https://sputnik.az/20231118/hakan-fidan-diplomatiya-komek-etmese-turkiye-qezzada-basqa-yola-el-ata-biler-460680045.html
Hakan Fidan: Diplomatiya kömək etməsə, Türkiyə Qəzzada başqa yola əl ata bilər
Hakan Fidan: Diplomatiya kömək etməsə, Türkiyə Qəzzada başqa yola əl ata bilər
Sputnik Azərbaycan
İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyat nəticəsində 12 mindən çox insanın həlak olduğu bildirilir. 18.11.2023, Sputnik Azərbaycan
2023-11-18T22:50+0400
2023-11-18T22:50+0400
2023-11-18T22:50+0400
dünya xəbərləri
qəzza
ankara
hakan fidan
israil
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/1f/460106153_0:160:3072:1888_1920x0_80_0_0_8f978e454f6a85560fbfd4393189a71e.jpg
BAKI, 18 noyabr - Sputnik. Ankara Qəzza zolağının blokadasını yarmaq üçün diplomatiyadan istifadə edir, lakin bu üsullar nəticə verməsə, başqa vasitələrə müraciət edə bilər.Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Əl-Cəzirə telekanalına müsahibəsində bildirib.“Biz indi Qəzzanın blokadasını yarmaq üçün diplomatik vasitələrdən istifadə edirik. Əgər bu üsullar işə yaramırsa, başqa yollar da var ” - o, deyib.Bundan əvvəl Əl-Cəzirə telekanalı İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyat nəticəsində 12 mindən çox insanın həlak olduğunu xəbər verib.Məlumata görə, onlardan 5 mini uşaq, 3 mini isə qadındır.İtkin düşənlərin sayı artaraq 3 750 nəfərə çatıb, onlardan 1 800-ü uşaqdır. Fələstin tərəfinin məlumatına görə, yaralıların sayı 30 mini keçib, onların 75 %-i qadın və uşaqlardır.İsrail tərəfi isə HƏMAS-ın hücumu nəticəsində ölən israillilərin sayının 1,2 min nəfərdən çox olduğunu bildirib.Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı”nı elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” daxil olduğunu bəyan edib. Əməliyyat “Dəmir qılınclar” adlandırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/1f/460106153_171:0:2902:2048_1920x0_80_0_0_ec050388fca3ae5a6bf19e9c1a8224f3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qəzza, ankara, hakan fidan, israil
qəzza, ankara, hakan fidan, israil
Hakan Fidan: Diplomatiya kömək etməsə, Türkiyə Qəzzada başqa yola əl ata bilər
İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyat nəticəsində 12 mindən çox insanın həlak olduğu bildirilir.
BAKI, 18 noyabr - Sputnik. Ankara Qəzza zolağının blokadasını yarmaq üçün diplomatiyadan istifadə edir, lakin bu üsullar nəticə verməsə, başqa vasitələrə müraciət edə bilər.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Əl-Cəzirə telekanalına müsahibəsində bildirib.
“Biz indi Qəzzanın blokadasını yarmaq üçün diplomatik vasitələrdən istifadə edirik. Əgər bu üsullar işə yaramırsa, başqa yollar da var ” - o, deyib.
Bundan əvvəl Əl-Cəzirə telekanalı İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyat nəticəsində 12 mindən çox insanın həlak olduğunu xəbər verib.
Məlumata görə, onlardan 5 mini uşaq, 3 mini isə qadındır.
İtkin düşənlərin sayı artaraq 3 750 nəfərə çatıb, onlardan 1 800-ü uşaqdır. Fələstin tərəfinin məlumatına görə, yaralıların sayı 30 mini keçib, onların 75 %-i qadın və uşaqlardır.
İsrail tərəfi isə HƏMAS-ın hücumu nəticəsində ölən israillilərin sayının 1,2 min nəfərdən çox olduğunu bildirib.
Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı”nı elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” daxil olduğunu bəyan edib. Əməliyyat “Dəmir qılınclar” adlandırılıb.