https://sputnik.az/20231118/vuqar-mustafayev-mudafie-senayesi-naziri-teyin-olunub-460666840.html
Yeni müdafiə sənayesi naziri kollektivə təqdim olunub
Yeni müdafiə sənayesi naziri kollektivə təqdim olunub
Sputnik Azərbaycan
Vüqar Mustafayevi kollektivə Azərbaycan Prezidentinin sosial iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov təqdim edib. 18.11.2023, Sputnik Azərbaycan
2023-11-18T18:47+0400
2023-11-18T18:47+0400
2023-11-18T18:29+0400
prezident ilham əliyev
prezident ilham əliyevin sərəncamı
müdafiə sənayesi nazirliyi
müdafiə sənayesi naziri
azərbaycan xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/12/460667014_0:0:750:422_1920x0_80_0_0_8375ca03f611bd4f9fba912a2bcb92fe.jpg
BAKI, 18 noyabr - Sputnik. Azərbaycanın yeni müdafiə sənayesi naziri Vüqar Mustafayev kollektivə təqdim olunub.Bu barədə Müdafiə Sənayesi Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Yaşar İsakov məlumat verib.Məlumata görə, Vüqar Mustafayevi kollektivə Azərbaycan Prezidentinin sosial iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov təqdim edib.Xatırladaq ki, bu gün Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev Azərbaycanın müdafiə sənayesi naziri təyin olunub.Qeyd edək ki, V.Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub. O, 2004 – 2008-ci illər Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası Mühəndis iqtisadiyyatı və idarəetmə – Menecment ( fərqlənmə) 2010 – 2013-cü illər Xəzər Universiteti Maliyyə və kredit ixsitsası üzrə “Biznesin idarə edilməsi” ( MBA) magistr proqramı üzrə təhsil alıb.2016-ci ildən etibarən beynəlxalq assosasiya olan Daxili Auditorlar İnstitutunun üzvü olmaqla yanaşı “Certified İnternal Auditor ( CİA)” – Beynəlxalq Daxili Auditor kvalifikasiyası əldə etmişdir. 2020-ci ildən beynəlxalq “İBM Data Science Specialization” – Data Elmi üzrə ixtisastlaşmış kvalifikasiyaya sahibdir.2009 – 2012-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən olan “Ernst & Young CIS B. V” şirkətində baş mütəxəssis olaraq çalışıb. 2012 – 2014-cü illərdə Azerfon MMC-də Daxili Audit Departamentinin Direktoru kimi faəliyyət göstərib. 2014-cü ildən etibarən PAŞA Holdinq MMC və ona aid olan Şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb: 2014-cü ildə PAŞA Holdinq MMC-də İcraçı Direktorun Müşaviri vəzifəsinə təyin olunub.2014-cü ildən etibarən PAŞA Sığorta ASC və PAŞA Həyat Sığorta ASC-nin Təftiş Komissiyasının Sədri olaraq fəaliyyət göstərib.2021-ci ildə PAŞA Holdinq MMC-nin Türkiyə Respublikasındakı Nümayəndəliyinin Rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A. Ş. şirkətinin Müşahidə Şurasının Sədri olaraq təyin edilib.Azərbaycan Prezidentinin 15 Mart 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazrinin müavini vəzifəsinə təyin olunmuşdu.Ailəlidir. İki övladı var.***Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilib.Bununla bağlı ölkə prezidenti İlham Əliyev sərəncam imzalayıb.Digər sərəncamla Vüqar Mustafayev müdaifə sənayesi nazirinin müavini vəzifəsindən azad edilib.Prezidentin başqa bir sərəncamı ilə Mədət Quliyev müdafiə sənayesi naziri vəzifəsindən azad olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/12/460667014_101:0:664:422_1920x0_80_0_0_f5f00e2369c8d60221fb82b5046445d6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, prezident ilham əliyevin sərəncamı, müdafiə sənayesi nazirliyi, müdafiə sənayesi naziri
prezident ilham əliyev, prezident ilham əliyevin sərəncamı, müdafiə sənayesi nazirliyi, müdafiə sənayesi naziri
Yeni müdafiə sənayesi naziri kollektivə təqdim olunub
Vüqar Mustafayevi kollektivə Azərbaycan Prezidentinin sosial iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov təqdim edib.
BAKI, 18 noyabr - Sputnik. Azərbaycanın yeni müdafiə sənayesi naziri Vüqar Mustafayev kollektivə təqdim olunub.
Bu barədə Müdafiə Sənayesi Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Yaşar İsakov məlumat verib.
Məlumata görə, Vüqar Mustafayevi kollektivə Azərbaycan Prezidentinin sosial iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov təqdim edib.
Xatırladaq ki, bu gün Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev Azərbaycanın müdafiə sənayesi naziri təyin olunub.
Qeyd edək ki, V.Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub. O, 2004 – 2008-ci illər Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası Mühəndis iqtisadiyyatı və idarəetmə – Menecment ( fərqlənmə) 2010 – 2013-cü illər Xəzər Universiteti Maliyyə və kredit ixsitsası üzrə “Biznesin idarə edilməsi” ( MBA) magistr proqramı üzrə təhsil alıb.
2016-ci ildən etibarən beynəlxalq assosasiya olan Daxili Auditorlar İnstitutunun üzvü olmaqla yanaşı “Certified İnternal Auditor ( CİA)” – Beynəlxalq Daxili Auditor kvalifikasiyası əldə etmişdir. 2020-ci ildən beynəlxalq “İBM Data Science Specialization” – Data Elmi üzrə ixtisastlaşmış kvalifikasiyaya sahibdir.
2009 – 2012-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən olan “Ernst & Young CIS B. V” şirkətində baş mütəxəssis olaraq çalışıb. 2012 – 2014-cü illərdə Azerfon MMC-də Daxili Audit Departamentinin Direktoru kimi faəliyyət göstərib. 2014-cü ildən etibarən PAŞA Holdinq MMC və ona aid olan Şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb: 2014-cü ildə PAŞA Holdinq MMC-də İcraçı Direktorun Müşaviri vəzifəsinə təyin olunub.
2014-cü ildən etibarən PAŞA Sığorta ASC və PAŞA Həyat Sığorta ASC-nin Təftiş Komissiyasının Sədri olaraq fəaliyyət göstərib.
2021-ci ildə PAŞA Holdinq MMC-nin Türkiyə Respublikasındakı Nümayəndəliyinin Rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A. Ş. şirkətinin Müşahidə Şurasının Sədri olaraq təyin edilib.
Azərbaycan Prezidentinin 15 Mart 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazrinin müavini vəzifəsinə təyin olunmuşdu.
Ailəlidir. İki övladı var.
Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilib.
Bununla bağlı ölkə prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Digər sərəncamla Vüqar Mustafayev müdaifə sənayesi nazirinin müavini vəzifəsindən azad edilib.
Prezidentin başqa bir sərəncamı ilə Mədət Quliyev müdafiə sənayesi naziri vəzifəsindən azad olunub.