https://sputnik.az/20231117/azerbaycanda-v-e-yeni-yoluxanlarin-sayi-aciqlanib-460650476.html
Azərbaycanda İİV-ə yeni yoluxanların sayı açıqlanıb
Azərbaycanda İİV-ə yeni yoluxanların sayı açıqlanıb
Sputnik Azərbaycan
Onlardan 736 nəfəri Azərbaycan vətəndaşları, 28 nəfəri isə əcnəbilər olub. 17.11.2023, Sputnik Azərbaycan
2023-11-17T20:50+0400
2023-11-17T20:50+0400
2023-11-17T20:50+0400
iiv
səhiyyə
narkotik
yoluxma
https://cdnn1.img.sputnik.az/img/40792/95/407929558_0:41:2000:1166_1920x0_80_0_0_012e425e9f949716900cef7b5e34906a.jpg
BAKI, 17 noyabr — Sputnik. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatında deyilir. Məlumata əsasən, ötən 10 ay ərzində İİV-ə 764 nəfər yoluxub. Onlardan 736 nəfəri Azərbaycan vətəndaşları, 28 nəfəri isə əcnəbilər olub. Azərbaycan vətəndaşları arasında 62 nəfəri (8,4 %-i) İnyekson Narkotik İstifadəçiləri olub. Qeyd edək ki, İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir. Dünyada İİV-lə yaşayan insanların sayı 37.7 milyon, bu səbəbdən dünyasını dəyişənlərin sayı isə 36.3 milyondur. 2020-ci ildə İİV-ə 1.5 milyon yeni yoluxma, 680 min isə ölüm halı qeydə alınıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40792/95/407929558_293:0:2000:1280_1920x0_80_0_0_ad4563369855b5a67d40f842633728f3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
iiv, narkotik, yoluxma
Azərbaycanda İİV-ə yeni yoluxanların sayı açıqlanıb
Onlardan 736 nəfəri Azərbaycan vətəndaşları, 28 nəfəri isə əcnəbilər olub.
BAKI, 17 noyabr — Sputnik. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatında deyilir.
Məlumata əsasən, ötən 10 ay ərzində İİV-ə 764 nəfər yoluxub. Onlardan 736 nəfəri Azərbaycan vətəndaşları, 28 nəfəri isə əcnəbilər olub.
Azərbaycan vətəndaşları arasında 62 nəfəri (8,4 %-i) İnyekson Narkotik İstifadəçiləri olub.
Qeyd edək ki, İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.
Dünyada İİV-lə yaşayan insanların sayı 37.7 milyon, bu səbəbdən dünyasını dəyişənlərin sayı isə 36.3 milyondur. 2020-ci ildə İİV-ə 1.5 milyon yeni yoluxma, 680 min isə ölüm halı qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.