https://sputnik.az/20231118/brusselin-siyaseti-avropa-birliyinin-tabutuna-mismar-vurur---macaristanin-lideri-460679645.html
Brüsselin siyasəti Avropa Birliyinin tabutuna mismar vurur - Macarıstanın lideri
Brüsselin siyasəti Avropa Birliyinin tabutuna mismar vurur - Macarıstanın lideri
Sputnik Azərbaycan
Viktor Orban qeyd edib ki, bütün dünya özünü yeniləsə də, Brüssel Avropaya “xaosa aparan” köhnəlmiş inkişaf modelini təklif edir. 18.11.2023, Sputnik Azərbaycan
2023-11-18T21:22+0400
2023-11-18T21:22+0400
2023-11-18T22:07+0400
dünya xəbərləri
viktor orban
macarıstan
avropa birliyi
avropa birliyi
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453260216_0:0:3072:1728_1920x0_80_0_0_41e61e19c475eac7c0b5249c8d99a5be.jpg
BAKI, 18 noyabr - Sputnik. “Brüsselin siyasəti Avropa Birliyinin tabutuna tədricən mismar vurur”.Bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.“Mən əminəm ki, bu gün Brüsseldə onlar Avropanı parçalayırlar və onu məhvə aparırlar” - Orban vurğulayıb.O, xəbərdarlıq edib ki, Brüssel mövcud siyasəti davam etdirsə, bu, Avropa İttifaqı üçün pis nəticələnə bilər:“Hesab edirəm ki, Avropanın hazırkı modeli dayanıqlı olmadığı üçün ondan imtina edilməlidir. Avropa İttifaqı sadəcə olaraq dağılacaq və bunun qarşısı alınmalıdır. Qurumun vahid qalması bizim maraqlarımıza uyğundur. Böyük çətinliklə toplananlar toxunulmaz qalsın”.O hesab edir ki, Avropa İttifaqının dağılması yox, dəyişməsi lazımdır. Lakin bu, yalnız birbaşa Brüsseldə köklü dəyişikliklər olacağı təqdirdə mümkündür.Viktor Orban qeyd edib ki, bütün dünya özünü yeniləsə də, Brüssel Avropaya “xaosa aparan” köhnəlmiş inkişaf modelini təklif edir:“Getdikcə daha az insan işləyir, getdikcə daha çox insan işsiz yaşamaq istəyir. Sosial nizam yox olur, miqrasiyanın nəticələri idarəolunmazdır, investorlar pullarını Avropadan Amerika və Asiyaya köçürür”.Qeyd edək ki, bu gün Macarıstanın Baş naziri Viktor Orban yenidən hakim FİDES partiyasının sədri seçilib (Report).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453260216_216:0:2947:2048_1920x0_80_0_0_68eba1f3bf64b43e157a662f4266f971.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
viktor orban, macarıstan, avropa birliyi, avropa birliyi
viktor orban, macarıstan, avropa birliyi, avropa birliyi
Brüsselin siyasəti Avropa Birliyinin tabutuna mismar vurur - Macarıstanın lideri
21:22 18.11.2023 (Yenilənib: 22:07 18.11.2023) Viktor Orban qeyd edib ki, bütün dünya özünü yeniləsə də, Brüssel Avropaya “xaosa aparan” köhnəlmiş inkişaf modelini təklif edir.
BAKI, 18 noyabr - Sputnik. “Brüsselin siyasəti Avropa Birliyinin tabutuna tədricən mismar vurur”.
Bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
“Mən əminəm ki, bu gün Brüsseldə onlar Avropanı parçalayırlar və onu məhvə aparırlar” - Orban vurğulayıb.
O, xəbərdarlıq edib ki, Brüssel mövcud siyasəti davam etdirsə, bu, Avropa İttifaqı üçün pis nəticələnə bilər:
“Hesab edirəm ki, Avropanın hazırkı modeli dayanıqlı olmadığı üçün ondan imtina edilməlidir. Avropa İttifaqı sadəcə olaraq dağılacaq və bunun qarşısı alınmalıdır. Qurumun vahid qalması bizim maraqlarımıza uyğundur. Böyük çətinliklə toplananlar toxunulmaz qalsın”.
O hesab edir ki, Avropa İttifaqının dağılması yox, dəyişməsi lazımdır. Lakin bu, yalnız birbaşa Brüsseldə köklü dəyişikliklər olacağı təqdirdə mümkündür.
Viktor Orban qeyd edib ki, bütün dünya özünü yeniləsə də, Brüssel Avropaya “xaosa aparan” köhnəlmiş inkişaf modelini təklif edir:
“Getdikcə daha az insan işləyir, getdikcə daha çox insan işsiz yaşamaq istəyir. Sosial nizam yox olur, miqrasiyanın nəticələri idarəolunmazdır, investorlar pullarını Avropadan Amerika və Asiyaya köçürür”.
Qeyd edək ki, bu gün Macarıstanın Baş naziri Viktor Orban yenidən hakim FİDES partiyasının sədri seçilib (Report).