https://sputnik.az/20231118/banklarin-sms-melumatlandirma-xidmetleri-uzre-tarifleri-niye-qaldirib-460639247.html
Bankların SMS-məlumatlandırma xidmətləri üzrə tarifləri niyə qaldırıb?
Bankların SMS-məlumatlandırma xidmətləri üzrə tarifləri niyə qaldırıb?
Sputnik Azərbaycan
Bankların bir çoxu ümumiyyətlə SMS-məlumatlandırma xidmətlərindən imtina edib. 18.11.2023, Sputnik Azərbaycan
2023-11-18T12:28+0400
2023-11-18T12:28+0400
2023-11-18T12:29+0400
sms
iqtisadiyyat
bank
bank
mərkəzi bank
mərkəzi bank
amb
amb
xidmət
https://cdnn1.img.sputnik.az/img/41453/62/414536207_0:190:3581:2204_1920x0_80_0_0_8892b618060d7b53f35ed994e7ee92ae.jpg
BAKI, 18 noyabr — Sputnik. Azərbaycanın bir neçə bankı SMS-məlumatlandırma xidmətləri üzrə tariflərini təqribən 40 qəpikdən 1 manata qədər artırıb. Bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədrinin birinci müavini Rəşad Orucov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib. O qeyd edib ki, banklar bu xidmətləri prosessinq mərkəzlərindən alırlar: "Bu mərkəzlər isə həmin xidmətləri mobil operatorlardan alırlar. Sonradan banklara təqdim edirlər. Son üç ildə prosessinq şirkətlərinin paket şəklində aldığı SMS-qiymətləndirmə tariflərində təqribən 70 % artım olub. Sözügedən banklar bu müddət ərzində həmin xidmət haqlarını artırmayıblar. Yalnız indi belə qərar qəbul ediblər". R.Orucov deyib ki, pensiya kartları və digər sosial kartlar üzrə SMS-məlumatlandırma üzrə xidmət haqları alınmır: "Təqribən 2 milyon 300 mindən çox pensiya və sosial müavinət kartları var. Bu kartlar üzrə xidmət haqları alınmır. Bankların bir çoxu ümumiyyətlə SMS-məlumatlandırma xidmətlərindən imtina edib. Çünki son dövrlər bankların əksəriyyəti mobil əlavələr istifadə edir. Orda avtomatik onlayn rejimdə aparılan əməliyyatlar haqqında məlumatlar ötürülür. Bu zaman ümumiyyətlə SMS-məlumatlandırma xidmətindən istifadəyə ehtiyac yoxdur. Bankların çoxu tərəfindən bu, müştərilərə əlavə bir xidmət kimi təklif edilir. Müştəri bu xidmətdən istifadə edib-etməməkdə sərbəstdir. Banklar yeni texnologiyalara keçidlə əlaqədar SMS-məlumatlandırmadan imtina edirlər". AMB sədrinin birinci müavini əlavə edib ki, Mərkəzi Bankın müxtəlif xidmətlər üzrə komissiya haqlarının maksimum həddini müəyyən etmək səlahiyyəti yoxdur: "Banklar haqqında" qanuna görə bu xidmət haqları bank və müştərilər arasında sərbəst şəkildə müəyyən edilir. Lakin bu xidmət haqlarında elə bir ciddi artım yoxdur".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41453/62/414536207_195:0:3386:2393_1920x0_80_0_0_3cfcbef451ebea095b1f2de71c689554.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sms, bank, bank, mərkəzi bank, mərkəzi bank, amb, amb, xidmət
sms, bank, bank, mərkəzi bank, mərkəzi bank, amb, amb, xidmət
Bankların SMS-məlumatlandırma xidmətləri üzrə tarifləri niyə qaldırıb?
12:28 18.11.2023 (Yenilənib: 12:29 18.11.2023) Bankların bir çoxu ümumiyyətlə SMS-məlumatlandırma xidmətlərindən imtina edib.
BAKI, 18 noyabr — Sputnik. Azərbaycanın bir neçə bankı SMS-məlumatlandırma xidmətləri üzrə tariflərini təqribən 40 qəpikdən 1 manata qədər artırıb.
Bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədrinin birinci müavini Rəşad Orucov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
O qeyd edib ki, banklar bu xidmətləri prosessinq mərkəzlərindən alırlar:
"Bu mərkəzlər isə həmin xidmətləri mobil operatorlardan alırlar. Sonradan banklara təqdim edirlər. Son üç ildə prosessinq şirkətlərinin paket şəklində aldığı SMS-qiymətləndirmə tariflərində təqribən 70 % artım olub. Sözügedən banklar bu müddət ərzində həmin xidmət haqlarını artırmayıblar. Yalnız indi belə qərar qəbul ediblər".
R.Orucov deyib ki, pensiya kartları və digər sosial kartlar üzrə SMS-məlumatlandırma üzrə xidmət haqları alınmır:
"Təqribən 2 milyon 300 mindən çox pensiya və sosial müavinət kartları var. Bu kartlar üzrə xidmət haqları alınmır. Bankların bir çoxu ümumiyyətlə SMS-məlumatlandırma xidmətlərindən imtina edib. Çünki son dövrlər bankların əksəriyyəti mobil əlavələr istifadə edir. Orda avtomatik onlayn rejimdə aparılan əməliyyatlar haqqında məlumatlar ötürülür. Bu zaman ümumiyyətlə SMS-məlumatlandırma xidmətindən istifadəyə ehtiyac yoxdur. Bankların çoxu tərəfindən bu, müştərilərə əlavə bir xidmət kimi təklif edilir. Müştəri bu xidmətdən istifadə edib-etməməkdə sərbəstdir. Banklar yeni texnologiyalara keçidlə əlaqədar SMS-məlumatlandırmadan imtina edirlər".
AMB sədrinin birinci müavini əlavə edib ki, Mərkəzi Bankın müxtəlif xidmətlər üzrə komissiya haqlarının maksimum həddini müəyyən etmək səlahiyyəti yoxdur: "Banklar haqqında" qanuna görə bu xidmət haqları bank və müştərilər arasında sərbəst şəkildə müəyyən edilir. Lakin bu xidmət haqlarında elə bir ciddi artım yoxdur".