DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Alimlər 2024-2028-ci illər arasında "İnternet apokalipsisi"ni proqnozlaşdırıblar

© Sputnik / Pavel Lisitsyin / Mediabanka keçidAlim
Alim - Sputnik Azərbaycan, 1920, 17.11.2023
Abunə olmaq
Alimlər xəbərdarlıq edirlər ki, yaxın illərdə dünya "İnternet apokalipsisi" şəklində ciddi təhlükə ilə üzləşə bilər.
BAKI, 17 noyabr — Sputnik. Güclü günəş fırtınaları qlobal rabitə sisteminə, o cümlədən internetə kritik zərbə vura bilərlər. Corc Meyson Universitetinin fizika və astronomiya professoru Piter Bekker apardığı araşdırmalar nəticəsində bu qənaətə gəlib.
Günəşdən gələn yüklü hissəciklərin emissiyası nəticəsində yaranan bu tufanlar Yerin maqnit sahəsini təhrif edə, peyklərin və yerüstü rabitənin ciddi pozulmasına səbəb ola bilərlər.
Bunun bariz nümunəsi 1859-cu ildə teleqraf sisteminin dağıdılması və operatorların elektrik cərəyanına məruz qalması ilə nəticələnən Karrinqton hadisəsidir.
Bekker və həmkarları peykləri vaxtında təhlükəsiz rejimə keçirməyə və zədələnmənin qarşısını almaq üçün transformatorları elektrik şəbəkələrindən ayırmağa imkan verəcək erkən xəbərdarlıq sisteminin yaradılması üzərində işləyirlər. Layihə 13 milyon dollardan çox federal maliyyə alıb.
Bununla belə, günəş fırtınalarının vaxtını və miqyasını proqnozlaşdırmaq zəlzələləri proqnozlaşdırmaqla müqayisə edilə bilən problem olaraq qalır.
Bekker, həmçinin şirkətlərin bu cür təhlükələrdən qorunmaqdan ötrü internet infrastrukturunu gücləndirmək üçün stimulların olmamasına diqqət çəkib. Nəticədə, 2024 və 2028-ci illər arasında dünya həddindən artıq Günəş aktivliyi vəziyyətində həftələr və hətta aylarla internetin tamamilə bağlanması riski ilə üzləşə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0