https://sputnik.az/20231118/bolqaristan-a-nin-enerji-tehlukesizliyini-pozur-rusiyadan-qaz-tranzitine-vergi-lazimdir-460635160.html
Bolqarıstan Aİ-nin enerji təhlükəsizliyini pozur: Rusiyadan qaz tranzitinə vergi lazımdır
Bolqarıstan Aİ-nin enerji təhlükəsizliyini pozur: Rusiyadan qaz tranzitinə vergi lazımdır
Sputnik Azərbaycan
Rusiya qazının Bolqarıstan vasitəsilə tranzitinə əlavə verginin tətbiqi məsələsində ABŞ-ın maraqları izlənilir. Sofiyanın yeniliyi nəyə səbəb ola bilər? 18.11.2023, Sputnik Azərbaycan
2023-11-18T10:01+0400
2023-11-18T10:01+0400
2023-11-18T10:01+0400
ai
iqtisadiyyat
iqor yuşkov
bolqarıstan
qaz
anbar
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456861828_0:160:3072:1888_1920x0_80_0_0_f5d7ea62c0b120fd7081c9fe1656f95d.jpg
BAKI, 18 noyabr — Sputnik. Bolqarıstan hakimiyyəti bahalı mayeləşdirilmiş təbii qazla müqayisədə onun rəqabət qabiliyyətini azaltmaq üçün Rusiya qazının tranzitinə vergi tətbiq edib. Bolqarıstan parlamenti müvafiq qanunu qəbul edib. Bu qanuna əsasən Rusiya Federasiyasından qazın nəqli üçün 1 MVt/saata görə 20 lev (10,2 avro) ödəniş alınır. Xatırladaq ki, Rusiya qazı Türkiyədən Bolqarıstana "Türk axını" qaz kəmərinin ikinci xətti ilə gəlir və daha sonra tranzit olaraq Serbiyaya, oradan isə Macarıstana çatdırılır. "Bulqarqaz" milli şirkəti yeni ödəniş proseduruna keçməkdən imtina etdikdən sonra Bolqarıstan özü birbaşa Rusiya qazını almır. Xərclər artarsa, Rusiya ixracdan imtina edə bilər Qazın tranzitinə əlavə vergini, çox güman ki, "Qazprom" ödəməli olacaq və əgər Rusiya şirkəti üçün maliyyə yükü yüksək olarsa və tədarük sərfəli deyilsə, o ixracdan imtina edə bilər. Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov belə hesab edir. Eyni zamanda, ekspert hesab edir ki, bu cür vergi ilə mübarizə aparılmalı və məhkəməyə verilməlidir, çünki bu, Aİ-nin antiinhisar qanunvericiliyinin pozulması və təchizatçılardan birinə qarşı ayrı-seçkilik tədbiridir. "Bu əlavə verginin tətbiqi Avropa qanunvericiliyinə tamamilə ziddir", - deyə iqtisadçı fikirlərini bölüşüb. Onun sözlərinə görə, tranzit üçün əlavə rüsumların tətbiqi əsaslandırılmalıdır - tranzit dəyəri niyə indeksləşdirilir, tranzit ölkə hansı əlavə xərclərə malikdir. Üstəlik, qaz nəqli tariflərinin artırılması üçün əsaslar olmalıdır. "Burada biz xərclərin artımını görmürük; bu, açıq siyasi vergidir", - deyə analitik bildirib. Yuşkov hesab edir ki, "Qazprom"a qarşı iddiaları Avropanın istehlakçı şirkətləri ilə birlikdə qaldırmaq daha yaxşıdır, çünki onlar da belə ödənişin tətbiqi nəticəsində zərər görəcəklər."Ona görə də Qərb mediası yazanda ki, Yunanıstan həmişə Rusiya qazından imtina etmək arzusunda olub və əlavə vergi onun üçün bir fürsətdir, sual yaranır: onlara qazdan əvvəllər imtina etməyə nə mane olub? Rusiya qazını bazarda ən sərfəli qiymətə satıldığı üçün alırlar", - deyə iqtisadçı izah edib. Bolqarıstan ABŞ üçün Rusiya Federasiyasına təzyiq vasitəsidir Yuşkovun sözlərinə görə, Bolqarıstan dəfələrlə Rusiyaya qarşı hücum və ona təzyiq alətinə çevrilib. Sofiyaya ilk təzyiq Rusiyadan Bolqarıstana tutumu 63 milyard kubmetr olan "Cənub axını" qaz kəmərinin tikintisi planlaşdırılanda edilib. "Bu, nəhəng potensiala malik bir layihə idi. Təkcə