https://sputnik.az/20231119/yeni-bulvar-erazisine-kenardan-axidilan-maye-nedir-460338756.html
"Yeni bulvar" ərazisinə kənardan axıdılan maye nədir?
"Yeni bulvar" ərazisinə kənardan axıdılan maye nədir?
Sputnik Azərbaycan
Sakinlər bildirib ki, "Yeni Bulvar" adlanan ərazidə dənizə kənardan kanalizasiya boruları vasitəsilə mənşəyi məlum olmayan maye axıdılır. 19.11.2023, Sputnik Azərbaycan
2023-11-19T09:20+0400
2023-11-19T09:20+0400
2023-11-19T09:20+0400
xəzərətrafı rayonlar
cəmiyyət
qurunt suları
yağış
yağış
anar cəbrayıllı
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/07/460331472_0:120:1280:840_1920x0_80_0_0_0c216fcb7a41024cb0a43e39290184f0.jpg
BAKI, 19 noyabr — Sputnik. Paytaxtda Xəzər dənizinə kanalizasiya suları axıdıldığı iddia edilir. Sputnik Azərbaycan-a bu barədə məlumat verən paytaxt sakinləri bildiriblər ki, Xəzər dənizinin Bakının Səbail rayonuna düşən ərazisində kiçik müşahidə aparmaqla kanalizasiya sularının kiçik borular vasitəsilə dənizə axıdıldığını görmək mümkündür. Onların sözlərinə görə, "Yeni Bulvar" adlanan ərazidə dənizə kənardan kanalizasiya boruları vasitəsilə mənşəyi məlum olmayan suların axıdılması davam edir. Sputnik Azərbaycan-ın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün hadisə yerində olub. Dənizə kənar boru vasitəsilə çirkab maye axıdıldığı iddiası öz təsdiqini tapıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Sputnik Azərbaycan-a açıqlamasında faktın araşdırılacağı bildirilib. "Azərsu Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı isə onun yağış suları olduğunu söyləyib. Sözügedən ərazidə suyun yağmursuz havada da dənizə axıdıldığını bildirdikdə isə qurum sözçüsü, yağış xəttinə qrunt sularının da qoşulduğunu söyləyib. Səbail rayon Su Kanal İdarəsinin rəisi Rauf Osmanov Sputnik Azərbaycan-a bildirib ki, həmin ərazidə borudan dənizə qrunt suları axıdılır. Həmin sudan nümunələr götürülərək laborator analiz edilib və onun qrunt suyu olduğu təsdiqlənib. "Həmin boru qrunt sularının axıdıldığı xətdir. Sadəcə dəniz çəkildiyindən, boru üzə çıxıb" - R.Osmanov bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/07/460331472_0:0:1280:960_1920x0_80_0_0_f74445a243b7e3d28c76ad21f65f233a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəzərətrafı rayonlar, qurunt suları, yağış, yağış, anar cəbrayıllı
xəzərətrafı rayonlar, qurunt suları, yağış, yağış, anar cəbrayıllı
"Yeni bulvar" ərazisinə kənardan axıdılan maye nədir?
Sakinlər bildirib ki, "Yeni Bulvar" adlanan ərazidə dənizə kənardan kanalizasiya boruları vasitəsilə mənşəyi məlum olmayan maye axıdılır.
BAKI, 19 noyabr — Sputnik. Paytaxtda Xəzər dənizinə kanalizasiya suları axıdıldığı iddia edilir. Sputnik Azərbaycan-a bu barədə məlumat verən paytaxt sakinləri bildiriblər ki, Xəzər dənizinin Bakının Səbail rayonuna düşən ərazisində kiçik müşahidə aparmaqla kanalizasiya sularının kiçik borular vasitəsilə dənizə axıdıldığını görmək mümkündür. Onların sözlərinə görə, "Yeni Bulvar" adlanan ərazidə dənizə kənardan kanalizasiya boruları vasitəsilə mənşəyi məlum olmayan suların axıdılması davam edir.
Sputnik Azərbaycan-ın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün hadisə yerində olub. Dənizə kənar boru vasitəsilə çirkab maye axıdıldığı iddiası öz təsdiqini tapıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Sputnik Azərbaycan-a açıqlamasında faktın araşdırılacağı bildirilib.
"Azərsu Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı isə onun yağış suları olduğunu söyləyib. Sözügedən ərazidə suyun yağmursuz havada da dənizə axıdıldığını bildirdikdə isə qurum sözçüsü, yağış xəttinə qrunt sularının da qoşulduğunu söyləyib.
Səbail rayon Su Kanal İdarəsinin rəisi Rauf Osmanov Sputnik Azərbaycan-a bildirib ki, həmin ərazidə borudan dənizə qrunt suları axıdılır. Həmin sudan nümunələr götürülərək laborator analiz edilib və onun qrunt suyu olduğu təsdiqlənib.
"Həmin boru qrunt sularının axıdıldığı xətdir. Sadəcə dəniz çəkildiyindən, boru üzə çıxıb" - R.Osmanov bildirib.