https://sputnik.az/20231117/semed-seyidov-907-ci-duzelis-edaletsizliyin-remzidir-460635968.html
Səməd Seyidov: 907-ci düzəliş ədalətsizliyin rəmzidir
Səməd Seyidov: 907-ci düzəliş ədalətsizliyin rəmzidir
Sputnik Azərbaycan
Azərbaycanda xalq bəlkə də 907-ci düzəliş barədə tam ətaflı məlumatlı olmasa da, onun ədalətsizliyə bərabər olduğunu hər kəs bilir. 17.11.2023, Sputnik Azərbaycan
2023-11-17T13:13+0400
2023-11-17T13:13+0400
2023-11-17T13:13+0400
siyasət
səməd seyidov
907-ci düzəliş
abş
https://cdnn1.img.sputnik.az/img/41241/91/412419107_0:0:1006:566_1920x0_80_0_0_384e292ec3d936038d65c30973c21087.jpg
BAKI, 17 noyabr — Sputnik. "Azərbaycanda hər kəs 907-ci düzəlişin ədalətsizliyə bərabər olduğunu bilir". Bunu "Report"a Azərbaycan Milli Məclisinin ABŞ ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. Onun sözlərinə görə, ABŞ bununla nəinki qarşılıqlı etibar və eyni zamanda strateji əməkdaşlıq əlaqələrinə zərbə vurdu:İşçi qrupun rəhbəri xatırladıb ki, əslində, illər boyu 907-ci düzəlişin aradan qaldırılmaması, onun sadəcə dayandırılması bir daha onu göstərirdi ki, ABŞ senatı məcburən Azərbaycan reallıqlarını qəbul edib:"Ona görə ki, Azərbaycan tamamilə fərqli müstəviyə qalxdı, tamamilə başqa bir səviyyədə öz gücünü, qüdrətini göstərdi. Ancaq görünür bunlar üçün qırmızı bir xətt var idi. Bu da bizim torpaqlarımızın erməni işğalçılarından tamamilə azad edilməsi idi. Nə qədər parodoksal səslənsə də, görünür dövlətin ərazi bütövlüyünün bərpası ABŞ senatorları üçün qırmızı xətt imiş. Azərbaycan öz suverenliyini tam bərpa edib, Xankəndidə bayraq qaldırdıqdan sonra okeanın o tayındakılar sözün əsl mənasında sanki nəyisə itirdilər". S.Seyidov vurğulayıb ki, ABŞ konqresmenlərini regiondakı stabillik maraqlandırmır və heç bir zaman maraqlandırmayacaq:"Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupu da sözügedən məsələ ilə əlaqədar lazım olan bütün addımları atacaq". Qeyd edək ki, noyabrın 15-də ABŞ Konqresinin yuxarı palatası Azərbaycana yardımları qadağan edən S.3000 qanun layihəsini təsdiqləyib. Qanun ABŞ Prezidentinə Azərbaycan ilə bağlı 907-ci düzəlişi dayandırmağa icazə vermir. Azadlığa Dəstək Aktına edilən 907-ci düzəliş ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsini qadağan edir. Qərar Nümayəndələr Palatası tərəfindən təsdiq edilməli və prezident tərəfindən imzalanmalıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41241/91/412419107_57:0:949:669_1920x0_80_0_0_dfe62857cebd8cb2076050d4054f60ca.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
səməd seyidov, 907-ci düzəliş, abş
səməd seyidov, 907-ci düzəliş, abş
Səməd Seyidov: 907-ci düzəliş ədalətsizliyin rəmzidir
Azərbaycanda xalq bəlkə də 907-ci düzəliş barədə tam ətaflı məlumatlı olmasa da, onun ədalətsizliyə bərabər olduğunu hər kəs bilir.
