https://sputnik.az/20231119/xn-parisin-bem-in-qerari-ile-bagli-beyanati-qebuledilmezdir-460685841.html
XİN: Parisin BƏM-in qərarı ilə bağlı bəyanatı qəbuledilməzdir
XİN: Parisin BƏM-in qərarı ilə bağlı bəyanatı qəbuledilməzdir
Sputnik Azərbaycan
Fransa özünün bədnam müstəmləkə siyasəti və o cümlədən nüvə sınaqları da daxil olmaqla, qeyri-qanuni hərəkətləri ilə bağlı Məhkəmə qərarlarının icrasına diqqət... 19.11.2023, Sputnik Azərbaycan
2023-11-19T11:09+0400
2023-11-19T11:09+0400
2023-11-19T11:09+0400
azərbaycan xəbərləri
azərbaycan xin
fransa
xin
bəyanat
beynəlxalq ədalət məhkəməsi
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300831_0:160:3072:1888_1920x0_80_0_0_03f0109e13887dd5937ba459dcf6a56f.jpg
BAKI, 19 noyabr - Sputnik. Fransa Xarici İşlər Nazirliyinin Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarı ilə bağlı bəyanatı yersiz və qəbuledilməzdir.Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin şərhində bildirilib."Ermənistanın qanunsuz müraciətlərinin əksəriyyətinin Məhkəmə tərəfindən rədd edilməsinə Fransanın əhəmiyyət verməməsi Azərbaycana qarşı ikili standartların və qərəzli münasibətin növbəti bariz nümunəsidir.Bir ölkənin özünü ədalətin və asayişin ən böyük müdafiəçisi kimi təqdim etməklə yanaşı, Fransa ilə heç bir əlaqəsi olmayan məsələni yanlış şərh edib Məhkəmənin işlərinə qarışması təəssüf doğurur.Fransa özünün bədnam müstəmləkə siyasəti və o cümlədən nüvə sınaqları da daxil olmaqla, qeyri-qanuni hərəkətləri ilə bağlı Məhkəmə qərarlarının icrasına diqqət yetirməlidir.Fransadan fərqli olaraq, Azərbaycan beynəlxalq öhdəliklərinə ciddi yanaşır", - şərhdə qeyd olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300831_171:0:2902:2048_1920x0_80_0_0_ba039eeb77b5ecd013440ae4895f1bec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan xin, fransa, xin, bəyanat, beynəlxalq ədalət məhkəməsi
azərbaycan xin, fransa, xin, bəyanat, beynəlxalq ədalət məhkəməsi
XİN: Parisin BƏM-in qərarı ilə bağlı bəyanatı qəbuledilməzdir
Fransa özünün bədnam müstəmləkə siyasəti və o cümlədən nüvə sınaqları da daxil olmaqla, qeyri-qanuni hərəkətləri ilə bağlı Məhkəmə qərarlarının icrasına diqqət yetirməlidir.
BAKI, 19 noyabr - Sputnik. Fransa Xarici İşlər Nazirliyinin Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarı ilə bağlı bəyanatı yersiz və qəbuledilməzdir.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin şərhində bildirilib.
"Ermənistanın qanunsuz müraciətlərinin əksəriyyətinin Məhkəmə tərəfindən rədd edilməsinə Fransanın əhəmiyyət verməməsi Azərbaycana qarşı ikili standartların və qərəzli münasibətin növbəti bariz nümunəsidir.
Bir ölkənin özünü ədalətin və asayişin ən böyük müdafiəçisi kimi təqdim etməklə yanaşı, Fransa ilə heç bir əlaqəsi olmayan məsələni yanlış şərh edib Məhkəmənin işlərinə qarışması təəssüf doğurur.
Fransa özünün bədnam müstəmləkə siyasəti və o cümlədən nüvə sınaqları da daxil olmaqla, qeyri-qanuni hərəkətləri ilə bağlı Məhkəmə qərarlarının icrasına diqqət yetirməlidir.
Fransadan fərqli olaraq, Azərbaycan beynəlxalq öhdəliklərinə ciddi yanaşır", - şərhdə qeyd olunub.