CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda ev qiymətinə qəbir: Rəsmi şəxs isə onun pulsuz olduğunu iddia edir - VİDEO+FOTO

© Sputnik / Irade JELILBalaxanı qəbiristanlığı
Balaxanı qəbiristanlığı - Sputnik Azərbaycan, 1920, 19.11.2023
Abunə olmaq
Sabir Həsənov bildirib ki, "Qurd qapısı" və "Buzovna" qəbiristanlıqlarında boş yer yoxdur, boş yer ancaq "Zabrat-1" qəbiristanlığında qalıb.
BAKI, 19 noyabr — Sputnik. Azərbaycanda qəbiristanlıqlarda məzar yerləri əhaliyə pulsuz verilir. Bu sözləri Sputnik Azərbaycan-a Bakı Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin (BƏVXT) baş mühəndisi Sabir Həsənov söyləyib. Onun sözlərinə görə, bu məsələ “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilib.
"Dəfn puluna qəbiristanlıqda 10 santimetr yer almaq mümkün deyil"
Qeyd edək ki, Milli Məclisin iclasında deputat Siyavuş Novruzov məzar yerlərinin qiymətinin baha olduğunu söyləyib:

“Bakı şəhərində qəbiristanlıq məsələsi çox ciddi problemdir. Verilən dəfn puluna qəbiristanlıqda 10 santimetr yer almaq mümkün deyil. Dəfn pulu artırılmalı və tələb olunan sənədlərin sayı azaldılmalıdır”.

