DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ senatoru Ukraynaya yardıma ayrılan xərclərlə bağlı araşdırma aparmağa çağırıb

© AFP 2024 / DANIEL MUNOZAvro və dollar əskinasları
Avro və dollar əskinasları - Sputnik Azərbaycan, 1920, 19.11.2023
Abunə olmaq
Siyasətçini Amerikanın dəstək fondlarının “Şimal axını 2” qaz kəmərində təxribat üçün istifadə edilib-edilmədiyini, Amerika hərbçilərinin və MKİ-nin hazırda Ukraynada olub-olmadı barədə suallar maraqlandırıb.
BAKI, 19 noyabr - Sputnik. ABŞ Ağ Evin Ukraynaya ayırdığı pulların hara getdiyini araşdırmalıdır.
Bu barədə senator Coş Houli “FoxNews”ə müsahibəsində danışıb.
Siyasətçini Amerikanın dəstək fondlarının “Şimal axını 2” qaz kəmərində təxribat üçün istifadə edilib-edilmədiyini, Amerika hərbçilərinin və MKİ-nin hazırda Ukraynada olub-olmadı barədə suallar maraqlandırıb.
“Ukraynada hər sentin necə xərcləndiyini bilməliyik. Ukrayna üçün bir sent belə xərcləməyə son qoyulmalıdır”, - deyə o bildirib.
Xatırladaq ki, Rusiyanın “Şimal axını”nda partlayışlar ötən ilin sentyabrında baş verib. Almaniya, Danimarka və İsveç hadisə ilə bağlı təhqiqat başlatsalar da hələ də dəqiq nəticə əldə etməyiblər.
Bir müddət əvvəl ABŞ senatoru Cek Rid bildirmişdi ki, Ukraynaya hərbi yardımın dayandırılmasından sonra və münaqişənin kəskinləşməsi halında ABŞ əsgərləri Şərqi Avropaya çağırıla bilərlər.
Xəbər lenti
0