Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Cari ilin doqquz ayında Aİİ-də sənaye istehsalı artıb

© Sputnik / Vladimir Trefilov / Mediabanka keçidDollar və rubl, arxiv
Dollar və rubl, arxiv - Sputnik Azərbaycan, 1920, 17.11.2023
Abunə olmaq
2023-cü ilin birinci yarısında Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrində əsas kapitala investisiyalar 8%-dən çox artaraq, demək olar ki, 173 milyard dollara çatıb.
BAKI, 17 noyabr - Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrində 2023-cü ilin yanvar-sentyabr aylarında sənaye istehsalının həcmi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,5% artaraq 1 trilyon dolları ötüb.
Bunu Avrasiya İqtisadi Komissiyasının (AİK) rəsmi nümayəndəsi İya Malkina deyib.

“Aİİ-də 9 ayda sənaye istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5% artaraq 1 trilyon dollardan çox olub. Doqquz ay ərzində görülən tikinti işlərinin həcmi də artıb - 9%-dən çox artaraq 135 milyard dollara yaxın olub”, - deyə o bildirib.

© Sputnik / Алексей Майшев / Mediabanka keçidAvrasiya İqtisadi Komissiyasının (AİK) rəsmi nümayəndəsi İya Malkina, arxiv
ПМЭФ-2021. Работа стенда МИА Россия сегодня. День третий - Sputnik Azərbaycan, 1920, 17.11.2023
Avrasiya İqtisadi Komissiyasının (AİK) rəsmi nümayəndəsi İya Malkina, arxiv
Malkina qeyd edib ki, 2023-cü ilin birinci yarısında əsas kapitala investisiyalar 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8%-dən çox artaraq, demək olar ki, 173 milyard dollara çatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0