Deputat Razi Nurullayev isə bildirib ki, dəfn pulu artırılmalıdır:
"Dəfn pulunun az olmasını bir kənara qoyaq, bu pulun özü belə hər kəsə verilmir. İşləməyən, pensiya və sosial müavinət, eləcə də işsizlikdən sığorta ödənişi almayan şəxs vəfat etdikdə dəfn üçün müavinətin verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmayıb. Kənd yerlərində qəbiristanlıqlarda yer tapıb dəfn etmək olur. Ancaq şəhərlərdə, xüsusilə, Bakıda qəbir yeri almaq üçün pul axtarışına çıxırlar. Qəbir yeri almaq üçün kifayət qədər məbləğ tələb olunur. 10 min, 20 min, 30 min, hətta 50 min manata belə qəbir yerləri var. Bu, insanlar üçün böyük problemdir. Buna görə də qəbir yerlərinin pul ilə satılması doğru yanaşma deyil” .
© Sputnik / Zulfiyya Guluyeva Masazır qəbiristanlığı
 Masazır qəbiristanlığı - Sputnik Azərbaycan, 1920, 16.11.2023
Masazır qəbiristanlığı
"Yer pulsuzdur, xidmət pulludur"
BƏVXT-in baş mühəndisi isə bildirib ki, hazırda vəfat edən şəxslərin yaxınları yalnız dəfn xərcini ödəyirlər.
"Vəfat edən şəxsin dəfni üçün torpaq pulsuz ayrılır. Belə deyək ki, yer pusuzdur, xidmət pulludur. Mərhumun dəfni üçün məzar yerinin qazılması, hörülməsi və sair xidmətlər pulludur" - S.Həsənov bildirib.
Baş mühəndis onu da vurğulayıb ki, hazırda məzarlıqların çoxunda boş yer qalmayıb. Qəbiristanlıqların çoxu bələdiyyələrə verilib, Trestin nəzdində isə fəxri xiyabanlar, şəhidlər xiyabanı və üç digər məzarlıq qalıb:
"1-ci və 2-ci Fəxri Xiyaban, Şəhidlər Xiyabanı, "Qurd qapısı" adlanan ərazidəki qəbiristanlıqlar, Buzovna və Zabrat-1 qəbiristanlıqları bizim quruma tabedir. Onlardan da artıq "Qurd qapısı" və "Buzovna" qəbiristanlıqlarında boş yer yoxdur. Boş yer ancaq "Zabrat-1" qəbiristanlığında qalıb".
S.Həsənov əvvəldən boş qəbir yerlərinin satılması məsələsinə də aydınlıq gətirib. Bildirib ki, yalnız ər, yaxud arvad öləndə qoşa boş qəbir yeri üçün yer saxlanıla bilər.
Millət vəkili Fazil Mustafa isə bildirib ki, hazırda qəbiristanlıqların çoxu bələdiyyələrin nəzdindədir. Onun sözlərinə görə, qanunla da Azərbaycan vətəndaşlarına məzar yerləri pulsuz verilməlidir:
"Əgər ölən şəxs bu ölkənin vətəndaşıdırsa, onun ölümündən sonra dəfni üçün yaxınlarının boynuna məsrəf qoymaq düzgün deyil. Bunu düşünərək addım atılmalıdır. İnsanlara öz yaşadıqları ərazilərə yaxın məzarlıqlardan yer ayrılmalıdır. Vətəndaşlar isə bundan sui-istifadə edib məzarlıqlardakı boş yerləri zəbt etməməlidirlər. Bu da vacib şərtlərdən biridir".
© Sputnik / Zulfiyya Guluyeva Masazır qəbiristanlığı
 Masazır qəbiristanlığı - Sputnik Azərbaycan, 1920, 16.11.2023
Masazır qəbiristanlığı
Bir evin qiymətinə qəbir yerləri
Qeyd edək ki, Azərbaycanda məzar yerlərinin pulsuz olduğu qaydalarda əks olunsa da, məzar yerlərinin pulla satılması danılmaz faktdır. Paytaxtda elə məzarlıqlar var ki, orada qəbir yerlərinin qiyməti 15-20 min manatdan yuxarıdır. El arasında belə məzarlıqlar "Elit məzarlıqlar" adlandırılır. Hazırda Bakıətrafı məzarlıqlarda bir qəbir yerinin qiyməti 1500-30000 manat arasında dəyişir.
Məlumat üçün bildirək ki, Azərbaycanda dəfn pulunun məbləği 800 manat civarındadır.
Hansı halda qəbiristanlıqda boş məzar yeri rezerv etmək olar?
“Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarın 17.2 bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır. Qəbir yerindən yalnız dəfn olunmuş şəxsin Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş yaxın qohumları təkrar istifadə etmək hüququna malikdirlər.
Qəbir yerindən dəfn olunmuş şəxsin yaxın qohumları tərəfindən təkrar istifadə edilməsinə yalnız dəfndən 25 il müddət keçdikdən sonra və ya bu Qaydaların 25.2.2-25.2.4-cü yarımbəndlərində müəyyən edilən hallarda qohumluq əlaqələrini təsdiqləyən müvafiq sənəd təqdim edilməklə yol verilir.
Qonşu qəbir yerinin əvvəlcədən rezervasiyasına yalnız dəfn edilmiş şəxsin ərinin (arvadının) yazılı müraciəti əsasında yol verilir. Qaydalara görə, qəbiristanlığın müdriyyəti rezervasiya olunmuş qəbir yeri və onu rezervasiya etmiş ər (arvad) barədə məlumatı (soyadı, adı, atasının adı və olduğu halda fərdi idenfikasiya nömrəsi) dəfnlərin qeydiyyat kitabına və dəfnlərin vahid dövlət reyestrinə daxil etməlidir.
© Sputnik / Zulfiyya GuluyevaMasazır qəbiristanlığı
Masazır qəbiristanlığı - Sputnik Azərbaycan, 1920, 16.11.2023
Masazır qəbiristanlığı
Dəfn xidmətlərinə nə daxildir?
Ölmüş şəxsin dəfni ilə bağlı qəbiristanlığın müdiriyyəti tərəfindən aşağıdakı dəfn xidmətləri göstərilir:
Ölmüş şəxsin dəfni ilə bağlı qəbiristanlığın müdriyyəti tərəfindən aşağıdakı dəfn xidmətləri göstərilir:
ölmüş şəxsin cənazəsi dini ibadət evində yuyulmamışdırsa, onun yuyulması və dəfnə hazırlanması;
ölmüş şəxsin cənazəsinin daşınması üçün tabutun və nəqliyyat vasitəsinin təqdim olunması;
qəbir yerinin qazılması;
ölmüş şəxsin soyadını, adını, atasının adını, doğum və ölüm tarixlərini bildirən müvəqqəti lövhənin quraşdırılması;
cənazənin dəfn edilməsi və dəfn zamanı din xadiminin iştirakı ilə dini ayinlərin icrası;
cənazənin kremasiya olunması və kremasiya olunmuş şəxsin dəfni üçün digər ləvazimatların təqdim edilməsi;
© Sputnik / Zulfiyya GuluyevaMasazır qəbiristanlığı
Masazır qəbiristanlığı - Sputnik Azərbaycan, 1920, 16.11.2023
Masazır qəbiristanlığı
dəfn edilmiş şəxsin ekshumasiyası;
qəbirüstü tikililərin hazırlanması və quraşdırılması.
Bu xidmətlərin göstərilməsi üçün ölmüş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkən digər şəxslər dəfn mərasiminin təşkili ilə əlaqədar qəbir yerinin ayrılması və dəfnlə bağlı digər xidmətlərin göstərilməsi üçün qəbiristanlığın müdriyyətinə ərizə ilə müraciət edir.
Bundan sonra dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılır. Qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr nəzərdə tutulmalıdır. Ölmüş şəxsin dini qaydalara və yerli şəraitə uyğun olmaqla dəfn edilməsi üçün qəbir yerinin uzunluğu 2 metr, eni 1 metr, dərinliyi 1,4 metr müəyyənləşdirilir.
Xəbər lenti
0