BAKI, 17 noyabr — Sputnik. "Azərbaycanda hər kəs 907-ci düzəlişin ədalətsizliyə bərabər olduğunu bilir". Bunu "Report"a Azərbaycan Milli Məclisinin ABŞ ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Onun sözlərinə görə, ABŞ bununla nəinki qarşılıqlı etibar və eyni zamanda strateji əməkdaşlıq əlaqələrinə zərbə vurdu:
"Xatırladaq ki, 907-ci düzəliş 1992-ci ilin oktyabr ayında-Xocalı soyqırımından cəmi bir neçə ay sonra qəbul edilib. Ona görə bu düzəliş ədalətsizliyin rəmzidir. Azərbaycanda xalq bəlkə də 907-ci düzəliş barədə tam ətaflı məlumatlı olmasa da, onun ədalətsizliyə bərabər olduğunu hər kəs bilir. Bu baxımdan Azərbaycana qarşı edilən ədalətsizlikdən xalqımız xəbərdardır, istər sadə vətəndaş, istərsə də siyasətçi".
İşçi qrupun rəhbəri xatırladıb ki, əslində, illər boyu 907-ci düzəlişin aradan qaldırılmaması, onun sadəcə dayandırılması bir daha onu göstərirdi ki, ABŞ senatı məcburən Azərbaycan reallıqlarını qəbul edib:
"Ona görə ki, Azərbaycan tamamilə fərqli müstəviyə qalxdı, tamamilə başqa bir səviyyədə öz gücünü, qüdrətini göstərdi. Ancaq görünür bunlar üçün qırmızı bir xətt var idi. Bu da bizim torpaqlarımızın erməni işğalçılarından tamamilə azad edilməsi idi. Nə qədər parodoksal səslənsə də, görünür dövlətin ərazi bütövlüyünün bərpası ABŞ senatorları üçün qırmızı xətt imiş. Azərbaycan öz suverenliyini tam bərpa edib, Xankəndidə bayraq qaldırdıqdan sonra okeanın o tayındakılar sözün əsl mənasında sanki nəyisə itirdilər".
"Hər il 907-ci düzəlişin qəbul olunduğu vaxtı eyni hissləri keçiririk. O zaman biz işğal altında idik, bizə deyilirdi ki, siz işğal etmisiniz. Biz qaçqınlara malik idik, lakin qaçqın yaratmaqda ittiham edilirdik. İndi biz öz torpaqlarımızı işğaldan azad etmişik, işğalda günahlandırılırıq. Artıq kartlar açılıb və məlum olub ki, onlara zəif, gücsüz, əlləri altında olan və regiondan qoparılmış Azərbaycan və Ermənistan lazımdır. Azərbaycan bu yolun yolçusu olmadı, öz müstəqil mövqeyini nümayiş etdirdi. Lakin Ermənistan yenə alətə çevrildi. Əvvəllər Rusiyanın əlində alət idi, indi də ABŞ-nin əlində və regionda stabilliyi pozmaq, sülhə qarşı məsələləri gündəmə gətirməklə bölgədə ABŞ-nin maraqlarını həyata keçirməyə çalışır. Onlar nə Azərbaycan, nə də Ermənistan haqqında düşünürlər",- Milli Məclisin üzvü əlavə edib.
S.Seyidov vurğulayıb ki, ABŞ konqresmenlərini regiondakı stabillik maraqlandırmır və heç bir zaman maraqlandırmayacaq:
"Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupu da sözügedən məsələ ilə əlaqədar lazım olan bütün addımları atacaq".
Qeyd edək ki, noyabrın 15-də ABŞ Konqresinin yuxarı palatası Azərbaycana yardımları qadağan edən S.3000 qanun layihəsini təsdiqləyib. Qanun ABŞ Prezidentinə Azərbaycan ilə bağlı 907-ci düzəlişi dayandırmağa icazə vermir.
Azadlığa Dəstək Aktına edilən 907-ci düzəliş ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsini qadağan edir. Qərar Nümayəndələr Palatası tərəfindən təsdiq edilməli və prezident tərəfindən imzalanmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.