https://sputnik.az/20231117/astarada-surusmenin-bas-vermesinin-teferruatlari-aciqlandi---resmi-460628976.html
Astarada sürüşmənin baş verməsinin təfərrüatları açıqlandı - Rəsmi
Astarada sürüşmənin baş verməsinin təfərrüatları açıqlandı - Rəsmi
Sputnik Azərbaycan
Əli Əliyev hazırda cənub zonasında və Gədəbəy rayonu ərazisində lokal sürüşmə sahələrinin olduğunu bildirib. 17.11.2023, Sputnik Azərbaycan
2023-11-17T11:08+0400
2023-11-17T11:08+0400
2023-11-17T11:08+0400
astara
cəmiyyət
sürüşmə
zona
kənd
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0b/441834289_77:0:1352:717_1920x0_80_0_0_49fc15d87916158887a28eb748cfc842.jpg
BAKI, 17 noyabr — Sputnik. "Astara rayonun Şahağacı kəndində Pensərçay çayının sağ çiyni yuyulur. Çay dərəsinin sahili yuması nəticəsində sürüşmə sahəs yaranır". Bu sözləri Astara rayonunun Şahağacı kəndində baş vermiş torpaq sürüşməsini Sputnik Azərbaycan-a şərh edən Geoloji Kəşfiyyat Agentliyinin sədri Əli Əliyev bildirib.Agentlik rəhbəri deyib ki, bir ay on gün öncə də sözügedən ərazisə sürüşmə baş verib.Ə.Əliyev hazırda cənub zonasında və Gədəbəy rayonu ərazisində lokal sürüşmə sahələrinin olduğunu bildirib.Qeyd edib ki, cənub zonasında 12-14 aktiv nöqtədə sürüşmə təhlükəsi var. Agentlik sədri bildirib ki, artıq Gədəbəy Rayon İcra Hakimiyyətindən də sürüşmə ilə bağlı onlara məktub daxil olub, 190 nöqtədə araşdırma aparılır. O, sürüşmə potensiallı ərazilərdə monitorinqlərin davam etdirildiyini bildirib. Ə.Əliyev onu da bildirib ki, ölkə üzrə sürüşmə təhlükəsi olan 99 sahə qeydə alınaraq xəritələrnib. Bunun 42-si aktiv sürüşmə sahələri, digər 57-si isə lokal sürüşmə sahələri hesba olunur.Agentlik sədri Bakıda qismən aktiv sürüşmə sahələrinin Günəşli yaylası, Masazırda "Zəli gölü" Nübar qəsəbəsində at yalı zonası olduğunu söyləyib. Qeyd edək ki, APA-nın məlumatına görə, Astara rayonunun Şahağacı kəndində intensivləşən torpaq sürüşməsi 50-yə yaxın ev üçün təhlükəli vəziyyət yaradıb. Ərazidən keçən Pensərçay qarşısına çıxdığı torpaq qatını yuyaraq, evlərə doğru istiqamət alır. Pensərçay, sağ və sol sahillərinə doğru 20–25 metr genişlənib. Sakinlər deyir ki, yol daraldığından ağır tonnajlı yük maşınları yoldan keçə bilmir. Əraziyə çağrılan təcili yardım maşınları isə uzaqda saxlamağa məcbur olur. Torpaq sürüşməsi vətəndaşların həyətyani sahələrindəki tikililərə, meyvə bağlarına da ciddi ziyan vurub. Torpaq sürüşməsi 20 metr enində, 50 metr uzunluğunda torpaq qatını uçuraraq, kənd sakinləri Səfail İbadov, Möhsün Möhsümov və digərlərinin həyətyani sahələrindəki hamam – ayaqyolunu, 50 -yə yaxın sitrus, eləcə də digər meyvə ağaclarını aparıb. İndi sakinləri narahat edən odur ki, əgər çay kənarına bənd vurulmasa, növbəti seldə daha böyük fəsadlar yarana bilər və 50-yə yaxın ailə yaşadıqları evləri tərk etmək məcburiyyətində qalacaqlar. Məsələ ilə bağlı Şahağacı kənd bələdiyyəsinin sədri Samir Mayilov bunları bildirib:"7 evə gedən yol tamamilə yuyulub. Gediş – gəliş üçün məhdudiyyətlər yaranıb. Baş verən təbii fəlakətlə bağlı dərhal rayon icra hakimiyyətində komissiya yaradılıb. Yaradılan komissiya ilə birgə həmən yerlərə baxış keçirilib. Fövqalada Hallar Nazirliyinin (FHN) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq qurumlarına müraciət olundu. Onların əməkdaşları gəlib yerlərdə baxış keçirib və aktlaşdırılıb. Ərazidə bəndləşmə işləri ilə bağlı müəyyən tapşırıqların verilməsi ilə müzakirə olundu". Qeyd edək ki, ilin sonuna kimi ərazidə tədbirlərin görülməsi nəzərdə tutulub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0b/441834289_237:0:1193:717_1920x0_80_0_0_6fda1eac14638f102d8519234dbc57d2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
astara, sürüşmə, zona, kənd
astara, sürüşmə, zona, kənd
Astarada sürüşmənin baş verməsinin təfərrüatları açıqlandı - Rəsmi
Əli Əliyev hazırda cənub zonasında və Gədəbəy rayonu ərazisində lokal sürüşmə sahələrinin olduğunu bildirib.
