https://sputnik.az/20231118/qarabagdan-qudsden-bize-ne-deyenler-boyuk-turkiye-yurusune-engel-olurlar-460674140.html
"Qarabağdan, Qüdsdən bizə nə?" deyənlər Böyük Türkiyə yürüşünə əngəl olurlar
"Qarabağdan, Qüdsdən bizə nə?" deyənlər Böyük Türkiyə yürüşünə əngəl olurlar
Sputnik Azərbaycan
Ərdoğan onu da əlavə edib ki, Türk Dövlətləri Təşkilatı hər keçən gün güclənsə də, hələ də arzu edilən səviyyəyə çatmayıb. 18.11.2023, Sputnik Azərbaycan
2023-11-18T17:58+0400
2023-11-18T17:58+0400
2023-11-18T17:58+0400
siyasət
ərdoğan
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
fələstin
qarabağ
liviya
pua
qüds
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1b/457195419_0:160:3072:1888_1920x0_80_0_0_e655327177f4ce4b62f2d62d579a1202.jpg
BAKI, 18 noyabr - Sputnik. ""Qarabağdan, Qüdsdən bizə nə?" deyənlər Böyük Türkiyə yürüşünə əngəl olur”.Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyadan qayıdanda jurnalistlərə müsahibəsində deyib. O qeyd edib ki, İraq, Suriya, Qafqaz, Fələstin kimi ərazilər Türkiyə üçün könül çoğrafiyasıdır və ölkəsi burada addımlarını bu prinsipə əsasən atmağa davam edəcək.Ərdoğan onu da əlavə edib ki, Türk Dövlətləri Təşkilatı hər keçən gün güclənsə də, hələ də arzu edilən səviyyəyə çatmayıb və Türkiyə bütün sahələrlə birlik və həmrəyliyi təmin etmək üçün səylər göstərir:“Qarabağda əldə edilənlər birlik və bərabərlik içində atılan addımların hansı nəticələrə gətirib çıxardığını bizə göstərdi. Təəssüf hissi ilə deməliyəm ki, Qəzza məsələsində hələ ki, belə bir güc yarada bilmədik”.“Qarabağda, Liviyada etdiklərimizi nəzərə alsaq, kimsə bizimlə oyun oynaya bilməz”Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə kifayət qədər güclü ölkədir və bunu yaxın coğrafiyada atdığı son addımlarla bir daha sübut edib. “Qarabağda, Liviyada etdiklərimizi nəzərə alsaq, kimsə bizimlə oyun oynaya bilməz” - o, deyib.Prezident bildirib ki, Türkiyənin terrorla mübarizəsi və güclü orduya sahib olması da bunu deməyə əsas verir: “Hər an hazır olmalıyıq. İndi PUA texnologiyası bizim ən güclü olduğumuz sahədir. Dəniz qüvvələrində də yaxşı yerdəyik. Quru qoşunlarımız da yaxşı durumdadır. Bu gün quru qoşunlarımız NATO ölkələri arasında beşinci yerdədir”.R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə regionda güclü olmağa məcburdur: “Bölgədə baş verənləri diqqətlə izləyirik. Heç bir ölkə narahat olmasın. Çünki böyük və güclü Türkiyə dünya sülhünə də töhfə verir. Bunu dəfələrlə sübut etmişik”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1b/457195419_171:0:2902:2048_1920x0_80_0_0_c4395611cf70fccd084c9688a4d49f8f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, fələstin, qarabağ, liviya, pua, qüds
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, fələstin, qarabağ, liviya, pua, qüds
"Qarabağdan, Qüdsdən bizə nə?" deyənlər Böyük Türkiyə yürüşünə əngəl olurlar
Ərdoğan onu da əlavə edib ki, Türk Dövlətləri Təşkilatı hər keçən gün güclənsə də, hələ də arzu edilən səviyyəyə çatmayıb.
BAKI, 18 noyabr - Sputnik. ""Qarabağdan, Qüdsdən bizə nə?" deyənlər Böyük Türkiyə yürüşünə əngəl olur”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyadan qayıdanda jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, İraq, Suriya, Qafqaz, Fələstin kimi ərazilər Türkiyə üçün könül çoğrafiyasıdır və ölkəsi burada addımlarını bu prinsipə əsasən atmağa davam edəcək.
Ərdoğan onu da əlavə edib ki, Türk Dövlətləri Təşkilatı hər keçən gün güclənsə də, hələ də arzu edilən səviyyəyə çatmayıb və Türkiyə bütün sahələrlə birlik və həmrəyliyi təmin etmək üçün səylər göstərir:
“Qarabağda əldə edilənlər birlik və bərabərlik içində atılan addımların hansı nəticələrə gətirib çıxardığını bizə göstərdi. Təəssüf hissi ilə deməliyəm ki, Qəzza məsələsində hələ ki, belə bir güc yarada bilmədik”.
“Qarabağda, Liviyada etdiklərimizi nəzərə alsaq, kimsə bizimlə oyun oynaya bilməz”
Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə kifayət qədər güclü ölkədir və bunu yaxın coğrafiyada atdığı son addımlarla bir daha sübut edib.
“Qarabağda, Liviyada etdiklərimizi nəzərə alsaq, kimsə bizimlə oyun oynaya bilməz” - o, deyib.
Prezident bildirib ki, Türkiyənin terrorla mübarizəsi və güclü orduya sahib olması da bunu deməyə əsas verir:
“Hər an hazır olmalıyıq. İndi PUA texnologiyası bizim ən güclü olduğumuz sahədir. Dəniz qüvvələrində də yaxşı yerdəyik. Quru qoşunlarımız da yaxşı durumdadır. Bu gün quru qoşunlarımız NATO ölkələri arasında beşinci yerdədir”.
R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə regionda güclü olmağa məcburdur: “Bölgədə baş verənləri diqqətlə izləyirik. Heç bir ölkə narahat olmasın. Çünki böyük və güclü Türkiyə dünya sülhünə də töhfə verir. Bunu dəfələrlə sübut etmişik”.