Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

ÜST tənhalığı bütün dünyada sağlamlıq üçün təhlükə adlandırıb

© Photo : courtesy of Emil AgayevОдна из фотографий из книги Агаева
Одна из фотографий из книги Агаева - Sputnik Azərbaycan, 1920, 19.11.2023
Abunə olmaq
Amerikalı həkim Vivek Martinin sözlərinə görə, tənhalığın insan sağlamlığına vurduğu zərər gündə 15 siqaret çəkməyin zərəri ilə müqayisə edilə bilər.
BAKI, 19 noyabr - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı tənhalığı qlobal sağlamlıq üçün təhlükə elan edib.
“The Guardian” bu barədə ÜST-ə istinadən yazıb.
Amerikalı həkim Vivek Martinin sözlərinə görə, tənhalığın insan sağlamlığına vurduğu zərər gündə 15 siqaret çəkməyin zərəri ilə müqayisə edilə bilər.
Marti tənhalıq problemi ilə bağlı ÜST tərəfindən yaradılmış beynəlxalq komissiyanın rəhbərlərindən biri təyin edilib. Üç il fəaliyyət göstərəcək komissiyaya Afrika İttifaqının Gənclər Elçisi Çido Mpemba həmsədrlik edir.
O, təkliyi sağlamlığın, rifahın və inkişafın bütün aspektlərinə təsir edən qlobal ictimai sağlamlıq problemi kimi təsvir edib.
Marti qeyd edib ki, hazırda dünyada hər dörd yaşlı insandan biri sosial cəhətdən təcrid olunub. ABŞ-ın baş cərrahının fikrincə, tənhalıq yaşlı insanlarda demensiya riskini 50%, ürəyin işemik xəstəliyi və ya insult riskini 30% artırır.
Daha əvvəl “JAMA Neurology” jurnalı tənhalığın Parkinson xəstəliyinə tutulma ehtimalını 37% artırdığını bildirmişdi.
Xəbər lenti
0