqının vətəndaş missiyası Ermənistanda 2023-cü ilin fevralında fəaliyyətə başlayıb. Missiya Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidəçilər patrul edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0