tranzit üçün bolqarlar qaz almağa xərclədikləri qədər vəsait alırdılar. Həmçinin güman edilirdi ki, Bolqarıstan tranzit ölkə olarsa, Rusiya qazı üçün endirim alacaq. Sofiya hökumətlərarası razılığa gəlmiş, sazişlər imzalanmışdı", – deyə ekspert xatırladıb. Yuşkov qeyd edib ki, məhz bundan sonra Avropa İttifaqı və ABŞ layihənin həyata keçməməsi üçün Bolqarıstana təzyiq göstərməyə başlayıb. Sofiya müqavimət göstərməyə çalışıb, lakin onlara deyiblər ki, saziş Üçüncü Enerji Paketini təhdid edir, baxmayaraq ki, söhbət tikintidən deyil, qaz kəmərlərindən istifadə qaydalarından gedirdi. Ekspert hesab edir ki, bu dəfə də Bolqarıstanı tranzitə əlavə vergi tətbiq etməyə razı salıblar. Eyni zamanda, Yuşkovun sözlərinə görə, bu, açıq şəkildə Rusiya boru kəməri qazının rəqabət qabiliyyətini azaltmaq və MTQ-nin Avropa bazarında payını artırmaq üçün edilir. "ABŞ bu gün Avropaya ən böyük MTQ tədarükçüsüdür - ölkədə hasil edilən maye qazın 60%-i Aİ-yə verilir. Onlar ən böyük MTQ istehsalı zavodlarını tikirlər və bununla da Avropa qaz bazarını təmizləyirlər", - deyə Yuşkov sözünü yekunlaşdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456861828_171:0:2902:2048_1920x0_80_0_0_5f8c66db82743ccac62bf0802beecb4b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
ai, iqor yuşkov, bolqarıstan, qaz, anbar
ai, iqor yuşkov, bolqarıstan, qaz, anbar
Bolqarıstan Aİ-nin enerji təhlükəsizliyini pozur: Rusiyadan qaz tranzitinə vergi lazımdır
Rusiya qazının Bolqarıstan vasitəsilə tranzitinə əlavə verginin tətbiqi məsələsində ABŞ-ın maraqları izlənilir. Sofiyanın yeniliyi nəyə səbəb ola bilər?
BAKI, 18 noyabr — Sputnik. Bolqarıstan hakimiyyəti bahalı mayeləşdirilmiş təbii qazla müqayisədə onun rəqabət qabiliyyətini azaltmaq üçün Rusiya qazının tranzitinə vergi tətbiq edib. Bolqarıstan parlamenti müvafiq qanunu qəbul edib. Bu qanuna əsasən Rusiya Federasiyasından qazın nəqli üçün 1 MVt/saata görə 20 lev (10,2 avro) ödəniş alınır.
Xatırladaq ki, Rusiya qazı Türkiyədən Bolqarıstana "Türk axını" qaz kəmərinin ikinci xətti ilə gəlir və daha sonra tranzit olaraq Serbiyaya, oradan isə Macarıstana çatdırılır. "Bulqarqaz" milli şirkəti yeni ödəniş proseduruna keçməkdən imtina etdikdən sonra Bolqarıstan özü birbaşa Rusiya qazını almır.
Xərclər artarsa, Rusiya ixracdan imtina edə bilər
Qazın tranzitinə əlavə vergini, çox güman ki, "Qazprom" ödəməli olacaq və əgər Rusiya şirkəti üçün maliyyə yükü yüksək olarsa və tədarük sərfəli deyilsə, o ixracdan imtina edə bilər.
Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov belə hesab edir.
"Düşünürəm ki, söhbət Yunanıstan, Şimali Makedoniya, Rumıniya, Serbiya və Macarıstan kimi ölkələrə qaz tədarükündən gedir. Tranzit xərclərinə əlavə ödəniş qazın qiymətinə təsir edə bilər, amma sonda bütün yük "Qazprom"un üzərinə düşür. Ancaq düşünürəm ki, əgər bu ödəniş son dərəcə yüksək olarsa və tədarük "Qazprom" üçün sərfəli deyilsə, bu, ixracın dayandırılmasına səbəb ola bilər", - deyə Yuşkov "Sputnik Azərbaycan"a bildirib.
Eyni zamanda, ekspert hesab edir ki, bu cür vergi ilə mübarizə aparılmalı və məhkəməyə verilməlidir, çünki bu, Aİ-nin antiinhisar qanunvericiliyinin pozulması və təchizatçılardan birinə qarşı ayrı-seçkilik tədbiridir.
