Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bu həftəsonu Bakıda baş tutacaq ən yaxşı 5 hadisə

© Sputnik / Belousov VitalyKəlağayı, arxiv
Kəlağayı, arxiv - Sputnik Azərbaycan, 1920, 18.11.2023
Abunə olmaq
Azərbaycan paytaxtında hansı tamaşaları, konsertləri və şouları görmək olar - Sputnik Azərbaycan-ın həftəlik afişasında.
BAKI, 18 noyabr - Sputnik. Həftənin sonunda Bakıda bir sıra maraqlı mədəni və idman tədbirləri baş tutacaq.
Şənbə, 18 noyabr
Kəlağayı festivalı. Passage 1901-də siz müxtəlif formalı və rəngli Azərbaycan qədim və müasir qadın ipək baş geyimlərini görəcəksiniz. Tədbir saat 12:00-dan 20:30-a kimi baş tutacaq.
"Neftçi" - "Zenit" (Sankt-Peterburq). Yoldaşlıq görüşü Bakıdakı “Neftçi Arena” stadionunda baş tutacaq. Oyun 21:00-da başlanır.
Baku Fashion Week.Bakı Konqres Mərkəzində üç gün dalbadal ölkədə modasevərlərin ən çox gözlədiyi tədbir - Moda Həftəsi keçiriləcək. Layihənin məqsədi müxtəlif ölkələrdən olan istedadlı modelyerləri birləşdirmək və onların işlərini nümayiş etdirmək üçün platforma yaratmaqdır. Moda Həftəsində tanınmış azərbaycanlı və xarici dizaynerlər iştirak edəcək, həmçinin sərgi salonları təşkil olunacaq. Nümayişlər saat 19:00-da başlanır.
Bazar, 19 noyabr
Yaradıcılıq gecəsi. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında Azərbaycan Respublikasının xalq artisti Həmidə Ömərovanın yaradıcılığının pərəstişkarları ilə görüşü keçiriləcək. Tədbirdə aktrisanın bir çox həmkarları da iştirak edəcək. Başlanğıc - 20:00.
Valideynlərin nəzərinə: Bakı Musiqi Akademiyasının Opera Studiyasında “Mario və onun dostları” interaktiv tamaşası nümayiş olunacaq. Tamaşanın baş qəhrəmanı Şigeru Miyamotonun yaradılmış, Nintendo video oyununun personajı Super Mario olacaq. Başlanğıc – 11:00, 13:00 və 15:00.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0