BAKI, 17 noyabr — Sputnik. "Astara rayonun Şahağacı kəndində Pensərçay çayının sağ çiyni yuyulur. Çay dərəsinin sahili yuması nəticəsində sürüşmə sahəs yaranır".
Bu sözləri Astara rayonunun Şahağacı kəndində baş vermiş torpaq sürüşməsini Sputnik Azərbaycan-a şərh edən Geoloji Kəşfiyyat Agentliyinin sədri Əli Əliyev bildirib.
Agentlik rəhbəri deyib ki, bir ay on gün öncə də sözügedən ərazisə sürüşmə baş verib.
Ə.Əliyev hazırda cənub zonasında və Gədəbəy rayonu ərazisində lokal sürüşmə sahələrinin olduğunu bildirib.
Qeyd edib ki, cənub zonasında 12-14 aktiv nöqtədə sürüşmə təhlükəsi var. Agentlik sədri bildirib ki, artıq Gədəbəy Rayon İcra Hakimiyyətindən də sürüşmə ilə bağlı onlara məktub daxil olub, 190 nöqtədə araşdırma aparılır. O, sürüşmə potensiallı ərazilərdə monitorinqlərin davam etdirildiyini bildirib.
Ə.Əliyev onu da bildirib ki, ölkə üzrə sürüşmə təhlükəsi olan 99 sahə qeydə alınaraq xəritələrnib. Bunun 42-si aktiv sürüşmə sahələri, digər 57-si isə lokal sürüşmə sahələri hesba olunur.
Agentlik sədri Bakıda qismən aktiv sürüşmə sahələrinin Günəşli yaylası, Masazırda "Zəli gölü" Nübar qəsəbəsində at yalı zonası olduğunu söyləyib.
Qeyd edək ki, APA-nın məlumatına görə, Astara rayonunun Şahağacı kəndində intensivləşən torpaq sürüşməsi 50-yə yaxın ev üçün təhlükəli vəziyyət yaradıb. Ərazidən keçən Pensərçay qarşısına çıxdığı torpaq qatını yuyaraq, evlərə doğru istiqamət alır. Pensərçay, sağ və sol sahillərinə doğru 20–25 metr genişlənib. Sakinlər deyir ki, yol daraldığından ağır tonnajlı yük maşınları yoldan keçə bilmir. Əraziyə çağrılan təcili yardım maşınları isə uzaqda saxlamağa məcbur olur.
Torpaq sürüşməsi vətəndaşların həyətyani sahələrindəki tikililərə, meyvə bağlarına da ciddi ziyan vurub. Torpaq sürüşməsi 20 metr enində, 50 metr uzunluğunda torpaq qatını uçuraraq, kənd sakinləri Səfail İbadov, Möhsün Möhsümov və digərlərinin həyətyani sahələrindəki hamam – ayaqyolunu, 50 -yə yaxın sitrus, eləcə də digər meyvə ağaclarını aparıb.
İndi sakinləri narahat edən odur ki, əgər çay kənarına bənd vurulmasa, növbəti seldə daha böyük fəsadlar yarana bilər və 50-yə yaxın ailə yaşadıqları evləri tərk etmək məcburiyyətində qalacaqlar.
Məsələ ilə bağlı Şahağacı kənd bələdiyyəsinin sədri Samir Mayilov bunları bildirib:
"7 evə gedən yol tamamilə yuyulub. Gediş – gəliş üçün məhdudiyyətlər yaranıb. Baş verən təbii fəlakətlə bağlı dərhal rayon icra hakimiyyətində komissiya yaradılıb. Yaradılan komissiya ilə birgə həmən yerlərə baxış keçirilib. Fövqalada Hallar Nazirliyinin (FHN) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq qurumlarına müraciət olundu. Onların əməkdaşları gəlib yerlərdə baxış keçirib və aktlaşdırılıb. Ərazidə bəndləşmə işləri ilə bağlı müəyyən tapşırıqların verilməsi ilə müzakirə olundu".
Qeyd edək ki, ilin sonuna kimi ərazidə tədbirlərin görülməsi nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.