"Bu əlavə verginin tətbiqi Avropa qanunvericiliyinə tamamilə ziddir", - deyə iqtisadçı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, tranzit üçün əlavə rüsumların tətbiqi əsaslandırılmalıdır - tranzit dəyəri niyə indeksləşdirilir, tranzit ölkə hansı əlavə xərclərə malikdir. Üstəlik, qaz nəqli tariflərinin artırılması üçün əsaslar olmalıdır.
"Burada biz xərclərin artımını görmürük; bu, açıq siyasi vergidir", - deyə analitik bildirib.
Yuşkov hesab edir ki, "Qazprom"a qarşı iddiaları Avropanın istehlakçı şirkətləri ilə birlikdə qaldırmaq daha yaxşıdır, çünki onlar da belə ödənişin tətbiqi nəticəsində zərər görəcəklər.
"Məsələn, Macarıstan, Rumıniya və ya Şimali Makedoniya kimi ölkələr qlobal MTQ bazarında qaz axtarmalı olacaqlar; mayeləşdirilmiş qazın qonşu ölkələrin terminallarında qəbul edilməsi, regazifikasiya olunması və ölkə ərazisinə qədər Avropa qaz kəmərləri sisteminə yüklənməsi üçün pul ödəmək lazım olacaq. Bütün bunlar əlavə pul tələb edir, ona görə də "Qazprom"un tədarükü bu ölkələr üçün ən sərfəlidir", - deyə o vurğulayıb.
"Ona görə də Qərb mediası yazanda ki, Yunanıstan həmişə Rusiya qazından imtina etmək arzusunda olub və əlavə vergi onun üçün bir fürsətdir, sual yaranır: onlara qazdan əvvəllər imtina etməyə nə mane olub? Rusiya qazını bazarda ən sərfəli qiymətə satıldığı üçün alırlar", - deyə iqtisadçı izah edib.
Bolqarıstan ABŞ üçün Rusiya Federasiyasına təzyiq vasitəsidir
Yuşkovun sözlərinə görə, Bolqarıstan dəfələrlə Rusiyaya qarşı hücum və ona təzyiq alətinə çevrilib. Sofiyaya ilk təzyiq Rusiyadan Bolqarıstana tutumu 63 milyard kubmetr olan "Cənub axını" qaz kəmərinin tikintisi planlaşdırılanda edilib.
"Bu, nəhəng potensiala malik bir layihə idi. Təkcə tranzit üçün bolqarlar qaz almağa xərclədikləri qədər vəsait alırdılar. Həmçinin güman edilirdi ki, Bolqarıstan tranzit ölkə olarsa, Rusiya qazı üçün endirim alacaq. Sofiya hökumətlərarası razılığa gəlmiş, sazişlər imzalanmışdı", – deyə ekspert xatırladıb.
Yuşkov qeyd edib ki, məhz bundan sonra Avropa İttifaqı və ABŞ layihənin həyata keçməməsi üçün Bolqarıstana təzyiq göstərməyə başlayıb. Sofiya müqavimət göstərməyə çalışıb, lakin onlara deyiblər ki, saziş Üçüncü Enerji Paketini təhdid edir, baxmayaraq ki, söhbət tikintidən deyil, qaz kəmərlərindən istifadə qaydalarından gedirdi.
"Nəticədə hər şey Con Makkeynin senatorların nümayəndə heyətinin başında Bolqarıstana gəlməsi və Bolqarıstan rəhbərliyi ilə danışıqlardan sonra "Cənub axını" qaz kəmərini qurmaqdan imtina etdiyini bildirməsi ilə başa çatdı. Bolqarıstan faktiki olaraq layihədən imtina etməyə və bununla da Rusiyaya zərbə endirməyə məcbur edildi", – deyə "Sputnik Azərbaycan"ın həmsöhbəti vurğulayıb.
Ekspert hesab edir ki, bu dəfə də Bolqarıstanı tranzitə əlavə vergi tətbiq etməyə razı salıblar.
Eyni zamanda, Yuşkovun sözlərinə görə, bu, açıq şəkildə Rusiya boru kəməri qazının rəqabət qabiliyyətini azaltmaq və MTQ-nin Avropa bazarında payını artırmaq üçün edilir.
"ABŞ bu gün Avropaya ən böyük MTQ tədarükçüsüdür - ölkədə hasil edilən maye qazın 60%-i Aİ-yə verilir. Onlar ən böyük MTQ istehsalı zavodlarını tikirlər və bununla da Avropa qaz bazarını təmizləyirlər", - deyə Yuşkov sözünü yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.