CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yüz yaşlı qadın gənclik və gözəllik eliksirinin reseptini paylaşıb

© AP Photo / Christophe EnaQadın
Qadın - Sputnik Azərbaycan, 1920, 17.11.2023
Abunə olmaq
Onun sözlərinə görə, hər səhər içdiyi xüsusi şirə ona görünüşünü qoruyub saxlamağa kömək edir.
BAKI, 17 noyabr — Sputnik. Bloqqer Teyin nənəsi öz cazibədarlığının sirlərini açıqlayıb. Müvafiq video Teyin "TikTok" hesabında peyda olub.
Yayımlanan görüntülərdə "taygusta" ləqəbli istifadəçinin 102 yaşlı qohumu xüsusi şirənin onun xarici görünüşünü qoruyub saxlamağa kömək etdiyini bildirib. Onun sözlərinə görə, şirənin tərkibində aloe vera, kələm, kərəviz, zəncəfil, cəfəri və su kimi maddələr var. Qadın hər səhər bu qarışığı içdiyini vurğulayıb.
Bundan əlavə, nənə onu da etiraf edib ki, sağlam qidalanma onun uzunömürlülüyünü qorumağa kömək edir.
İzləyicilər postun altındakı şərhlərdə qadının tövsiyəsini yüksək qiymətləndiriblər.
"Bunu sınamaq üçün səbirsizlənirəm! Təşəkkürlər, nənə", "İndi mən gələn həftə nə alacağımı bilirəm", "Bu nənənin yaşında olanda onun qədər yaraşıqlı olacağıma ümid edirəm", – deyə izləyicilər fikirlərini bildiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0