https://sputnik.az/20231117/xn-rehberi-ran-felestin-srail-munaqisesinin-gerginlesmesini-istemir-ancaq--460628693.html
XİN rəhbəri: İran Fələstin-İsrail münaqişəsinin gərginləşməsini istəmir, ancaq...
XİN rəhbəri: İran Fələstin-İsrail münaqişəsinin gərginləşməsini istəmir, ancaq...
Sputnik Azərbaycan
Fələstin HƏMAS hərəkatının silahlılarının oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. 17.11.2023, Sputnik Azərbaycan
2023-11-17T10:34+0400
2023-11-17T10:34+0400
2023-11-17T11:11+0400
iran
siyasət
israil
fələstin
iran xin
https://cdnn1.img.sputnik.az/img/07e7/07/05/456522309_0:156:3000:1844_1920x0_80_0_0_eb68df48be84df23b8408aeafe0930ac.jpg
BAKI, 17 noyabr — Sputnik. İran hakimiyyəti diplomatik kanallar vasitəsilə ABŞ-ı məlumatlandırıb ki, onlar Fələstin-İsrail münaqişəsinin gərginləşməsini istəmirlər. Bu barədə İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib. "ABŞ-a cavab olaraq bildirdik ki, İran müharibənin genişlənməsini istəmir, lakin ABŞ və İsrailin bölgədə tutduğu yanaşmaya görə Qəzza və İordan çayının qərb sahili sakinlərinə qarşı cinayətlər dayanmasa, daha geniş konflikt qaçılmaz ola bilər", - o, Britaniyanın Financial Times (FT) qəzetinə müsahibəsində deyib. FT-nin məlumatına görə, o, Tehran və Vaşinqton arasında birbaşa danışıqların mümkünlüyünü istisna edib. Fələstin HƏMAS hərəkatının silahlılarının oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. HƏMAS hücumunu İsrailin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıb. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, ona və Livan və Suriyanın müəyyən bölgələrinə qarşı qisas əməliyyatlarına başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir. Bundan əvvəl İranın BMT-dəki daimi nümayəndəliyi Reuters agentliyinə bildirib ki, yəhudi dövləti İslam Respublikasına hücum etməyənə qədər Tehran İsraillə birbaşa münaqişəyə girməyəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/05/456522309_167:0:2834:2000_1920x0_80_0_0_58a51596a9b9cbf86a5cda45ce1e8342.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iran, israil, fələstin, iran xin
iran, israil, fələstin, iran xin
XİN rəhbəri: İran Fələstin-İsrail münaqişəsinin gərginləşməsini istəmir, ancaq...
10:34 17.11.2023 (Yenilənib: 11:11 17.11.2023) Fələstin HƏMAS hərəkatının silahlılarının oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.
BAKI, 17 noyabr — Sputnik. İran hakimiyyəti diplomatik kanallar vasitəsilə ABŞ-ı məlumatlandırıb ki, onlar Fələstin-İsrail münaqişəsinin gərginləşməsini istəmirlər. Bu barədə İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.
"ABŞ-a cavab olaraq bildirdik ki, İran müharibənin genişlənməsini istəmir, lakin ABŞ və İsrailin bölgədə tutduğu yanaşmaya görə Qəzza və İordan çayının qərb sahili sakinlərinə qarşı cinayətlər dayanmasa, daha geniş konflikt qaçılmaz ola bilər", - o, Britaniyanın Financial Times (FT) qəzetinə müsahibəsində deyib.
"Son 40 gün ərzində İran və ABŞ İsveçrənin Tehrandakı səfirliyinin Amerika şöbəsi vasitəsilə məlumat mübadiləsi aparıblar", - Abdullahian deyib.
FT-nin məlumatına görə, o, Tehran və Vaşinqton arasında birbaşa danışıqların mümkünlüyünü istisna edib.
Fələstin HƏMAS hərəkatının silahlılarının oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. HƏMAS hücumunu İsrailin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıb. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, ona və Livan və Suriyanın müəyyən bölgələrinə qarşı qisas əməliyyatlarına başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.
Bundan əvvəl İranın BMT-dəki daimi nümayəndəliyi Reuters agentliyinə bildirib ki, yəhudi dövləti İslam Respublikasına hücum etməyənə qədər Tehran İsraillə birbaşa münaqişəyə girməyəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.