https://sputnik.az/20231117/neft-son-dord-ayin-en-asagi-seviyyesine-endikden-sonra-bahalasmaga-baslayib-460644788.html
Neft son dörd ayın ən aşağı səviyyəsinə endikdən sonra bahalaşmağa başlayıb
Neft son dörd ayın ən aşağı səviyyəsinə endikdən sonra bahalaşmağa başlayıb
Sputnik Azərbaycan
Dünən neft qiymətləri 5 faiz ucuzlaşaraq son dörd ayın ən aşağı səviyyəsinə enib. 17.11.2023, Sputnik Azərbaycan
2023-11-17T16:54+0400
2023-11-17T16:54+0400
2023-11-17T16:54+0400
neft
neft-qaz
azeri light markalı neft
qiymət
https://cdnn1.img.sputnik.az/img/07e7/05/04/454476648_0:157:2492:1559_1920x0_80_0_0_b939add08c8ac6c47509f64e37c45b42.jpg
BAKI, 17 noyabr — Sputnik. Dünya bazarlarında neftin qiymətlərində artım müşahidə edilir. "Brent" nefti 80 sent bahalaşaraq 78,22 dollar, ABŞ-nin Qərbi Texas nefti (WTI) 76 sent artaraq 73,66 dollar olub. Dünən neft qiymətləri 5 faiz ucuzlaşaraq son dörd ayın ən aşağı səviyyəsinə enmişdi. Neftin bu həftəki enişinə əsasən ABŞ-nin xam neft ehtiyatlarının kəskin artması və hasilatın rekord səviyyədə qalması səbəb olub. Eyni zamanda Çində tələbatın azalması da narahatlıqlara səbəb olub. "Brent" neftinin 80 dollardan aşağı olması ilə bir çox analitiklər "OPEC plyus"un əsasən də Səudiyyə Ərəbistanı və Rusiyanın könüllü şəkildə hasilat azaltmasını 2024-cü ilə qədər uzadacağını gözləyirlər. Xatırladaq ki, "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 3,81 dollar və yaxud 4,44 faiz azalaraq 82 dollar təşkil edib. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 dollar, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 dollar olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/04/454476648_102:0:2390:1716_1920x0_80_0_0_14025ba3c038a3662be21c57909813e6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, azeri light markalı neft, qiymət
neft, azeri light markalı neft, qiymət
Neft son dörd ayın ən aşağı səviyyəsinə endikdən sonra bahalaşmağa başlayıb
Dünən neft qiymətləri 5 faiz ucuzlaşaraq son dörd ayın ən aşağı səviyyəsinə enib.
BAKI, 17 noyabr — Sputnik. Dünya bazarlarında neftin qiymətlərində artım müşahidə edilir.
"Brent" nefti 80 sent bahalaşaraq 78,22 dollar, ABŞ-nin Qərbi Texas nefti (WTI) 76 sent artaraq 73,66 dollar olub.
Dünən neft qiymətləri 5 faiz ucuzlaşaraq son dörd ayın ən aşağı səviyyəsinə enmişdi. Neftin bu həftəki enişinə əsasən ABŞ-nin xam neft ehtiyatlarının kəskin artması və hasilatın rekord səviyyədə qalması səbəb olub. Eyni zamanda Çində tələbatın azalması da narahatlıqlara səbəb olub.
"Brent" neftinin 80 dollardan aşağı olması ilə bir çox analitiklər "OPEC plyus"un əsasən də Səudiyyə Ərəbistanı və Rusiyanın könüllü şəkildə hasilat azaltmasını 2024-cü ilə qədər uzadacağını gözləyirlər.
Xatırladaq ki, "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 3,81 dollar və yaxud 4,44 faiz azalaraq 82 dollar təşkil edib.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 dollar, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 dollar olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.