https://sputnik.az/20231117/gelen-hefte-bakida-et-in-emek-merkezi-fealiyyete-baslayacaq-460628334.html
Gələn həftə Bakıda İƏT-in Əmək Mərkəzi fəaliyyətə başlayacaq
Gələn həftə Bakıda İƏT-in Əmək Mərkəzi fəaliyyətə başlayacaq
Sputnik Azərbaycan
Anar Kərimov bildirib ki, bu, sosial tərəfdaşlığın, Azərbaycanda əmək münasibətləri sahəsində müxtəlif proqramların daimi əsaslarda təmsil olunmasını təmin... 17.11.2023, Sputnik Azərbaycan
2023-11-17T13:54+0400
2023-11-17T13:54+0400
2023-11-17T13:54+0400
iət
iqtisadiyyat
mərkəz
bakı
https://cdnn1.img.sputnik.az/img/07e7/09/19/458954769_0:67:1280:787_1920x0_80_0_0_dab398d05b85a356a3a29613bcb791b7.jpg
BAKI, 17 noyabr — Sputnik. Gələn həftə Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin fəaliyyətə başlayacağı gözlənilir. Bunu İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransına dair keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. O bildirib ki, bu da sosial tərəfdaşlığın, Azərbaycanda əmək münasibətləri sahəsində müxtəlif proqramların daimi əsaslarda təmsil olunmasını təmin etməyə imkan verəcək:Qeyd edək ki, Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının paytaxtı elan edilib və habelə Şuşa İƏT-in 2024-cü il üzrə Gənclər Paytaxtı da seçilib. 2013-cü ildə Bakıda İƏT-in əmək nazirlərinin 2-ci Konfransı keçirilib.Konfransda iştirak edən nümayəndə heyətləri rəhbərlərini qəbul edərkən Prezident İlham Əliyev Mərkəzi Qərargahı Bakıda olmaqla İƏT-in Əmək Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib və bu təşəbbüs İƏT-ə üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/19/458954769_72:0:1209:853_1920x0_80_0_0_3719195012e9d593415ad931283731dd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
iət, mərkəz, bakı
Gələn həftə Bakıda İƏT-in Əmək Mərkəzi fəaliyyətə başlayacaq
Anar Kərimov bildirib ki, bu, sosial tərəfdaşlığın, Azərbaycanda əmək münasibətləri sahəsində müxtəlif proqramların daimi əsaslarda təmsil olunmasını təmin etməyə imkan verəcək.
BAKI, 17 noyabr — Sputnik. Gələn həftə Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin fəaliyyətə başlayacağı gözlənilir.
Bunu İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransına dair keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
O bildirib ki, bu da sosial tərəfdaşlığın, Azərbaycanda əmək münasibətləri sahəsində müxtəlif proqramların daimi əsaslarda təmsil olunmasını təmin etməyə imkan verəcək:
"Gələn həftə həmin mərkəzə seçkilərin keçirilməsi gözlənilir. Düşünürük ki, ilkin mərhələdə Əmək Mərkəzinin fəaliyyətə başlaması üçün DOST mərkəzlərində yer ayrılacaq".
Qeyd edək ki, Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının paytaxtı elan edilib və habelə Şuşa İƏT-in 2024-cü il üzrə Gənclər Paytaxtı da seçilib. 2013-cü ildə Bakıda İƏT-in əmək nazirlərinin 2-ci Konfransı keçirilib.
Konfransda iştirak edən nümayəndə heyətləri rəhbərlərini qəbul edərkən Prezident İlham Əliyev Mərkəzi Qərargahı Bakıda olmaqla İƏT-in Əmək Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib və bu təşəbbüs İƏT-ə üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.